Siyasi 18.10.2024 22:43

“Ermənilər bizim qapılarda meyvədən ötrü diz çökürdü” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər bizim qapılarda meyvədən ötrü diz çökürdü” adlı veriliş Dərələyəz mahalının Keşişkənd rayonunun Ələyəz kənd sakini Leylan Cəbrayılovanın həyat hekayəsinə həsr olunub.

O, 1946-cı ildə dünyaya göz açdığı doğma kəndinin xatirələrini bölüşüb: “Ələyəz kəndi həqiqətən bir cənnət idi. Heyvandarlıq, meyvəçilik idi. Kənddə hər ailənin öz torpaq sahəsi, bağı və həyəti var idi. Ələyəz kəndi təkcə meyvə bağları ilə deyil, həm də zəngin su qaynaqları ilə məşhur idi. Çoxlu bulaqlarımız var idi – Ağ bulaq, Xırrı bulaq. Yay aylarında sakinlər Əməri yurdu və Dəmir təpə kimi yaylaqlara çıxırdılar”.

Onun sözlərinə görə, doğma yurdundan deportasiya olunan azərbaycanlılar acı tale yaşayıb, erməni vəhşilikləri, təcavüzü və deportasiyasının qurbanı olublar: “Təəssüf ki, bu gözəl diyarın taleyi faciəvi şəkildə dəyişdi. 1988-ci ilin noyabr ayında erməni təcavüzü nəticəsində Ələyəz sakinləri öz doğma yurdlarını tərk etməyə məcbur oldular. Bizi sürgün edirlər. Atam, bibim ermənilərin 1915-1918-ci illərdə törətdikləri vəhşiliklərdən danışırdı. O vaxt ermənilər kəndə basqın edib dinc sakinləri qətlə yetirmişdilər. Ulu babamı da ermənilər öldürmüşdü. Qaçıb canını qurtaranlar sonradan qayıdanda dəhşətli mənzərənin şahidi olublar. 1988-ci ilin noyabr ayında ermənilər yenidən azərbaycanlılara qarşı təcavüzə başladılar. Ailəmiz məcburən doğma kəndi tərk edib Bakıya pənah gətirdilər. Amma həyat yoldaşım bir müddət kənddə qaldı. Ermənilər evlərə od vurub yandırırdılar. Azərbaycanlılar canlarını götürüb qaçdılar. Qohumlarım çox əziyyət çəkdilər. Onları döyüb, ölümcül hala salmışdılar”.

Ələyəz kənd sakini Vətən həsrəti ilə yaşadığını söyləyib və öz arzusunu dilə gətirib: “Bu gün  Ələyəz sakinləri Vətən həsrəti ilə yaşayırlar. Elə həsrət çəkirəm, gedəm Vətənə, bir dəfə öz eyvanımıza çıxam, oradan da enəm o qəbristanlığa baxam. Vətən həsrətini təkcə mən yox, hamı çəkir. Orada doğulmuşam, ulu babamın, atamın qəbri var. Ən böyük arzum doğma kəndimə qayıtmaq, ata-baba yurdunu ziyarət etməkdir. Bir arzum var, gedim, nəvələrimi də aparım, o cənnət məkanı, o həyətimizi gəzdirim. Vətəni görmədən ölmək istəmirəm. İnanırıq ki, bu arzular gerçəkləşəcək, gedib öz yurdumuzda yaşayacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 18-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO