Siyasi 02.05.2024 22:13

“İlham Əliyev Ermənistandan daha nələri tələb edəcək?” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “İlham Əliyev Ermənistandan daha nələri tələb edəcək?” adlı süjetdə 10 minə yaxın şagirdin iştirakı ilə baş tutan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının Ermənistan mediasının əsas gündəm mövzusuna çevrildiyi, bu olimpiadanın məqsədinin yeni nəslin diqqətini Qərbi Azərbaycana yönəltmək, onun tarixinin öyrənilməsini təşviq etmək olduğu bildirilir.

Qeyd olunur ki, olimpiadanın erməni ictimai rəyinin yönləndirilməsinə səbəb olub və Ermənistanın siyasi arenasına ciddi təsir edib: “Birbaşa təhsillə bağlı olan və heç bir siyasi məqsəd daşımayan olimpiadanın Ermənistanda bu qədər narahatlıq yaratması təsadüfi deyil. Azərbaycanın Qarabağ zəfərindən sonra Qərbi Azərbaycana qayıdışın aktuallaşdığını yaxşı anlayırlar. Məhz bu reallığın qarşısını almaq üçün Ermənistan hakimiyyətinin devrilməsini istəyirlər. Çünki hazırki hakimiyyət sülh danışıqlarından yanadır və gündəlikdəki əsas mövzulardan biri azərbaycanlıların sivil və təhlükəsiz qaydada öz tarixi yurdlarına qayıdışıdır”.

Diqqətə çatdırılır ki, Ermənistan mediası İrəvanın hakim kuluarlarında azərbaycanlıların qayıdışı məsələsinin artıq müzakirə edildiyini yazır: “Bu yazılar bir daha təsdiq edir ki, rəsmi Bakı ilə İrəvan arasındakı danışıqlarda azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdışı əsas müzakirə mövzularından biridir. Qazaxda kəndlərin qaytarılmasından sonra yaranmış ictimai narazılıq fonunda məsələ yenidən gündəmə gəlib və qayıdış məsələsinin reallıq olduğunu ermənilər yaxçı anlayırlar. Erməni türkoloq, politoloq, kartoqraf və jurnalistlər hakimiyyəti tənqid edərək bildirirlər ki, istənilən güzəşt İrəvana, Zəngəzura qədər yeni tələblərə zəmin yaradacaq. Artıq yenilənmiş Qərbi Azərbaycan xəritəsi var. Nikol hakimiyyətdə qalarsa, Ermənistan Qərbi Azərbaycana çevriləcək. Qarabağdan gələn ermənilər də rəsmi Bakının icazəsi ilə Qərbi Azərbaycanda yaşayacaqlar. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması Prezident İlham Əliyevin növbəti tələbinin nədən ibarət olduğunu göstərir. Növbəti mərhələdə anklav olan 4 kənd qaytarılacaq, sonra Zəngəzur (Sünik) Azərbaycana təhvil veriləcək. Sonda isə Ermənistan yox olacaq”.

Sonda vurğulanır ki, Ermənistanda ictimai müzakirələri formalaşdıran, hər şeyi diktə edən tərəf Azərbaycandır: “Rəsmi Bakının diktə etdiyi məsələlərdən biri isə azərbaycanlıların tarixi torpaqlarına qayıdışır. Erməni millətçilər məhz bunun baş verəcəyini bildikləri üçün təşviş keçirirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet mayın 2-də sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 02.05.2024 22:13
“İlham Əliyev Ermənistandan daha nələri tələb edəcək?” - FOTO - VİDEO
Siyasi, Təhlil / 02.05.2024 14:08
Ermənistanın 3-cü respublikası süquta uğrayır – ANONS - VİDEO
Siyasi, Sosial / 01.05.2024 22:18
“Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanan şəhər” - FOTO - VİDEO
Hərbi, Mətbuat, Sosial / 01.05.2024 15:20
“Onu həmişə xatırlayırıq…” - FOTO
Elm və təhsil, Təhlil / 01.05.2024 14:43
Sosial şəbəkə oyunu – geosiyasi maraqların toqquşması – TƏHLİL
Maraqlı, Sosial / 01.05.2024 13:19
Ermənilərin Meğridə apardığı çirkin plan – ANONS - VİDEO
Mətbuat / 01.05.2024 12:58
Qərbi Azərbaycan Televiziyasının binası açıldı - FOTO
Hadisə, Siyasi / 30.04.2024 22:20
Erməni general: “Zod əlimizdən çıxsa bütün Göyçəni itirəcəyik” - FOTO - VİDEO
Müsahibə, Siyasi / 30.04.2024 19:12
“Qərbi Azərbaycanın yerli əhalisinin geri qaytarılması yaxın 5 ildə həll olunacaq” - FOTO - VİDEO
Siyasi, Təhlil / 30.04.2024 16:00
Qərbin Gürcüstanda növbəti imtahanı – TƏHLİL
Maraqlı, Sosial / 30.04.2024 14:34
“Ermənilər Zod kəndində qəbirləri qazır“ – ANONS
Müsahibə, Video müsahibə / 30.04.2024 13:44
“Erməni alimləri süni tarix yaratmağa çalışırlar” – ANONS - VİDEO
Müsahibə / 29.04.2024 22:16
“İrəvan ərazisinə 80 min kazakın köçürülməsi təklif edilmişdi” - VİDEO
Hərbi / 27.04.2024 22:42
Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 26.04.2024 21:32
“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” - FOTO - VİDEO
Təhlil / 26.04.2024 15:13
Avropa Parlamentinin qərəzli mövqeyi – TƏHLİL
Maraqlı, Sosial / 26.04.2024 13:31
“Maşınımızla Qarakilsəyə gedəcəyik” – Əlövsət Quliyevin “Həyat Hekayəsi” – ANONS
Gündəm, Siyasi, Təhlil / 25.04.2024 22:32
Dörd kəndi də azad edən İlham Əliyevin inanılmaz Qərbi Azərbaycan planı - FOTO - VİDEO
Təhlil / 25.04.2024 14:26
Rəsmi Bakı İrəvanı belə ağıllandırır – ANONS - VİDEO
Siyasi, Sosial / 24.04.2024 22:03
Qızıl Qoçun türk əhalisi ailəliklə sürgün edilib - FOTO - VİDEO
Təhlil / 24.04.2024 15:20
Sərhəd dirəyi – Aprel ayına dəyişən tarixi baxış – TƏHLİL
Maraqlı, Siyasi, Sosial / 24.04.2024 13:56
Muş ermənilərin yerləşdirildiyi rayon – ANONS - VİDEO
Mədəni, Sosial / 23.04.2024 22:36
Qərbi azərbaycanlıların mədəni irsi – ermənilərin iddiaları - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 23.04.2024 19:02
“Ermənistan Rusiya, Avropa və ABŞ-ın təmas nöqtəsinə çevrilir” - VİDEO
Maraqlı, Sosial / 23.04.2024 13:28
Erməni araşdırmaçıların iftira və etirafları – ANONS
Müsahibə, Siyasi / 23.04.2024 13:10
Fransa Ermənistanı yenidən qızışdırır – ANONS - VİDEO