Erməni təxribatının qarşısını alarkən yaralanmış hərbçi əməliyyat olundu
2019-cu ilin 31 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatının qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçu üzərində avqust ayının 1-də aparılmış cərrahiyyə əməliyyatı uğurla başa çatıb.
Rakus.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən bildirilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir.
Xidmət rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov hərbi qulluqçuya baş çəkib, cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə yaxından tanış olub.
General-leytenant Ə. Xəlilov hərbi hospitalda hərbi qulluqçunun valideynləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görüləcəyinə onları əmin edib.