Elm və təhsil 10.09.2024 22:06

“Tava-Təpə” abidəsi “Göbəkli Təpə” abidəsi kimi bütövlükdə dəfn edilib” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Bütün Ermənistan boyunca türklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin izləri çıxır” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə erməni arxeoloqlarının Qərbi Azərbaycan ərazisində, xüsusən də Göyçə-Şəmşəddil bölgələrində aparılan qazıntılardan, “Tava Təpə”də tapılan nümunələrdən bəhs olunur.

Bildirilir ki, erməni tarixçiləri yeni iddialar sevdası ilə özləri də istəmədən apardıqları qazıntılar nəticəsində Qərbi Azərbaycan ərazisinin qədim türk-azərbaycan torpağı olduğunu sübut edirlər.

Fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov tarixi faktlara nəzər salaraq deyir ki, bu tapıntıların Qafqazda yaşayan köçəri maldar tərzi keçirən türk tayfalarına məxsus olduğunu sübut edir: “Qafqazda türklərin çox qədim tarixini sübut edən “Tava Təpə” nadir tapıntı kimi 3600 illik tarixi var. Qazıntı zamanı aşkar olunan binanın həddin artıq böyük olduğu ortaya çıxdı. “Tava Təpə”də qazıntı zamanı üzə çıxan tapıntılar hamını heyrətləndirdi. Bura içiçə dairələrdən yaranan mürəkkəb quruluşlu, daim yanan ocaq yeri olan tikilidir”.

Onun sözlərinə görə, qazıntı zamanı üz cizgiləri dəqiq olan gil fiqurlar dini ritualı göstərən artefaktdır: “ Dünyada heç yerdə rast gəlinməyən adət, yəni “Tava Təpə”də “Göbəkli-Təpə” abidəsi kimi ritual başa çatandan sonra bütövlükdə dəfn edilib. “Tava Təpə”də qazıntı zamanı tapılan qatdan aşağı qatda daha bir abidə tapılıb. Bu bölgələrin hamısında Xocalı-Gədəbəy mədəniyyətdən aid tayfalar məskunlaşıblar. “Tava Təpə” Xocalı-Gədəbəy mədəniyyətdən aid tayfaların dini ritual mərkəzi idi”. Ermənilər qazıntı zamanı üzə çıxan maddi sübutları öz adlarına çıxmaqla özlərini təkzib edirlər. Bütün Ermənistan boyunca qazıntı zamanı türklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin izləri çıxır”.

Süjetdə tarixçi “Tava Təpə” və digər abidələr barədə daha maraqlı faktlar və fikirlər səsləndirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 10-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb. 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO