Gündəm 01.12.2023 20:00

“1987-ci ildə məni ermənilər İrəvanda öz evimizə qeydiyyata salmadılar”

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Biz qışda hokkey oynamaq üçün İrəvanda küçələri sulayardıq” buraxılış qədim İrəvan şəhər sakini Tamerlan Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərinin İrəvan şəhərində keçdiyini, uşaq baxçasını, orta məktəbi orada bitirdiyini deyib: “Bir sinifdə 40 şagird oxuyurdu. 10-cu sinfi qurtaranda isə 20 nəfər bitirmişik. Bu azalmanın əsas səbəbləri azərbaycanlıların köçürülməsi ilə bağlı  qərarın qəbul edilməsi və insanların mənən sıxışdırılması idi”.

Onun sözlərinə görə, uşaqlıq illəri heç vaxt yaddan çıxmır, məhəllədə yay və qış vaxtlarında müxtəlif oyunlar oynayıb, xəyalından  müəllimələri heç vaxt çıxmır: “M.F.Axundov adına 9 nömrəli məktəbin müəllimləri çox güclü olublar. O məktəb və müəllimlər İrəvan ziyalılarının yaranmasında,  formalaşmasında çox böyük rol oynayıb. Bizim orada yaşadığımızın evin indi 100 yaşı var.

T.Əliyev İrəvan şəhəri, o cümlədən bütün Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar sovet hakimiyyəti dövründə 2-3 dəfə deportasiya uğrayıb: “1948-1953-cü illər deportasiyası zamanı institutları bağlamışdılar. Qərbi Azərbaycanın başqa yerlərində camaatı yük vaqonlarına doldurub Kür çayı ətrafına köçürmüşdülər. Sonra azərbaycanlıların bəziləri geri qayıtmışdı. Mən özüm 1987-ci ildə İrəvanda öz evimizə qeydiyyata düşmək istədim. Lakin məni qeydiyyata almadılar. Lakin müəyyən səbəblər, arqumentlər gətirmək adı altında məni qeydiyyata salmadılar. Mənim valideynlərim isə 1988-ci ilə qədər həmin o evdə, o yurdda yaşayıblar”.

O, İrəvanda son deportasiya zamanı evlərini dəyişmək üçün doğma şəhərə qayıtdığını deyib: “Bu hadisələr başlayanda evləri dəyişdirmək istəyirdik. Onda evlə məşğul olurdum və mən bu evlə əlaqədar İrəvana qayıtmışdım. İrəvanda qalan vaxt onda mənim babamgil də, qonşular da köçməmişdilər. Gecə biz yatmışqdıq qonşu gəlib bizi oyatdı ki, təcili durun, sizin babanızın evinə hücum ediblər. O zaman evdə mən idim, atam idi, anam idi, qalanlar isə Bakıda, burada qalırdılar. Atam məni qaçırdı, dedi ki, sən cavansan, ola bilər səni vurub edərlər. Yəni bu da mənim yadımdan çıxacaq gün deyil. Ondan sonra İrəvanda heç bir azərbaycanlı qalmadı”.

Hə il 3-4 dəfə İrəvana getdiyini, ermənilərin Toxmaqgöl qəbiristanlığını 1988-ci ilə qədər yerlə-yeksan etdiyini, doğma Vətən həsrətilə yaşamağın çətin olduğunu söyləyən T.Əliyev  öz yurduna qayıtmaq istədiyini bildirib: “İstəyərəm öz yurduma qayıdam. Mən orada anadan olmuşam. Mənim uşaqlığım orada keçib, o abu-hava ilə böyümüşəm, həyata vəsiqəni o məktəbdən almışam. Bunu yaddan çıxarmaq olarmı?! Babalarım, nənələrim Toxmaqgöl qəbiristanlığında uyuyurlar. Otuz beş ildir ana yurdumu hər ay yuxumda görürəm. O həsrət heç vaxt – ölənə qədər yaddan çıxa bilməz”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 1-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Mədəni / 01.12.2023 20:00
“1987-ci ildə məni ermənilər İrəvanda öz evimizə qeydiyyata salmadılar”
Gündəm, Maraqlı / 01.12.2023 13:32
“Qışda hokkey oynamaq üçün İrəvanda küçələri sulayardıq” – Tamerlan Əliyevin həyat hekayəsi – ANONS - VİDEO
Mətbuat / 01.12.2023 12:50
“Medianews.az” saytına yeni baş redaktor təyin edilib
Dünya / 30.11.2023 20:33
Qərbi Azərbaycana qayıdış qaçılmazdır – Ermənistanın iddiaları alt-üst oldu - FOTO - VİDEO
Siyasi, Təhlil / 30.11.2023 14:24
Ermənilərin “qaçqınlıq nağılı” – ANONS - VİDEO
Siyasi, Sosial / 29.11.2023 19:46
Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı - FOTO - VİDEO
Siyasi, Sosial / 29.11.2023 13:35
Barana niyə Noyemberyan və Tavuş oldu? – ANONS - VİDEO
Gündəm, Siyasi / 29.11.2023 11:45
Ermənistan UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir – BƏYANAT
Siyasi, Sosial / 29.11.2023 00:34
Ardanış kənd icmasına sədr seçilib - FOTO
Gündəm, Siyasi / 28.11.2023 20:00
Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 28.11.2023 19:14
“Qarabağ klanı erməni cəmiyyətində revanşizm toxumu səpir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Təhlil / 28.11.2023 15:31
Konqresin yanlış mövqeyinin etirafı – Vaşinqtondan Bakıya telefon zəngi – TƏHLİL
Siyasi / 28.11.2023 14:26
Zəngəzur boyunca kəndlər boşaldılır – ANONS - VİDEO
Müsahibə / 28.11.2023 13:01
“Praqmatik ermənilər Azərbaycanla sülh yaratmağa çağırırlar” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 27.11.2023 20:02
“Deportasiya olunan azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə vermədilər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 27.11.2023 16:25
Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır? – TƏHLİL
Hadisə, Mətbuat / 25.11.2023 19:05
Subatan – Bulaqlarda suyun çoxalmasının faciəsi - FOTO - VİDEO
Hadisə, Maraqlı, Sosial / 24.11.2023 20:15
“Ermənilər bizə türkes deyib 10 qəpiklik kökəni vermədilər”
Maraqlı, Sosial / 24.11.2023 13:43
“Atam dedi ki, apar məni Qaraqayada basdır” – “Həyat Hekayəsi” – ANONS
Siyasi / 23.11.2023 20:00
Azərbaycan bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri olacaq - FOTO - VİDEO
Elm və təhsil / 23.11.2023 18:37
ASKEF üzvlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri – I YAZI - FOTO
Siyasi, Təhlil / 23.11.2023 14:46
Paşinyanın “Qərbi Azərbaycan”la bağlı məkrli planı – ANONS
Elm və təhsil, Mədəni / 23.11.2023 14:16
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi başlayıb - FOTO - VİDEO
Gündəm / 23.11.2023 12:06
Ardanış kənd icmasının ilk iclası keçirilib - FOTO
Gündəm, Siyasi, Sosial / 22.11.2023 19:51
İki müqavilə ilə Ermənistana verilən Amasiya rayonu - FOTO - VİDEO
Maraqlı, Siyasi / 22.11.2023 13:45
Amasiya torpaqlarını Ermənistana kim verdi? – ANONS