Siyasi 30.10.2024 22:35

Erməni professor: “Putin, Vardanyan kimi adamlardan zibil kimi istifadə edib, zibilxanaya atır” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Erməni deputat: Paskeviç İrəvan xanlığını erməni vilayətinə çevirdi” adlı süjetdə Ermənistan parlamentinin deputatları Azat Arşakyan, Lilit Minasyan, Hovik Ağazaryan, Stenford Universitetinin professoru Artur Xaçikyan, politoloq Harutyun Mkrtçyan, professor Levon Şirinyanın daşnakların azərbaycanlılara qarşı cinayətlərini etiraf edir, indiki hakimiyyətin fəaliyyətini tənqid edirlər.

Deputatların sözlərinə görə, indiki hakimiyyət Ermənistanı böyük Ermənistana deyil, yazıq koloniyaya çevirəcək: “Bu gün erməni xalqının, dövlətinin tarixi Bakıda yazılır. Erməni vilayəti İrəvan xanlığının ərazisində yaradılıb. Rus generalı İvan Paskeviç İrəvan xanlığını erməni vilayətinə çevirib. Hamı bilməlidir ki, rus ordusu İrəvan xanlığını işğal edib. Ermənistan Marsda qurulan dövlət deyil”.

Professor Artur Xaçikyan və Levon Şirinyan düşüncələrini belə izah edirlər: “Ermənistanın indiki hakimiyyəti Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğandan diplomatiyanı necə aparmağı öyrənməlidir. Azərbaycan bizim düşmənimizdir, amma ölkəyə ziyalı adam rəhbərlik edir. ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer bəyan edib ki, Ermənistan bir neçə soyuq qışa hazır olmalıdır. Biz bu gün alçaldılmış, məğlub olmuş bir ölkəyik. Bu xırda düşüncəli adamlar Qarabağdan əl çəkiblər, indi də Ermənistanı məhv etmək qərarına gəliblər. Putin Vardanyan kimi adamlardan zibil kimi istifadə edib, zibilxanaya atır”.

Politoloq Harutyun Mkrtçyan isə diqqətə çatdırıb ki, Ermənistanı 1 milyon 300 min insan birdəfəlik tərk edib, əsl soyqırımı budur: “Biz 1990-cı illərdə Azərbaycanın ərazi bütövlüyünü pozmuşduq. Kim deyir ki, Türkiyə bizim düşmənimizdir? Siz səhv edirsiniz. Bütün oğrular və cinayətkarlar İrəvan küçələrində sakitcə gəzirlər. Robert Koçaryanın, Serj Sarkisyanın saraylarını görsəniz, Ermənistanda yaşadığınıza peşman olacaqsınız. Bir sözlə, Ermənistan boşalır, çıxılmaz vəziyyətlə qalanlar ölkədən gedir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 30-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO