Ərazilərin dezinfeksiyasında drondan istifadə olunacaq
AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış “Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb.
Rakus.az xəbər verir ki, AMEA-dan bildirilib ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.
Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan “Azeltech” MMC şirkətidir.
Xatırladaq ki, hazırda COVID-19 pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur.(apa.az)