Maraqlı 03.11.2023 20:00

“Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO - VİDEO

“Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” – Qərbi Azərbaycan Xronikası

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Ailəmlə qayıdıb yenidən Qafanda yaşamaq istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhər sakini Rəşad Həsənovun həyat hekayəsinə həsr olunub.

O, altı yaşına qədər Qafan şəhərində yaşadığını, 1988-ci ildə ailəsi ilə birlikdə deportasiya olunduqlarını deyib: “Biz Qafan şəhərində 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayırdıq. Həmin binanın qarşısında Stup dağı var idi, eyvandan baxanda Stup dağı görünürdü. Qafanın çox gözəl coğrafi mövqeyi var idi.

Uşaq vaxtı atamla,babamla, nənəmlə Styup dağının ətəyinə gediridk, gəzirdik, istirahət edirdik. Çox gözəl günlərimiz olurdu. Novruz ənənələrimiz var idi, çərşənbələr var idi. Adət-ənənələrimizi çox gözəl davam etdirirdik”.

Onun sözlərinə görə, azərbaycanlı ailələr əsasən Qafanın kəndlərində yaşayıblar: “Babamın əsli isə Qafanın Əcli kəndindəndir. Babamın  babasını da ermənilər 1918-ci ildə ermənilər Qafandan sürgün ediblər, deportasiya ediblər, qovublar. Onların yarısı Naxçıvan tərəfə gediblər, yarısı da İrana keçiblər. Təbii ki, deportasiya olunan zaman yollarda xəstəlik tutublar, yarısı qırılıb. 1918-ci ildən sonra, Sovet hakimiyyəti qurulandan sonra Qafanın kəndinə qayıdıblar. Mənim uşaqlığım 6 yaşınadək orada keçib. Uşaqlığım müddətində mən orada erməni uşaqlarla, erməni ailələri ilə münasibətimiz doğrudan da normal olub, gəlişimiz olub, gedişimiz olub, qonaq gəlmişik, qonaq getmişik, bayramlarda bir yerdə olmuşuq, ad günlərində bir yerdə olmuşuq. Biz onlara nəsə bir pislik etməmişik. Amma onlar öz aralarında bizi  çıxarmaq, Zəngəzur mahalından qovalamaq fikrində olublar.

R.Həsənov erməni tələbələrin axşamlar Azərbaycan türklərinin evini daşladıqlarını, butulkalara benzin doldurub yandırdıqlarını xatırladıb: “1988-ci ilin noyabr ayında bizi ermənilər öz torpağımızdan, öz dədə-baba yurdumuzdan, öz Vətənimizdən deportasiya etdilər. Soyuq günlər idi, çox pis vəziyyətdə idik. Çoz acınacaqlı bir vəziyyətdə gəldik. Vaqonlarda, soyuq havada, qarlı qışda, evimizdə nə qədər əşya var idi evdə qaldı, qoca, yaşlı, qız-gəlin, kim gəldi bizi öz torpaqlarımızdan qovaladılar, öz yurdumuzdan, öz dədə-baba torpaqlarımızdan qovaladılar. Zülmlı çıxdıq, sonra da gəldik Bakı şəhərində yerləşdik”.

O, dədə-baba yurdlarına qayıdacağına əminliyini bildirib: “Ora bizim tarixi elimiz-obamız olub. Bizim babalarımızın, ulu babalarımızın ruhları oradadı. O torpaqda yaşamaq istəyirəm. İnşallah, bunu səbirsizliklə gözləyirik. Şəxsən mən bir vətəndaş olaraq buna inanıram. Ali Baş Komandanın ətrafında sıx birləşməliyik, öz torpaqlarımıza getməyi və o torpaqlarımıza, Vətənimizə, elimizə, obamıza sahib çıxmalıyıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 3-də saat 19:30-da Baku Tv-nin efirində yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO