Gündəm 05.09.2023 19:52

Tanınmış erməni ziyalıları Ermənistan hakimiyyətinə qarşı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni ziyalılar Azərbaycan mədəni irsinin müdafiəsinə qalxdı” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə erməni kilsəsi və alimləri indiki Ermənistanda azərbaycanlıların tarixi izlərini, yaratdığı maddi mədəniyyət nümunələrini dağıtmaq, saxtalaşdırmaq yolu ilə onların bu ərazidə mövcudluğunu danmaq istiqamətində 200 ildən çoxdur çalışdıqlarını etiraf edirlər.

Bildirilir ki,  2019-cu ildə etnoqraflar Arsen Hakopyanın, Lusine Xaratyanın və Rafik Kortoşyanın müəllifi olduğu “Ermənistanın sovet keçmişindən epizodlar: erməni-azərbaycanlı birgəyaşayışının izləri ilə”  adlı kitabda ermənilərin bu illər əzrzində səylə silmək istədikləri Azərbaycan izləri öz alimləri tərəfindən təqdim olunur, Ermənistan dövlətinin və ictimaiyyətin Azərbaycanlılara məxsus abidələrin dağıdılması istiqamətində apardıqları məkrli siyasət ifşa edilir.

Yazıçı, ədəbiyyatşünas, ictimai xadimi, 2007-ci ildən Avrasiya Əməkdaşlıq Fondunun direktoru Gevorq Ter-Qabrielyan, kitabın müəllifləri – etnoqraf Levon Abrahamyan və Arsen Hakopyandan sitatlar, qeydlər verilir, onların sözləri ilə Ermənistanın sovet dövrü tarixində azərbaycanlıların mədəni irsinin lazımi səviyyədə öyrənilmədiyi vurğulanır.

Verilişdə tanınmış jurnalist Marina Martirosyanın 1882-ci ildə yaranan Azərbaycan Teatrının tarixini 50 il cavanlaşdırması, proqressiv görünmək istəyən erməni ziyalılarının özündə şovinizm mərəzi,  tarixi öz maraqlarına uyğun dəyişmək meylləri göstərilir.

Həmçinin erməni etnoqrafları keçmişdə Meqri bölgəsində kult və dini strukturlar ətrafında formalaşmış yerli birgəyaşayış forma və mexanizmlərini maraqlı nümunə kimi önə çıxarır, 1920-ci illərdə azərbaycanlıların mədəni modernləşdirilməsinə yönəlmiş sovet milli siyasətinin erməni xüsusiyyətlərini vurğulayırlar: “Dolayısı ilə bu siyasətin saxtalaşdırma, azərbaycanlıların tarixi yerini, mədəniyyəti aşağılama və beynəlmiləlçilik adı ilə milli xüsusiyyətləri silmə meylləri ifşa olunur. Sövet dövründə Türkiyədən gələn mühacir ermənilərin bu bölgədə əlavə gərginlik yaratması və İrəvan Azərbaycan teatrının milli adətlər üzərində yeni ənənə yaratmaq, intellektual əlaqələr yaratmaq vasitəsinə çevrildiyi qeyd edilir.

Beləliklə, müəlliflərin gəldiyi əsas qənaət bu ərazidə Azərbaycan izlərinin böyük tarixə malik olması, Ermənistan dövlətinin və elmi dairələrin bu izləri silmək üçün saxtalaşdırma, adları dəyişdirmə, abidələri, məzarları dağıtma əməlləri, monoetnik mədəni mühit yaratmaq fəaliyyətini etiraf və tənqid etməkdən qorxmamasıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 5-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO