Siyasi 21.06.2023 19:36

Erməni girovluğunda qalan Göyçə mahalı - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə tarix boyu aborigen türk tayfalarının yaşadığı, Azərbaycandan qanunsuz şəkildə qoparılan və oğuz türklərinin deportasiya edildiyi Göyçə mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, Ramin İbrahimovun aparıcılığı ilə təqdim olunan “Göyçə mahalını Ermənistana kim verdi?” adlı süjetdə XIX və XX əsrlərdə “Odlar yurdu”nu parçalamaq üçün Cənubi Qafqaza məqsədyönlü şəkildə köçürülən ermənilərin hazırda girovunda qalan Göyçə mahalından söz açılır.

Bildirilir ki, Göyçə mahalında VIII əsrin əvvəllərindən başlayaraq Qara dəniz bölgəsində yaşayan türk mənşəli tayfaların axını və məskunlaşması prosesi başlayıb: “Mahal 1747–1828-ci illərdə İrəvan xanlığının tərkibinə daxil edilib. Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay sülh müqaviləsinə əsasən İrəvan xanlığı Rusiyanın tərkibinə daxil edilib”.

Diqqətə çatdırılır ki, 1828-1832-ci illər siyahıyaalınmasının nəticələrinə əsasən, XIX əsrin 30-cu illərinə doğru Göyçə mahalında mövcud olan 59 kənddən 36-sında yaşayış olub: “1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Göyçə mahalında 67 kənd dagıdılır və əhalisi didərgin salınır, 19 kəndin adı isə unudulub. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Göyçə mahalını Ermənistana verib. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə Çəmbərək rayonu – indiki Krasnoselsk,  Basarkeçər rayonu – indiki Vardenis, Aşağı Qaranlıq rayonu – indiki Martuni, Kəvər rayonu – indiki Kamo inzibati rayon arasında bölünüb. Göyçə gölü ətrafında yerləşən mahal Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların yığcam yaşadığı ərazilərdən əsası sayılıb”.

Süjetdə ermənilərin Göyçə gölünün adını necə dəyişdirməsinə də toxunulur və məlumat verilir ki, gölün Sevan adlandırılması 1930-cu ilə aiddir. Dəniz səviyyəsindən 1900 m yüksəklikdə yerləşən Göyçə gölü Qafqaz regionunda ən böyük su hövzəsi, Avrasiyanın ən böyük şirin sulu yüksək dağ göllərindən biridir və “Qafqazın incisi” hesab edilir.

Sonda qeyd olunur ki, Göyçə mahalı İrəvan xanlığının şimal hissəsini əhatə etməklə, həm ərazisinə, həm də əhalisinin sayına görə xanlığın ən böyük mahalı olub: “Nəhayət, 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizminə etiraz əlaməti olaraq Göyçə mahalında da etiraz mitinqləri başlayıb. Ayağa qalxan əhali öz haqqını tələb edib, doğma yur-yurd yuvasını tərk etmək istəməyib. Lakin ermənilər havadarlarının köməyi ilə istəyinə çatıb və yerli əhalini bu mahaldan pərən-pərən salıb. 35 ildir yurd həsrəti ilə yaşayan göyçəlilər indi Ata ocağına yenidən qayıdacaqları günü səbirsizliklə gözləyirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet iyunun 21-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO