Hərbi 11.01.2024 20:29

Erməni ordusu sərhəddən ən azı 5 kilometr geri çəkilir - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, süjetdə rəsmi İrəvanın təklif etdiyi “güzgü prinsipi”, eləcə də “Aniv” Erməni Araşdırmalarının İnkişafı və Dəstəyi Fondu tərəfindən irəli sürülən “Ermənistan qoşunları Gorusdan tamamilə çıxarılır, Azərbaycan ordusu isə Sevan (Göyçə) gölünü tam nəzarətə götürür” iddiası ilə bağlıdır.

Bildirilir ki, “güzgü prinsipi”, yəni  qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi Azərbaycan ordusunun dövlət sərhədində strateji yüksəkliklərə nəzarəti itirməsinə hesablanmış plandır. “Aniv” fondu isə bu planın Göyçənin Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcəyini yazır və Ermənistan üçün təhlükəli olduğunu iddia edir.”

Diqqətə çatdırılır ki, bu iddialar Ermənistanda ictimai rəyi hakimiyyətə qarşı yönləndirmək kimi görünür: “Ermənistanda qorxu yaradan əsas amil Azərbaycan ordusunun sərhəd boyu ərazilərdə strateji mövqelərə sahib olmasıdır. Hərçənd, rəsmi Bakı ən yüksək səviyyədə yeni müharibədə maraqlı olmadığını dəfələrlə bəyan edib. Bundan sonra Azərbaycanın əsas hədəfi danışıqlar yolu ilə sülhə nail olmaqdır”.

Qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında müharibə riski mövcuddur, xüsusilə rəsmi İrəvanın sülh gündəliyini arxa plana keçirmək və yeni şərtlər yaratmaq məqsədilə hərbi təxribatlara başlaması planları istisna edilməməlidir: “Lakin hazırda sülh gündəliyi ön plandadır və hər şey Ermənistandan asılıdır, çünki rəsmi Bakı yaxın dövrdə ən azı sülh sazişi ilə bağlı niyyət sənədinin imzalanmasında maraqlıdır. 44 günlük müharibədən sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, xüsusilə Zəngəzur dəhlizindən imtina etməsi prosesin reallaşmasını çətinləşdirib. Sülhdə maraqlı olan Azərbaycan isə prosesi sürətləndirmək məqsədilə sərhədin delimitasiyasının sonraya saxılanılması təklifini irəli sürüb. Çünki delimitasiya uzunmüddətli işdir, əgər sülh sazişi sərhədin müəyyən edilməsi çərçivəsində müzakirə edilərsə, bu halda sazişin imzalanması üçün illər lazım olacaq. Eyni zamanda, sovet xəritələrinin saxlanıldığı Rusiyanın prosesə qoşulması ilə nəticələnəcək ki, bu da ikitərəfli formatda danışıqların pozulması ilə nəticələnə bilər”.

Sonda vurğulanır ki, Azərbaycan regionun təhlükəsizliyi və gələcəyi naminə sülh sazişinin imzalanması önündəki əngəlləri aradan qaldırmaq ssenarisindən çıxış edir: “İndi top Ermənistanın meydanındadır. Belə ki, sülh sazişinin imzalanması üçün ya Bakının haqlı tələblərini qəbul etməli, yəni  Naxçıvana “maneəsiz keçid” verməli və azərbaycanlı qaçqınların öz evlərinə qayıdışını təmin etməli, ya da Azərbaycan əsgərinin silahının kölgəsi altında “dalan ölkə” kimi qalmaq taleyi ilə barışmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 11-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hərbi, Siyasi / 11.01.2024 20:29
Erməni ordusu sərhəddən ən azı 5 kilometr geri çəkilir - FOTO - VİDEO
Siyasi / 11.01.2024 15:31
Rəsmi İrəvanın “güzgü prinsipi” hiyləsi – ANONS - VİDEO
Siyasi / 11.01.2024 13:53
İlham Əliyevin ismarışı – İrəvanın sülh prosesində qeyri-ciddiliyi – TƏHLİL
Gündəm, Maraqlı / 10.01.2024 20:16
Türkiyədən gələn ermənilərin “özəlləşdirdiyi” rayon - VİDEO
Dünya, Təhlil / 10.01.2024 15:47
Azərbaycanın Avropa Şurasına üzvlüyünü dəstəkləyən Fransa niyə dəyişir – TƏHLİL
Sosial / 10.01.2024 13:29
“İzi itirilən oğuz yurdu – Düzkənd rayonu” – ANONS - VİDEO
Müsahibə / 09.01.2024 23:12
Qərbi azərbaycanlılar doğma yurda qayıda biləcəkmi? - VİDEO
Dünya, Sosial / 09.01.2024 21:12
“İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 09.01.2024 20:22
“Ermənilər gələcəkləri üçün azərbaycanlılarla dost olmalıdılar” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 09.01.2024 14:51
İrəvan – bir qalanın sirri – ANONS - VİDEO
Gündəm / 09.01.2024 13:56
“Sənət adamları “barışıq damarı” tapmalıdırlar” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.01.2024 20:37
“Qərbi Azərbaycan ərazisində 26 türk tayfası yaşayıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 08.01.2024 17:34
Dövlət katibi səfərini niyə Türkiyədən başlayıb? – TƏHLİL
Siyasi / 06.01.2024 20:04
Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr - FOTO - VİDEO
Kriminal, Maraqlı / 06.01.2024 12:41
Ermənilərin Xalisa qətliamı – ANONS - FOTO - VİDEO
Gündəm, Mədəni / 05.01.2024 20:08
“Erməni müəllim dedi ki, sənə qiymət yazmayacam, çünki sən türksən” - FOTO - VİDEO
Maraqlı, Mədəni / 05.01.2024 14:39
“İrəvanın küçələrində konki sürürdüm”- Mübariz Tağıyevin “Həyat Hekayəsi”- ANONS
Dünya, Təhlil / 04.01.2024 20:34
Azərbaycanlıların öz evlərinə qayıdışı yaxın müddətdə baş verə bilər - FOTO - VİDEO
Təhlil / 04.01.2024 16:08
ABŞ-ın İran dərdi – “proksi” təşkilatları ilə bağlı məsələlər – TƏHLİL
Siyasi / 04.01.2024 14:25
Qərbi Azərbaycan məsələsi Ermənistanı silkələyir – ANONS - VİDEO
Dünya, Təhlil / 03.01.2024 17:22
İranı silkələyən qanlı hadisə – TƏHLİL
Gündəm / 01.01.2024 00:02
Prezident İlham Əliyev Azərbaycan xalqını Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib - VİDEO
Gündəm / 31.12.2023 00:01
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Maraqlı, Sosial / 29.12.2023 20:10
“Urudda uşaqlığımın şirin anlarını yenidən yaşamaq istəyirəm” - FOTO - VİDEO
Siyasi / 29.12.2023 14:17
Qərbi Azərbaycan İcması prezident seçkiləri ilə bağlı bəyanat yayıb
Sosial / 29.12.2023 13:47
“Anam 1918-ci il qaçaqaçında yolda doğulub” – Elşad Qurbanovun həyat hekayəsi - VİDEO