Maraqlı 12.03.2024 22:00

Erməni qızlar türklərə ərə getmək istəyir - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış  hazırlanıb.

Rakus.az xəbər verir ki, “Erməni qızlar haylara yox, türklərə ərə getmək istəyir” adlı buraxılışda əslən Şörəyel mahalının, Amasiya rayonunun Oxçuoğlu kəndindən olan araşdırmaçı Muxtar Oxçuoğlu ermənilər ilə hayların əsas fərqini üzə çıxarır.

O, saqların adlarını və tarixini hayların necə mənimsəməsinə, Saq və Qamərlərin məskunlaşdığı, qıpçaq və oğuzların birgə yaşadığı Qərbi Azərbaycanda saqların adını yaşadan yer adlarına, eləcə də hayların xristian-türk və erməni, subar irsini necə oğurlamasına aydınlıq gətirir.

Araşdırmaçı həmçinin Ermənistanda parçalanma getdiyini, haylar, yamlar, boşalar və ermənilər arasında gizli münaqişə baş verdiyini, xristian-qıpçaqlara aid qədim kilsələrin dağıdıldığını bildirir.

M.Oxçuoğlu sonda Ermənistanda saq və qıpçaq irsinə qarşı törədilən vandalizmdən, Şirak, Talin, Ani, Ağin adlarının türklərlə bağlılığından söz açır, hayların hind mənşəli, ermənilərin isə türk tayfası olduğunu və buna görə də erməni qızların hayları vəhşi sayaraq həmişə türkə ərə getmək istədiklərini vurğulayır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 12-də saat 19:30-da Baku Tv-nin efirində və 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 12.03.2024 22:00
Erməni qızlar türklərə ərə getmək istəyir - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 12.03.2024 19:00
“Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur” – MÜSAHİBƏ - VİDEO
Siyasi / 12.03.2024 17:03
İcma: “The Washington Post”da dərc olunmuş qərəzli yazını pisləyirik”
Təhlil / 12.03.2024 16:31
İran-Ermənistan saxtakarlığı – maskası yırtılan Tehran – TƏHLİL
Mədəni, Sosial / 12.03.2024 13:58
Erməni qızlar niyə haylara ərə getmirlər? – ANONS
Müsahibə, Siyasi / 12.03.2024 13:42
“Azərbaycan Avropa ətrafında sabitlik yaradır” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 11.03.2024 22:17
“Dayımı və hamilə həyat yoldaşını ermənilər xəstəxanada öldürdülər” - VİDEO
Sosial / 09.03.2024 22:12
Oxçuoğlu türk-oğuz adətlərini yaşadan kənd - FOTO - VİDEO
Siyasi, Təhlil / 08.03.2024 22:40
İrəvanın bu məhəlləsi boşaldılır: orada azərbaycanlılar yaşayacaq - FOTO - VİDEO
Hərbi / 08.03.2024 15:10
Adi patron alveri -Tehran-İrəvan hərbi əməkdaşlığı – TƏHLİL
Mədəni / 07.03.2024 22:39
Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər - FOTO - VİDEO
Siyasi, Təhlil / 07.03.2024 12:45
İrəvanın mərkəzində azərbaycanlı icması olacaq – ANONS
Sosial / 07.03.2024 11:57
Fətva verildi – Ramazan ayı başlayır
Maraqlı, Sosial / 06.03.2024 22:15
Daşnak Yaponun azərbaycanlılara yaşatdığı dram - FOTO - VİDEO
Sosial / 06.03.2024 14:25
Daşnak hücumlarına məruz qalan Keşişkənd rayonu – ANONS - VİDEO
Hadisə, Təhlil / 05.03.2024 22:00
Erməni tarixçi Göyçədə türkləri qırmaqlarını etiraf etdi - FOTO - VİDEO
Siyasi, Sosial, Video müsahibə / 05.03.2024 18:45
Qoy Ermənistan Azərbaycan-İsrail münasibətlərinə həsəd aparsın” - VİDEO
Mədəni, Mətbuat, Siyasi / 05.03.2024 14:02
“Yəhudilər ermənilərə niyə gülür? – ANONS - VİDEO
Hadisə, Kriminal / 05.03.2024 14:00
Erməni nağıllarında göydən gələn 3 atlı – ANONS - VİDEO
Elm və təhsil, İdman / 03.03.2024 10:48
Tanrıverdi Paşa şahmat turnirinin qalibi olub - FOTO
Mədəni, Sosial / 02.03.2024 22:11
Bəryabad – Türkiyədə yaşayan Qaraqoyunlu irsi - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı, Siyasi, Sosial / 01.03.2024 22:08
“Biz Vətən didərgini kimi qayıdış hüququndan istifadə edəcəyik” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı, Sosial / 01.03.2024 14:11
Rizvan Nəbiyevin “Həyat Hekayəsi” – ANONS
Mətbuat / 01.03.2024 13:15
104 yaşlı AZƏRTAC – kövrələrək yazdığım duyğusal xatirə
Siyasi, Təhlil / 29.02.2024 22:17
Rusiya bu dəfə İrəvanı cəzalandırmaq üçün hərəkətə keçəcək - FOTO - VİDEO
Siyasi, Təhlil / 29.02.2024 14:21
Ermənistan ləğv edilə, Qərbi Azərbaycan yarana bilər – ANONS