Mədəni 23.10.2024 21:53

“Erməni rejissor Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan etdi” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Genosid” haqqında filmə qarşı çıxan Paracanova Demirçyan qadağa qoydu” adlı süjetdə erməni əsilli kinorejissor Sergey Paracanovun Azərbaycanı, onun mədəniyyətini sevdiyinə, Bakıda və Şəkidə çəkdiyi “Aşıq Qərib” filminə görə şəkillərinin ermənilər tərəfindən yandırılmasından bəhs olunur.

Bildirilir ki, azərbaycanlılardan film çəkdiyinə görə söyülən,  İrəvanda şəkilləri yandırılan, ukraynalılara görə rus həbsxanasında yatan, Gürcüstanda doğulan S.Paracanovu ermənilər təhqir edirlər: “Çünki erməni rejissor Bakıda çəkiliş edərkən bəstəkar Cavanşir Quliyevin musiqisinə, muğam ifaçısı Alim Qasımovun ifasına heyran qalıb, “Genosid” haqqında filmə qarşı çıxıb. O, Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan edib. Ona görə də Ermənistan rəhbərliyi S.Paracanova qadağa qoyub. Bunlara rəğmən erməni rejissor deyib: “Aşıq Qərib” vəsiyyətim, filmdəki Azərbaycan musiqisi mənim səsimdir”.

Sonda vurğulanır ki, İrəvanda ermənilər məscidlərimizi dağıdanda, yandıranda erməni rejissor Bakıda, Şəkidə bədii filmin çəkilişini aparır, Azərbaycanın sənət adamları, qurumlar, sadə insanlar ona kömək edirdilər. Paracanovun sevgi haqqında çəkdiyi uğurlu “Aşıq Qərib” bədii filmi məhz azərbaycanlıların sevgiyə, ədəbiyyata, incəsənətə olan münasibətini göstərir. “Aşıq Qərib”in İrəvanda Göy məsciddə olan çəkilişləri isə azğın erməni millətçilərindən gizli aparılırdı. Təbii ki, Paracanov Tiflisdə, azərbaycanlı və gürcülərin bərabər yaşadığı məhəllədə doğulub, böyüməsəydi belə miqyasda rejissor və sənətkar ola bilməzdi. Erməni xəstəliyi onu da vandala, mədəniyyət talançısına çevirəcəkdi”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 23-də saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mədəni / 23.10.2024 21:53
“Erməni rejissor Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan etdi” - FOTO - VİDEO
Mədəni / 23.10.2024 14:10
Paracanovun şəkillərini ermənilər niyə yandırıblar? – ANONS - VİDEO
İdman / 23.10.2024 09:26
Telekanal və saytların 3-cü Xatirə Turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Elm və təhsil, Siyasi, Sosial / 22.10.2024 22:07
Ağmanqan, Ağörən, Ağpara, Ağrıyurdə – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 22.10.2024 19:03
“SSRİ-də repressiyaya məruz qalanların çoxu Azərbaycandan idi” - VİDEO
Siyasi / 22.10.2024 17:05
Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu – ədalətin bərpası – TƏHLİL
İdman / 22.10.2024 14:22
Minifutbol Turnirində final gününün yaddaqalan MƏNZƏRƏSİ - FOTO - VİDEO
Elm və təhsil / 22.10.2024 14:00
Ağmanqandan Ağrıyurda: dəyişdirilən toponimlər – ANONS - VİDEO
Siyasi / 22.10.2024 13:46
“Sürgündən sonra gizlicə zirzəmidə yaşadım” – ANONS - VİDEO
Müsahibə / 21.10.2024 22:10
“Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər” - FOTO - VİDEO
İdman / 21.10.2024 15:26
Şəhid Jurnalistlərin Xatirəsinə 3-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Siyasi / 21.10.2024 15:09
Erməni lobbisi və onun çirkli pulları – BMT-nin tədbirini qaralamaq cəhdləri – TƏHLİL
İdman / 20.10.2024 09:11
Xatirə turnirində kuboku “Göyçə” qazanıb - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 19.10.2024 22:34
“Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir” - FOTO - VİDEO
Elm və təhsil / 19.10.2024 13:30
“Türklər Qafqazdan Altaya köçüblər” – ANONS - VİDEO
İdman / 19.10.2024 09:06
Xatirə Turnirinin FİNAL oyunu – Çempion kim olacaq?
Siyasi, Sosial / 18.10.2024 22:43
“Ermənilər bizim qapılarda meyvədən ötrü diz çökürdü” - FOTO - VİDEO
Siyasi / 18.10.2024 16:31
“Bu gün Füzuli rayonu dinc quruculuq və bərpa dövrünü yaşayır”
Təhlil / 18.10.2024 15:15
Yeni İran, yeni İsrail, yeni Yaxın Şərqə doğru – TƏHLİL
Siyasi, Sosial / 18.10.2024 13:00
“Həsrətdən alışıb yanan ürək” – Leylan Cəbrayılovanın “Həyat hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 18.10.2024 12:16
“Gözüm səni axtarır, ata” – “Şəhid imza” yeni layihə - FOTO - VİDEO
Gündəm / 18.10.2024 00:01
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Hərbi, Təhlil / 17.10.2024 22:03
“Ermənistan yeni təxribatlar planlaşdırır – Azərbaycan ordusuna “hazır ol” əmri verildi” - VİDEO
Təhlil / 17.10.2024 16:36
“3+3” formatı – eyni mövqedə olmayan kimlərdir? – TƏHLİL
Təhlil / 17.10.2024 13:53
Ermənistanın yeni təxribat planları – ANONS - VİDEO
Siyasi, Sosial / 16.10.2024 21:50
“Azərbaycanlıların torpaqlarını erməniyə vermək üçün qurulan məhkəmə oyunu” - FOTO - VİDEO