Siyasi 06.05.2024 16:48

Erməni kilsəsinin hədəfi – Paşinyanı devirmə planı – TƏHLİL

Ümumerməni kilsəsi Ermənistanın baş bəlasına çevrilir. Bir zamanlar bu ibadətgah onların ən müqəddəs ocağı və əsas istinadı sayılırdı.

Ancaq 2018-ci ilin may hadisələri oranın da mahiyyətini ifşa edib. Məlum olub ki, kilsə illər uzunu erməni cəmiyyətini yalanla və xülyalarla ətrafına toplayıb. Öz maraqları üçün Fransa və çar Rusiyasına regional casusluqla məşğul olub.

Nikol Paşinyan hökumət başçısı olandan sonra Eçmiədzinlə İrəvan arasında yaranan ziddiyyət daha da kəskinləşib. Hökumət başçısı artıq kilsəni maliyyələşdirməkdən imtina edib.

Kilsə saxta erməni milliyyətçiliyi əsasında ölkə əhalisini öz ətrafında birləşdirməyə səy göstərib. Ancaq 44 günlük müharibə zamanı onun çağırışları cəmiyyət tərəfindən çox da ciddi qarşılanmayıb. Elə ondan sonra da kilsənin Azərbaycana qarşı aqressiv bəyanat və açıqlamaları Ermənistan cəmiyyətinin onun ətrafında toplanmasına təkan verməyib.

Ermənistanın işğalı altında olan Azərbaycanın səkkiz kəndindən dördünün geri qaytarılması bu sosial təbəqəyə rəsmi İrəvanın siyasəti əleyhinə etiraz aksiyası keçirmək üçün bəhanə verib.

Aprelin ortalarından başlayaraq, erməni kilsəsinin Ermənistanın Tavuş vilayəti yeparxiyasının yepiskopu Baqrat Qalstyanın başçılığı ilə anti-Paşinyan aksiyaları başlayıb.

Yeri gəlmişkən, Tavuş vilayəti üzrə yeparxiya 2010-cu ildə ümumerməni kilsəsinin baş katolikosu II Qaregin tərəfindən Quqark yeparxiyasından ayrılaraq yaradılıb. O vaxtdan Qalstyan bu yeparxiyaya başcılıq edir.

Qalstyanın təşkilatçılığı ilə mayın 4-dən 8-dək ölkə üzrə yürüş keçirilir. Məlumata görə, o, Ermənstanın keçmiş prezidenti Robert Koçaryanla görüşəndən sonra belə bir aksiyanın təşkilinə qərar verib.

Ümumermənistan etiraz tədbirini keçirməkdə məqsəd daha çox narazı insanı bu prosesə cəlb etməkdir. Çünki onların, yəni müxalifət sayılan kəsimin İrəvanda keçirdiyi anti-hökumət aksiyası effektli alınmayıb. Bu səbəbdən, onlar ölkə üzrə belə bir aksiyanın keçirilməsinə ehtiyac görüblər.

Bu baxımdan, bəhs olunan aksiyanı Koçaryanın siyasi səhnəyə yenidən qayıdış cəhdi də saymaq olar. Belə hesab etmək olar ki, çox sayda azərbaycanlı və erməninin qatili olan bu “siyasətçi” oğlunun parlamentə düşməsinə nail olsa da öz məqsədindən imtina etməyib.

Robert Koçaryanın Rusiyanın adamı olduğu heç kim üçün yenilik deyil. Ona görə də bu yürüşə qatılanların çoxu eyni siyasi düşərgənin nümayəndələridir.

Məlumata görə, keçmiş prezident Serj Sarqsyanın adamları, o cümlədən, Nikol Paşinyan hökumətində milli təhlükəsizlik xidmətinin direktoru olmuş Artur Vanesyan da bu sıradadır.

Bildirilib ki, bu dəstəyə Nikol Paşinyan hökumətinin vəzifədən uzaqlaşdıraraq barələrində cinayət işi açılan keçmiş məmurlar, həmçinin hərbçilər də var. Onlardan birinin cinayətkar aləmdə “Don Pipo” ləqəbi tanınan, Ermənistanı Milli Təhlükəsizlik Xidməti sədrinin səlahiyyətlərinin keçmiş icraçısı Mikael Ambarsumyan olduğu da aşkara çıxıb.

Narkobaron kimi tanınan Miqran Poqosyanın da adı bu sıradakılarla birgə hallanır. O da əvvəllər Ermənistanda güc strukturlarında müxtəlif vəzifələrdə, o cümlədən, təhlükəsizlik xidmətində işləyib. Ədliyyə general-mayoru əvvəllər Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasından vaxtilə deputat da seçilib. Poqosyan böyük məbləğdə dövlət əmlakını mənimsəmək və dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. O, məsuliyyətdən yayınmaq məqsədilə Rusiyaya sığınıb və 2019-cu ildə bu ölkədə tikinti şirkətini qurub. 2024-cü ilin yanvarında isə Erməni Milli Birlik Partiyası yaradaraq, onun sədri olub.

Haqqında danışılan etiraz yürüşünə arxiyepiskop Baqrat Qalstyan, müxalifətçi deputat Qarnik Danielyan və politoloq Suren Petrosyandan ibarət “trio” rəhbərlik edir.

Arxiyepiskop Baqrat Qalstanyanın təşəbbüsü ilə keçirilən “Vətən Uğrunda Tavuş” yürüşünə qoşulanları belə ümumiləşdirmək olar: Koçaryanın, Sarqsyanın tərəfdarları, Paşinyan hökumətinin cinayət işi açdığı məmurlar, hərbçilər, müxtəlif cinayətlərdə adı hallananlar, heç bir siyasi perspektivi olmayan “siyasətçilər”, saxta ermənilik ideologiyasının əsirinə çevrilənlər.

Onlar Azərbaycandan çox mövcud hakimiyyətlə mübarizədə revanşa nail olmağa çalışırlar. Başqa sözlə, bu məğlub siyasi-hərbi-kriminal düşərgə Nikol Paşinyana 2018-ci il də daxil olmaqla, iki dəfə uduzublar. İndi isə yenidən toparlanmaq üçün ciddi ideya qıtlığı yaşayırlar. Dörd kəndin geri qaytarılması, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlaması onların saxta vətənpərvərlik əsasında birləşməsinə bəhanə olub.

Çünki bu torpaqların Azərbaycana aid olduğunu, Koçaryan və Sarqsyanla yanaşı, Rusiya da yaxşı bilir. Onların davası kəndlərin geri qaytarılmasından daha çox Nikol Paşinyan hökumətinin süqutuna nail olmaqdır. Çünki müxalifət sayılan bu kəsimin normal, doğru-dürüst şüarı belə yoxdur.

Deməli, “Vətən uğurunda Tavuş”un əsas hədəfi qondarma vətən ideyası yox, Nikol Paşinyanın yerinə Koçaryanın, Sarqsyanın, deməli, Rusiyanın məqbul saydığı fiquru iqtidara gətirməkdir.

Bu hadisələr həm də kilsənin Paşinyandan qisas almaq cəhdidir.

Ancaq hadisələr göstərir ki, bu revanşistlər Ermənistan cəmiyyəti tərəfindən geniş miqyasda dəstəklənmir. Sərhədlərin müəyyənləşməsi prosesi davam edir. Mayın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı ilə Almatıda bir araya gələcək. Nikol Paşinyan isə Rusiyanın dövlət başçısı Vladimir Putinin prezident kimi növbəti andiçmə mərasiminə qatılmayacaq. Bu fonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağının ehtiyatlı anonsu da verilir.

Bu və başqa analoji hadisələr Qalstyanın başçılıq etdiyi hərəkatın uğur qazanma ehtimalını tamamilə azaldır. Ona görə də anti-hökumət yürüşləri və uyğun açıqlamaların sözügedən aksiyaların sponsorunun, havadarlarının Nikol Paşinyan hökumətinə və onun himayədarlarına təzyiqi kimi də dəyərləndirmək mümkündür. Belə düşünmək olar ki, Rusiya bu kimi aksiyalarla Ermənistan cəmiyyətinin baş verənlərə və konkret özünə reaksiyasını yoxlayır. Ancaq Qorbaçovun məlum yenidənqurma siyasəti ilə bağlı dediyi kimi, “proses başlayıb”.

Başqa sözlə, axına qarşı çıxmaq keşişə də, onun seyrək yan-yörəsinə də çətin olacaq. Yəni “dəyirman bildiyini edər, çax-çax baş ağrıdar”.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO