Gündəm 22.08.2023 21:43

Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı” adlı veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, verilişdə tanınmış erməni yazıçısı və alimi Lusine Xaratyan istər bədii əsərlərində, istərsə də tədqiqatlarında Qərbi Azərbaycan ərazisində azərbaycanlılar, onlara məxsus mədəniyyət abidələri, həmçinin qaçqınlıq tarixi, ermənilər tərəfindən abidələrin dağıdılması, Azərbaycan adlarının dəyişdirilməsi mövzularına toxunur. Əslində, erməni millətçiliyinin tərəfində olan Lusine tarixi gerçəyi dana bilmədiyindən tədqiqat və seminar mövzularında ermənilərin Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi barbarlığı, vandalizmi və repressiyanı göstərmək məcburiyyətində qalır.

Bildirək ki, Lusine Xaratyan erməni yazıçı, mədəniyyətşünas antropoloqdur. İrəvan Dövlət Universitetinin tarix fakültəsini etnoqrafiya ixtisası üzrə bitirib. 2000-ci ildə Qahirə Demoqrafik Mərkəzində, 2002-2004-cü illərdə ABŞ-ın Minnesota Universitetində təhsil alıb və İctimai Siyasət üzrə magistr dərəcəsinə yiyələnib. Müxtəlif beynəlxalq və yerli təşkilatlarda, o cümlədən, Almaniyanın texniki əməkdaşlıq proqramlarında, Dünya Bankının Vaşinqton və İrəvan ofislərində, Minilliyin Müharibəsi Fondu – Ermənistan proqramında çalışıb. 2012-2018-ci illərdə Almaniya Xalq Ali Məktəbləri İttifaqının Beynəlxalq Əməkdaşlıq İnstitutunun (DV-V İnternational) erməni nümayəndəliyinə rəhbərlik edib. 2018-ci ildən Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisidir. Ermənistan PEN Mərkəzinin üzvüdür. Xaratyanın “Yaddaş dalanı” adlı hekayələr toplusu Avropa İttifaqının 2021-ci il Ədəbiyyat Mükafatına daxil edilib.

Avropada mükafata layiq görülən “Yaddaş dalanı” hekayələr toplusunda çağdaş erməni insanının yaddaşında ilişib qalan qorxuların dalanına düşdüyü, oradan çıxa bilməməsindən daxili, ictimai acılar içində çabaladığını qabardır. Özünə və psevdo tarixinə hər an qəsd görən erməni türkü azərbaycanlını, hətta farsı, gürcünü, rusu, KQB-ni, Qərbi, bir sözlə, hər kəsi özünün yalanlarına qəsd edəcəyini düşünür. Müəllifə görə, burada biz “yaşamırıq, ömrün sonunu gözləyirik. Biz ölümü təxirə salmağa davam edirik. Yoxsa həyatı gecikdiririk?” və bu qorxular, qorxudan yaranan düşmənçilikdən Ermənistanın gələcəyi olmayacağını yazır.

“Lars tələsi” povestini “Ermənistanda yaşamaq və klostrofobiya olmamaq çətindir” fikri yaranır. Klaustrafobiya güclü qorxudur və bir çox başqa qorxu növlərinə səbəb olur və əslində, ermənilərin bütün qorxularının səbəbini elə bu qorxularda görür müəllif. “Qarabağ ət dükanı” əsərində isə özünü siyasi problemlər məngənəsinə saxlayan erməninin, amerikalının timsalında böyük mədəniyyətdən sivilizasiyadan geri qaldığını müəllif bədii fəndlərlə çatdıra bilir. Bu əsərlərdən ibarət kitab Avropa İttifaqının 2021-ci il Ədəbiyyat Mükafatına layiq görülüb.

İctimai və elmi fəaliyyəti ilə seçilən Lusine Xaratyan təşkil olunan elmi tədbirdə “Ermənistan Respublikası yaddaş və unudulma arasında. Üçüncü Ermənistan Respublikasının yaddaş siyasəti kontekstində Azərbaycan amili” çıxışı azərbaycanlılara qarşı törədilən tarixi və mədəni cinayətlərin ifşası baxımından xüsusi maraq doğurur.

Lusine Xaratyan Ermənistanın əsas arxiv və kitabxanalarında apardığı araşdırmaları önə çıxaraq çıxışında bunları söyləyir: “Üç bölgədə – Sünik (Zəngəzur), Şirak (Ağbaba-Şörəyel), Qeğarkunik (Göyçə) vilayətlərində işləmişik.
İlkin iş mərhələsində biz seçim etdik və diqqətimizi bu vilayətlərə yönəltdik. Bu bizi ona görə maraqlandırırdı ki, abidələr yaddaş siyasətində mühüm yer tutur. Köhnə abidələrin taleyi də maraqlı idi. Və buna görə də Meğriyə getdik. Biz iki kənddə işləmişik, amma əsasən Lehvazda, çünki Lehvaz ermənilərin və azərbaycanlıların qarışıq yaşadığı bir kənd olub və oradakı insanlar o vaxt kənddə yaşayan azərbaycanlıların necə olduğunu, kənddə hansı abidələrin olduğunu yaxşı xatırlayırdılar. Hər bir rayon kimi, sovet dövründə Meğrinin də özünün rayon qəzeti olub, əvvəl “Kolxoz kəndi”, 60-cı illərdən isə adı dəyişdirilərək “Araks” qoyulub.

1954-cü ildə Stalinin ölümünə qədər məqalələr iki dildə çap olunurdu. Qəzetin həm Azərbaycan, həm də erməni bölməsi var idi. Sonralar qəzet ancaq erməni dilində çap olunmağa başladı. Qəzetin artıq Azərbaycan bölməsi yox idi”.

Burada yazıçı 1948-53-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası və mədəni repressiyası məsələsinin üzərindən sükutla keçərək rayon qəzetlərinin, həmçinin Azərbaycan dilində fəaliyyət göstərən elm, təhsil müəssisələrinin əsl bağlanma səbəbini açıqlamır. Deportasiya zamanı oranın yerli əhalisi olan azərbaycanlılar köçürüldüyündən və Suriya, Livan və s. ölkələrdən gətirilən ermənilər məskunlaşdırıldığından Ermənistan hakimiyyəti Azərbaycandilli müəssisələri də bilərəkdən bağlayırdı.

Lusine Xaratyan çıxışına davam edərək deyir ki, “Sovet İttifaqına xas təbliğat ruhunda yazılan məqalələrdə hər ikinci cümlədə bunun çoxəsrlik dostluq olduğu, ermənilərlə azərbaycanlıların minilliklər boyu dostluq münasibəti olduğu və bu dostluğun indi də davam etdiyi vurğulanırdı. Bu dostluğun mövcud olduğunu göstərən konkret misallar çəkilirdi. Məsələn, qəzetin 1968-ci il sayında Lehvaz kəndində erməni və Azərbaycan məhəllələri arasında körpünün salındığı və onun dostluq körpüsü adlandırıldığı qeyd edilir.

Bu, Lehvaz kəndinin abidəsidir. Azərbaycanlılar yaşamış kənddə qorunub saxlanılan İkinci Dünya müharibəsinə aid abidədir. Demək olar ki, Ermənistanın başqa bir kəndində belə qorunmuş ikinci abidə görməmişəm.
Abidə üzərində yazılan adların hamısının Azərbaycan adları olduğunu görürük, çünki o vaxtlar kənddə əsasən azərbaycanlılar yaşayıb. Burada cəmi 1-2 erməni adı yazılıb. Bunu ona görə göstərirəm ki, mən kənd camaatı ilə müzakirə aparmışam, başqa kəndlərin yeni sakinləri azərbaycanlıların abidələrini söküblər”.

Müəllifin çıxışının bu hissəsindən aydın görünür ki, Lehvaz kəndində vaxtilə ancaq azərbaycanlılar yaşayıb deyə, 1941-45-ci il müharibəsinə həsr olunan abidədə onların adları var. Məhz sonrakı illərdə köçürülmə nəticəsində kənddə erməni əhalisi artmışdı.

Tanınmış erməni yazıçı və alim Lusine Xaratyan mövzu ətrafında danışaraq qeyd edir: “Maraqlı bir fakt deyim. Azərbaycanlılarla yaşamış ermənilər, yəni yaşlı nəsil qərara gəlib ki, bu abidə qalsın, çünki bu, həm də onların abidəsidir. Lakin yuxarı bölgədə bəzi gənc qruplar var ki, onlar Ermənistanın müstəqillik dövründə doğulub və böyüyüb, azərbaycanlılarla ünsiyyətdə olmayıb, onlar bu abidəni dağıtmaq istəyib, lakin ağsaqqallar buna imkan verməyib. İzah ediblər ki, bu tarixdir, tarixi silmək olmaz, abidə qalmalıdır. Burada biz nəsillər arasındakı fərqi görürük. Əgər adamın azərbaycanlı qonşusu, dostu olubsa, bir yerdə yaşayıbsa, təbii ki, bu, həm də onun tarixinin bir hissəsidir. Ermənistanın təhsil sisteminin tərkib hissəsi olan yeni nəsil isə, hansı ki, azərbaycanlılarla ünsiyyətdə olmayıb, eyni məsələlərdə başqa cür düşünür.

Maraqlıdır ki, yaddaş baxımından sovet illəri ilə müqayisədə çox şey dəyişməyib. Yeganə fərq ondadır ki, həmin siyasətin məzmunu yüksək dərəcədə milliyyətçi çalarlar əldə edib. Amma nəyin və necə yadda qalmasının üsulu yenə də yuxarıdan aşağıya doğru ötürülür. Nəyin yadda saxlanılmasının lazım olduğuna qərar verən və aşağıda olanlara müvafiq göstərişlər verən yuxarıda olan hakimiyyətdir. Burada 2015-ci ildə Lehvaz kəndində, 1941-45 müharibə abidəsinin yanındakı ərazidə soyqırımının 100 illiyi ilə bağlı ucaldılmış xaçkarı görürük. Bu baxımdan, maraqlı olan odur ki, müharibə abidəsi 1968-ci ildə ucaldılıb və o zaman yuxarıdan göstəriş olub ki, sovet ordusunun 50 illiyi ilə bağlı Meğri rayonunun bütün kəndlərində vətən müharibəsi abidələri ucaldılsın. Bütün kəndlərdəki abidələr məhz həmin ildə ucaldılıb. Və eyni şəkildə, 2015-ci ildə yuxarıdan göstəriş olub ki, bütün kəndlərdə 1915-ci il soyqırımının xatirəsinə abidələr ucaldılsın və həmin rayonun bütün kəndlərində belə abidələr ucaldılıb, baxmayaraq ki, həmin kəndlərdə soyqırımdan canını qurtaran adamlar yoxdur.

Bu, Lehvazda yerləşən, Sovet İttifaqından qalan avtobus dayanacağıdır, təbii ki, istifadə olunmur, çünki indi nəqliyyat ovaxtkı kimi işləmir. Amma burada köhnə sakinlərin adları yazılıb və olduğu kimi qalıb. Dayanacağa da toxunmayıblar, taleyin hökmünə buraxıblar. Araşdırmalar apardığımız ikinci kənd, əvvəllər Nüvədi adlanan Nrnadzor kəndidir. Bu, rayonun ən böyük azərbaycanlı kəndi idi və Lehvazdan fərqli olaraq ancaq azərbaycanlılar yaşayan kəndlərdən biri idi. Toponimlərin dəyişdirilməsi siyasəti nəticəsində bu kəndin adı dəyişdirilib. Burada eyni nöqtədən çəkilmiş 2 fotoşəkili görürsünüz. Birincini 19-cu əsrdə Alişan çəkib, şərq üslublu damlar əks olunub, yəni evin damı həm də qonşunun həyətidir. İkinci fotoda siz eyni yeri görürsünüz, amma dağılmış evlər, çünki kənd boşaldıqdan sonra əvvəlcə qaçqınlar məskunlaşmağa gəldilər, lakin sonra onların çoxu kəndi tərk elədi, bu gün orada çox az sayda adam var. Kənddə, həmçinin həbsxana tikilib, cinayətkarları orada saxlayırlar. Nüvədidə bir neçə abidə çəkdik, əvvəlcə bu barədə danışmaq istərdim. Fikrimcə, bu, çox tanınmış abidədir, yəqin ki, onun kim olduğunu hamınız bilirsiniz. Nüvədi kəndinin yaxınlığında Aldərə adlanan bir kənd var idi, indi Alvank adlanır. Bu da tamamilə azərbaycanlılar yaşayan kənd idi. Bu, Sovet İttifaqı dağılana qədər Stalinin heykəlinin qaldığı yeganə kənd olub. Qaçqınlar Aldərəyə gələndə o heykəl hələ orada idi, ona toxunmamışdılar. Heykəlin necə söküldüyünü elə də öyrənə bilmədik. Ancaq heykəlin parçasını Nüvədidə tapmaq bizi çox təəccübləndirdi.

Bu, Nüvədi kəndinin vətən müharibəsi abidəsidir və Lehvazdan fərqli olaraq tamamilə dağıdılıb. Bəlkə də bu, qalan yeganə parçadır. Bunlar kənd zibilliyində tapılıb. Onların yerinə 2015-ci ildə bu xaçlar quraşdırılıb. Vətən müharibəsi qurbanlarının, Qarabağ müharibəsi qurbanlarının, soyqırımı qurbanlarının xatirəsinə ucaldılıb. Yəqin pul az olduğundan ümumi abidə qoyublar. Burada tarixi saxtalaşdırmanın və Azərbaycan adlarının, abidələrin məhv edilməsi, dağıdılması məsələsində mərkəzi hakimiyyətin fəal işirakı və yeni tarix yazmaq əməlləri ifşa olunur”.

Tanınmış yazıçı və alim Lusine Xaratyanın digər mahal və bölgələrdə olan araşdırmaları növbəti buraxılışda təqdim olunacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 22-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb. 

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 23.08.2023 14:01
İrandan erməniləri Vedibasar mahalına kim köçürdü? – ANONS
Gündəm, Maraqlı / 22.08.2023 21:43
Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.08.2023 19:45
Ermənilərin Urartu yalanının ifşası - FOTO
Gündəm, Sosial / 18.08.2023 19:58
Daşnak şovinistliyi – Nərimanlı müəllimlərin etirazı - FOTO - VİDEO
Sosial / 18.08.2023 13:11
“15 ailə bir yük maşınında kənddən zorla çıxarıldı” – ANONS - VİDEO
Mədəni / 18.08.2023 10:01
ASKEF-in Balkan turu – 5-ci yazı - FOTO
Siyasi / 17.08.2023 19:38
Azərbaycan-Ermənistan normallaşma prosesinə kimlər mane olur? - FOTO - VİDEO
Siyasi, Təhlil / 17.08.2023 13:49
Qloballaşan BMT dünyası – “ağlaşma” üsulu ilə yürüdülən siyasət - FOTO
Gündəm, Siyasi / 17.08.2023 12:20
Paşinyanın ikibaşlı oyunu – Rusiyanın şantaj planı – ANONS
Siyasi, Sosial / 16.08.2023 19:42
27 kəndi rus işğalı zamanı dağıdılan mahal - FOTO - VİDEO
Hadisə, Sosial / 16.08.2023 13:19
Xain xəyanəti – izi itirilən Talın mahalı – ANONS - VİDEO
Mədəni, Sosial / 16.08.2023 11:25
ASKEF-in Balkan turu – 4-cü yazı - FOTO
Hadisə / 15.08.2023 19:58
Njdenin Amağu qətliamı – 2 mindən çox azərbaycanlının ölüm sirri - FOTO - VİDEO
Gündəm / 14.08.2023 20:00
“Qərbi azərbaycanlıların geri dönüşü erməniləri rəzillikdən xilas edəcək”
Gündəm, Siyasi, Təhlil / 14.08.2023 16:00
İqnatius və Vardanyanın türklərə qarşı qərəzli və kinli niyyəti – TƏHLİL
Müsahibə / 14.08.2023 10:29
“Gənclərimiz tarixi torpaqlarımıza dönmək arzusu ilə yaşayırlar” – ANONS
Hərbi / 12.08.2023 21:07
Ermənilərə 83 il müqavimət göstərən Şidli - FOTO - VİDEO
Sosial, Video müsahibə / 11.08.2023 19:50
“Qayıdış baş tutacaq, gedib evimizdə yaşayacağıq” - FOTO - VİDEO
Müsahibə / 11.08.2023 12:43
“Kəndimizdən ayrı dura bilmirəm” – Natiq Vəliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 10.08.2023 19:39
Paşinyan Qərbi azərbaycanlılarla bağlı məsələni niyə inkar edir? - VİDEO
Dünya, Siyasi / 10.08.2023 14:47
İrəvanda Qərbi azərbaycanlıların qayıdışı səslənir – ANONS
Təhlil / 10.08.2023 14:32
Tehran rejimi – idmançıların qaçıb getdiyi – ölkə – TƏHLİL
Maraqlı / 09.08.2023 19:42
Çar Rusiyasının Şörəyel sultanlığında erməniləşdirmə planı - FOTO - VİDEO
Hadisə, Maraqlı / 09.08.2023 13:06
Çar Rusiyası Şörəyel mahalını necə işğal edib? – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 08.08.2023 20:00
Gənc erməni bloqçunun etirafı - FOTO - VİDEO
Mədəni / 08.08.2023 10:05
ASKEF-in Balkan turu – 3-cü yazı - FOTO