Siyasi 13.02.2026 23:39

“Erməni həkim zədələnən ayağı qəsdən kəsirdi ki, azərbaycanlı əlil qalsın” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ən millətçi ermənilər Gümrüdə idi, bizə təzyiqlər göstərirdilər” adlı veriliş Ağbaba mahalı, Amasya rayonu, Çaxmaq kənd sakini Əli Novruzovun həyat hekayəsinə həsr olunub.

O, 1955-ci ildə anadan olduğunu, uşaqlıq, məktəb illərinin kənddə keçdiyini deyib: “Çaxmaq qədim kənddir və Yanıq dağının ətəyində yerləşir. Türkiyə ilə sərhəd kəndimizin 20 metrliyindən keçirdi. Yayda tikanlı məftillərdən o tərəfdə ot biçirdik, mal-qara otarırdıq, türklər də öz tərəflərində biçinə gəlirdilər. Biz onlarla söhbət edirdik. Kənddə ermənilər də yaşayırdı və 1960-cı ildən tədricən digər şəhərlərə köçməyə başladılar. Kənddə alban-rum kilsəsi, mağara, qəbirlər mövcud idi. Ermənilər kilsənin divarına xaç çəkib onu erməni kilisəsi kimi qələmə verdilər”.

Onun sözlərinə görə, ata və ana babaları 1915-1918-ci illərdə türk ordusunda xidmət edib, 1915-1917-ci ildə erməni terroru zamanı kənd camaatı İrana qaçarkən yolda var-dövlətlərini əllərindən alıblar: “Onlar tarix boyu bizə qarşı təzyiqlər göstəriblər. Ən millətçi ermənilər Gümrüdə toplaşmışdı. Azərbaycanlılardan kim qabağa gedirdirsə, müxtəlif yollarla qarşısını alırdılar. Kəndimizin sakini Elbəyi Novruzov xizək sürmə üzrə respublika çempionu idi, Amasya İdman Komitəsinin sədri seçilmişdi. Onu sui-qəsdlə öldürdülər. Ermənilərin millətçilik ruhu açıq-aydan hiss olunurdu. Erməni həkimlər çox əzazil idi, zədələnən ayağı qəsdən kəsirdilər ki, azərbaycanlı əlil qalsın”.

Kənd sakini son deportasiyadan söz açıb: “Bakıda ali təhsil aldığı zaman yayda ata yurduna gedirdim. 1988-ci ildə kənd köçmək məcburiyyətində qaldı. Camaat narazılığını bildirmək üçün Türkiyənin sərhədində toplaşdı. O zaman sərhədi qoruyan rus əsgərləri camaata dedi ki, siz narahat olmayın, hər şeyi qaydaya salacağıq, evinizə qayıdın. Bu yolla əhalini geri qaytardılar. Lakin yenə də təzyiqlər davam etdi və camaat  kəndi məcbur tərk edərək Azərbaycanın regionlarına dağıldı”.

Ə.Novruzov sonda vurğulayıb ki, hər an kəndi xatırlayırıq, tez-tez yuxumuza girir: “Uşaqlarıma, nəvələrimə həmişə kənd haqqında çox danışıram. Onlar da çox maraq göstərirlər. Əminəm ki, yenidən o torpağa qayıdacaq, kəndi yenidən qurub daha gözəl yaşayacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 13-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 13.02.2026 23:39
“Erməni həkim zədələnən ayağı qəsdən kəsirdi ki, azərbaycanlı əlil qalsın” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2026 14:22
“Çaxmaq kəndinə nəvələrimlə qayıdacam” – Əli Novruzovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 12.02.2026 23:48
“Ermənistanın hüquqi tələsi: Konstitusiya dəyişmədən sülh mümkündürmü?” - VİDEO
Siyasi / 12.02.2026 14:22
İrəvanda sülhə qarşı qorxu ritorikası – ANONS - VİDEO
Hərbi, Siyasi / 11.02.2026 23:17
“Erməni kilsəsi azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı” - VİDEO
Siyasi / 11.02.2026 14:22
Çar Qafqazda qanlı toqquşmaları niyə dayandırmışdı? – ANONS - VİDEO
Sosial / 11.02.2026 10:08
“Bələdiyyənin xəbəri olmadan sənədlər saxtalaşdırılır” – Hümbət Hüseynov - FOTO
Siyasi, Sosial / 10.02.2026 23:16
Bəykənd və Bəyrabad toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.02.2026 14:22
Erməni və rusların adını təhrif etdiyi türk yurdu – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 07.02.2026 23:37
Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi - VİDEO
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 05.02.2026 22:38
“Erməni ritorikasında yeni xətt: sülh adı ilə dilənçilik” - VİDEO
Siyasi / 05.02.2026 14:22
İrəvanın qorxusu: torpaq, yoxsa həqiqət? – ANONS - VİDEO
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO