Siyasi 01.11.2024 22:04

“Rayon İcraiyyə Komitəsinin sədrinə dedim ki, Bakıda ermənilərin zirzəmisində kirayədə qalıb oxumuşam” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qarsdakı qohumlarıma məktub yazdığım üçün məni partiyaya  keçirmədilər” adlı veriliş Ağbaba mahalının Amasiya rayonunun Ellər kənd sakini Şahbaz Balakişiyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, kəndin tarixindən söz açıb və deyib ki, kəndin əsl adı Elləroyuğu olsa da, 1931-ci ildə Ermənistan hökuməti tərəfindən dəyişdirilərək Ellər adlandırılıb: “XVII-XVIII əsrlərdən məskunlaşma tarixi olan kəndimizdə Orucəli, Abdurrahmanlı, Gülləli, Dəlləklər, Gümrülər kimi qədim türk tayfaları yaşayıb. Uşaqlıqda qar topası oynayar, xizək sürərdik. Kəndimiz bulaqlarla əhatə olunmuşdu. Yay aylarında bulaq başları həmişə qonaq-qaralı olardı. Atama kömək etmək üçün tez-tez dağlara, yaylağa  gedərdik. Anam isə təhsilimizə xüsusi önəm verərdi”.

Onun sözlərinə görə, Ermənistanda yaşayan azərbaycanlılar daim erməni millətçilərinin təzyiq və təqiblərinə məruz qalıblar: “Xüsusilə 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra vəziyyət daha da ağırlaşıb. Çox sayda azərbaycanlı öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Mən özüm də ermənilərin ədalətsizliyini və ayrı-seçkiliyini dəfələrlə görmüşəm. Kəndimizdəki problemlərlə bağlı qəzetə məqalə yazmışdım. Bundan xəbər tutan Rayon İcraiyyə Komitəsinin sədri məni yanına çağırıb hədələdi, məqalələrimin dərc olunmasına qadağa qoydu. Bu, açıq-aşkar repressiya idi. Nəhayət, 1988-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti kulminasiya nöqtəsinə çatdı. Ermənistanda baş verən zəlzələ müvəqqəti olaraq ermənilərin diqqətini yayındırdı və biz bu fürsətdən istifadə edib oradan çıxa bildik. Əvvəlcə Gürcüstana, oradan Azərbaycanın Qax rayonuna və sonra Bakıya gəldik”.

Ş.Balakişiyev 35 ildir doğma Ellər kəndindən uzaqda yaşadığını, hər gün kəndi yuxuda gördüyünü bildirib: “Vətən həsrəti heç nə ilə müqayisəyə gəlməz bir ağrıdır. Orada bizim tarixi izlərimiz, ulu babalarımızın məzarları var. İnanıram ki, bir gün doğma Ellər kəndinə mütləq qayıdacağıq. Bu həsrət heç vaxt qəlbimdən silinmir”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 1-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO