Siyasi 09.10.2024 22:15

Ruben Haxverdiyan: “Bu gün türksüz Ermənistanı təsəvvür etmək olmaz” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Erməni politoloq: bizə 2020-ci il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu” adlı süjetdə ermənilərin Qarabağda törətdikləri cinayətlərdən bəhs edilir.

Ermənistanın tanınmış rejissor və bəstəkarı Ruben Haxverdiyan, erməni naşir Armen Martirosyan, politoloq Harutyun Mkrtçyan ermənilərin Qarabağda törətdikləri cinayətlərdən xəcalət hissi keçirdiklərini bildirirlər.

Onların sözlərinə görə, ermənilər başqa bir dövlətin ərazisinə girib 26 il ərzində işğalçılıqla məşğul olublar: “Bütün dərdlərimizdə həmişə romalıları, bizanslıları, farsları, ərəbləri, türkləri, rusları günahlandırıq. Ermənilər köçmədir deyə, vətənini sevmir. Müharibə tərəfdarları heç vaxt müharibəyə getməyən insanlardır. Ağdamın hansı vəziyyətdə olduğunu öz gözlərimlə gördüm, biz orada hər şey məhv etmişik. Biz özümüz Azərbaycan evlərini, məscidlərini hər zaman dağıdmışıq. Çobanlarımız Ağdamda, Şuşada məsciddə inək saxlayırdılar”.

R.Haxverdiyan deyib ki, Rusiyaya normal nə erməni, nə də rus dilində fikrini ifadə edə bilməyəcək adam lazımdır ki, hakimiyyətə gətirsin: “Zori Balayan “KQB” casusu kimi erməni millətçilərini satıb. Balayan yazıçı deyil, Moskvadan göndərilmiş araqarışdıran adam idi. Bu gün türksüz, azərbaycanlısız Ermənistanı təsəvvür etmək olmaz”.

H.Mkrtçyan isə Qarabağ klanı və erməni kilsəsi, keşiş Baqratın iç üzünü ifşa edib: “Mənə izah edin ki, biz Ermənistan Konstitusiyasında Qarabağın ilhaqı ilə bağlı bəndi niyə hələ də saxlayırıq? Mənim üçün Ermənistanın ərazisi 29 743 kvadrat kilometrdir. Çiçəklənən Ağdam xarabalığa çevirib “Akna” adlandırdıq. Qarabağa fikrinə yenidən düşmək Ermənistanın ölümünə səbəb olacaq. Bizə 2020-ci il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu. İrəvanda Qarabağ nümayəndəliyinin olması nə deməkdir? Bu, sadəcə, həyasızılıqdır. Qarabağdan çıxanlar Baqratı soyuducudan çıxarıb, ölkə boyu gəzdirilər. Ermənilər boyunlarının ardını görəcəklər, amma heç vaxt Qarabağı, nə də onun klanını görməyəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 9-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 09.10.2024 22:15
Ruben Haxverdiyan: “Bu gün türksüz Ermənistanı təsəvvür etmək olmaz” - FOTO - VİDEO
Təhlil / 09.10.2024 15:39
Putin Paşinyana yer göstərdi – Moskva İrəvandan gedir – TƏHLİL
İqtisadi, Mətbuat / 09.10.2024 15:16
“Global Media Group” və BMT-nin Qlobal Sazişi arasında MEMORANDUM imzalanıb - FOTO
Elm və təhsil, Siyasi / 09.10.2024 13:08
Ermənilərin Qarabağ etirafları – ANONS - VİDEO
İdman / 09.10.2024 08:34
Xatirə Turnirində 1/4 oyunların yaddaqalan MƏNZƏRƏSİ - FOTO
Elm və təhsil, Siyasi, Sosial / 08.10.2024 21:56
Ağkənd və Agğöl – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.10.2024 18:45
“Cahan şahın dövründə ermənilər Qafqazda missioner kimi peyda olublar” - FOTO - VİDEO
Təhlil / 08.10.2024 16:50
Ştirlis kimi davranan Paşinyan – İrəvanın çobanyastığı siyasəti – TƏHLİL
Maraqlı, Şou / 08.10.2024 13:17
Ermənilərin “Ağgöl qoruğu” cinayəti – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 08.10.2024 12:36
“İrəvan Romadan 28 yaş böyükdür” – ANONS - VİDEO
İdman / 08.10.2024 10:27
Şəhid Jurnalistlərin Xatirə Turniri – yarımfinal oyunları və bombardirlər CƏDVƏLİ - FOTO
Müsahibə / 07.10.2024 21:32
“Səməd Vurğun Dilican dərəsini öz şeirlərində vəsf edib” - FOTO - VİDEO
Təhlil / 07.10.2024 16:37
İsrail-HƏMAS qarşıdurması – bir ili tamam olan dava – TƏHLİL
İdman / 07.10.2024 10:25
“Ardanış”, “Gənclər 2020”, “Turan” və “Göyçə” yarımfinala vəsiqə qazanıb - FOTO
Elm və təhsil, Maraqlı / 05.10.2024 22:02
“Albaniya konfederasiyasını quran və əsasını təşkil edən türklərdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 05.10.2024 14:12
Rənginə görə fərqlənən türk tayfaları – ANONS - VİDEO
İdman / 05.10.2024 09:15
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları bu gün başlayır - FOTO
Mətbuat, Siyasi / 04.10.2024 22:27
“Vertolyotla xilas edilən 4 aylıq körpənin tarixçəsi” - FOTO - VİDEO
Təhlil / 04.10.2024 16:16
Müxalifətçi Paşinyanın köhnələn KTMT şousu – TƏHLİL
Mətbuat / 04.10.2024 13:26
“Hallavar kəndinin son körpəsi” – Famil İbrahimovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 03.10.2024 22:08
Ermənistanın Azərbaycana vurduğu zərər 800 milyard dollar civarındadır - VİDEO
Elm və təhsil / 03.10.2024 17:24
Yaxşı təhsili olan insan həmişə parlaq qalır – Ardanış gəncləri ilə görüş - FOTO
Təhlil / 03.10.2024 16:03
Türk düşmənlərinə qoyulan heykəllər – İrəvanın destruktiv mövqeyi – TƏHLİL
Siyasi, Təhlil / 03.10.2024 14:03
“Paşinyan Azərbaycanın valisi olmağa hazırdır” – ANONS - VİDEO
Elm və təhsil / 02.10.2024 22:23
“Azərbaycandan tapılan maddi mədəniyyət nümunələrini dünya bazarlarında satırlar” - FOTO - VİDEO
Elm və təhsil / 02.10.2024 13:17
Ermənilər antik Alban qalasına necə od vurublar – ANONS - VİDEO