Gündəm 24.10.2023 20:11

Erməni alim saxta tarix düzəldənlərin gizli əməlini ifşa etdi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Yuxuda gördüyünə abidə qoyub, tarix yaradan erməninin sərsəm əməli” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə tanınan etnoqraf alim, yazıçı, Ermənistan PEN Mərkəzinin qadın bölməsinin rəhbəri Lusine Xaratyanın Göyçə mahalının Basarkeçər rayonunun 1988-ci ildən erməniləşdirmə siyasətinin qurbanı olması, bu ərazilərə ermənilərin köçürülməsi, yer adlarının dəyişdirilməsi ilə bağlı elmi məqaləsindən söz açılır.

O, yazısında ermənilərin Ermənistanda yerləşdirilməsi və müxtəlif yerlərdən gəldikləri üçün bir-birnə yad olması, yerli xalq olan azərbaycanlıların tarixini, abidəsini mənimsəmə prosesini Göyçə mahalının Basarkeçər  (Vardenis) rayonunun timsalında təhlil edir, ermənilərin köçürülmə mərhələlərinə nəzər yetirərək onun kulturoloji əngəllər yaratdığını aydın şəkildə nəzərə çatdırır.

Bildirilir ki, L.Xaratyan ermənilərin yaddaş dalanında qaldığına görə bəşəri dəyərlərə qovuşa bilmədiyini, intiqam, qisas və münaqişə ruhunda yaşadığını qeyd edir, Basarkeçərdə olan azərbaycanlıların qəbir yerlərinə, abidələrinə olan münasibətdə erməni qisasçılığı, saxtalaşdırma, evləri, kənd adlarını “erməniləşdirən” qaçqınların qəbirlərə olan münasibətini ifşa edir: “Ən parlaq nümunə kənd qəbiristanlıqlarıdır. Əvvəllər yalnız azərbaycanlıların yaşadığı o kəndlərdə erməni qaçqınları gələnə qədər ancaq azərbaycanlı qəbiristanlığı var idi. Köçürüldükdən və yeni yerdə ilk ölümlərdən sonra ermənilər öz qəbiristanlıqlarını qurdular. Adətən hər iki qəbiristanlıq kəndin kənarında yerləşir və çox vaxt erməni qəbiristanlığı Azərbaycan qəbiristanlığı ilə kənarda üzbəüz salınır. Əvvəlcə dəfnlər xaotik şəkildə aparılsa da, get-gedə nizamlı bir erməni qəbiristanlığı təşkil edildi”.

Diqqətə çatdırılır ki, etnoqraf alim ermənilərin daş basdırıb tarix uydurmaq əməlini əyani şəkildə üzə çıxarır,  yuxu görmə nəticəsində yaranan abidələrin bütün kəndlərdə olduğunu vurğulayır, saxta erməni tarixinin necə yarandığını, Azərbaycan izlərinin silinərək yeni “qədim” nümunələr salındığını gerçək sübutlarla ortaya qoyur.

Sonda qeyd olunur ki, ermənilər saxta tarix və mədəniyyət nağılı uydurmaq ilə məşğuldurlar: “Hətta erməni millətçiliyi ilə zəhərlənmiş Lusine Xaratyan Zod və Babacan kəndində uydurmalar, başqasının tarixinə sahib çıxmaq oyunlarına ironik yanaşmaya bilmir. Bu əlamətlər xroniki “Erməni xəstəliyi” nin kəskinləşməsi və yan fəsadlar verdiyini, yoluxucu olduğunu göstərir. Artıq yuxu və adi kriminal hadisədən əsatir yaratmaq sindromu bütöv bir əraziyə yayılıb və Ermənistandan bütün dünyada olan ermənilərə keçmək ehtimalı var. “Dəmir yumruq”  erməni xəstəliyini də müalicə edərək, bütöv bir toplunu xilas etmək missiyasını üzərinə götürməsə ermənilər üçün çox ağır olacaq durum yarana bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 24-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb. 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO