Elm və təhsil 07.09.2024 11:22

Bu il tələbə adını qazanan Ardanış gəncləri ilə görüş keçirilib - FOTO

Göyçə mahalının Ardanış kəndinin bir qrup ziyalısı bu il tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüşüb.
Rakus.az xəbər verir ki, tələbə adını qazanan gənclərimizi və onlarla gəlmiş yaxınlarını salamlayan M.Ə.Rəsulzadə qəsəbəsinin bələdiyyə sədri, hüquqşünas Hümbət Hüseynov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.
Şəhidlərin əziz xatirəsi yad olunduqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
H.Hüseynov müəllim Ardanış kənd məktəbində gözəl bir adətin olmasından və hələ kənddə yaşayarkən hər il onlarla məzunlarımızın ali məktəblərə qəbulundan danışıb, bu ənənənin deportasiyadan sonra gənclərimizin də davam etdirməsini, artıq onların səsinin dünyanın ən qabaqcıl universitetlərdən gəlməsini xüsusi vurğulayıb: “Sağlam ruhlu gəncliyimizin uğurları hamımızın doğma yurdlarımıza qayıdışın zəmanətidir. Sizlər də bu yolda mübarizlərdən olmalısınız”.
Görüşdə çıxış edən ziyalılardan Vüqar Abduyev, Haqverdi İbrahimov, Əli Vəliyev, Yaşar Kərimov, Mahirə Qurbanova, Zəkiyyə Kərimova və başqaları çıxış edərək, gəncləri tələbə adı almaları münasibəti ilə təbrik etdilər və ata-babalarının ənənələrini davam etdirərək öz bilik, bacarıqları ilə ardanışlı adını hər yerdə uca tutmalarını tövsiyə ediblər. Onlar öz kənd məktəblərini, müəllimlərini həmişə yaxşı xatırladıqlarını və oranı Ardanış kənd akademiyası adlandırdıqlarını bildiriblər.
Xüsusi vurğulanıb ki, hətta 1977-ci il buraxılışında Ardanış kənd orta məktəbini bitirən bir sinifdən 5 nəfər məzun Bakı Dövlət Universitetində eyni qrupda oxuyub və bu qrup universitetdə “Ardanış” adı ilə tanınırdı: “İki halda isə 3 nəfər eyni sinifdən Aərbaycan Pedaqoji Universitetində eyni qrupda oxuyublar. Gənclərə həm ali məktəblərdə, həm də ictimai həyatda öz bilik və bacarıqları ilə fərqlənəcəklərinə inanırıq. Bu gün öz tarixi yurdlarımıza qayıtmaq üçün savadlı, bacarıqlı gənclərə ehtiyac daha çoxdur. Sizlər də bu yolda öz qabiliyyətinizi əsirgəməməlisiniz”.
Görüşdə iştirak edən “İrəvan komitəsi” İB-nin təşəbbüs qrupunun sədri Tofiq Həsənov da gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.
Tələbə adı qazanan gənclərdən Ələmdar İbrahimli, Aişə Kərimli, Nigar Qurbanova, Zeynəb Kərimova, Ayan Hüseynli, Həsən Axundlu, Araz Əsgərzadə, Alsu Nəbizadə, Aylin Əliyeva, Nihad Hümbətli, Nicat Kərimli, Nurcan Vəliyeva və başqaları çıxış edərək bu görüşü təşkil etdiklərinə görə ziyalılarımıza təşəkkür edib, hər yerdə bu tövsiyələri unutmayacaqlarını bildirdilər.
Sonda gənclərə hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.
Əli Vəliyev

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO