Maraqlı 14.07.2023 19:51

“Erməni azərbaycanlı tələbə həkimi əməliyyat zamanı qəsdən öldürdü” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Üfüqdə bir işıq görünür: Göyçəyə qayıdacağıq” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kənd sakini Şəmsi Abdullayevin həyat hekayəsinə həsr olunub.

O, 1973-cü ildə müəllim ailəsində doğulduğunu, 1988-ci ildə    deportasiyaya məruz qalmasından, uşaqlıq illərindən, Göyçə ilə bağlı unudulmaz xatirələrindən söz açıb.

Qədim oğuz türklərinin yurdu olan, əhalisinin 99 faizinin azərbaycanlı olduğu Göyçənin zamanında kimlərinsə hesabına bədxah qonşularımıza hədiyyə edildiyini söyləyən Ş.Abdullayev həkim-stomatoloq kimi bir çox mötəbər tədbirlərdə, xarici ölkələrdə iştirak etdiyini, orada özünü Qərbi Azərbaycanlı kimi təqdim etdiyini bildirib.

Ş.Abdullayev deportasiya illərində azərbaycanlıların başına gətirilən müsibətlərdən danışıb: “O zaman Bakıdan rayon mərkəzinə gələn, avtobusdan düşən insanları bir macal tapıb orada sıxışdırıb əzməyə, döyməyə çalışırdılar ki, insanlar bezsinlər və qaçsınlar. Bir qohum Bakıda Tibb Universitetinə 4-cü kursda oxuyurdu, ali savadlı həkim olacaqdı. O yay tətilində Bakıdan kəndə gələndə onun apendisit pristupu tutur və onu gecə təcili rayon mərkəzinə aparırlar. Onu əməliyyat edən erməni həkim gələcək bir həkimi qəsdən öldürmüşdü ki, bu insanların içindən ali savadlı həkim çıxmasın, çünki zamanında gəlib burada onların yerin tutacaqlar. Ermənilər hər zaman çalışıblar ki, bizi tapdalasınlar, əzsinlər, inkişaf etməyə imkan verməsinlər”.

O, böyük qardaşı Azərbaycanın Milli Qəhrəmanı Şövqüyar Abdullayevin 23 yaşında Vətən sevgisindən, məhəbbətindən və vətən həsrətindən danışıb: “Vətənə qayıdış bizim borcumuzdur, babalarımıza ulu babalarımıza borcumuzdur. Çünki biz onların o yurdlarını boş qoymamalıyıq. O yurd yeri boş qalmamalıdır, babalarımızın yurdu hər zaman şirin olmalıdır. Qarabağ uğrunda, Göyçə, Zəngəzur uğrunda həsrətlə canını vermiş Azərbaycan oğullarının, şəhidlərimizin qanı yerdə qalmamalıdır. Onların ruhları bu gündə o səmada dolaşır. Biz ora qayıtmalıyıq ki, onlar şad olsunlar. Onların ruhları ora qayıtsın”.

Onun sözlərinə görə, bu gün ölkə başçısının siyasətinin nəticəsi olaraq üfüqdə bir işıq görünür: “Biz Göyçəyə qayıda biləcəyik. O həsrətlə yaşayıram. Düşünürəm ki, inşallah biz və bizim övladlarımız ata-baba yurdunu görməyə müvəffəq olacaqlar. Əminəm ki, cənab Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində biz doğma yurdlarımıza qayıdacağıq. Qədim Oğuz yurdu Göyçəmizə qayıdacağıq!

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Şəmsi Abdullayevin “Həyat Hekayə”si iyulun 14-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO