Ermənilər Əmir Səəd məqbərəsini kimin adına çıxarırlar? - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, Budəfəki veriliş Qərbi azərbaycanlıların müəyyən edilməsi və siyahıya alınmasına həsr olunub.
Məsələ ilə bağlı danışan Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqarın sözlərinə görə, bu istiqamətdə sistemli iş aparılıb:
“Bizdə ilkin rəqəmlər bu idi ki, 1987-1991-ci illərdə, yəni son deportasiya zamanı 300 mindən çox Qərbi azərbaycanlı ata-baba yurdundan qovulublar. 216 nəfərin öldürülməsi barədə məlumat da var idi”.
Sözçü bildirib ki, Qərbi azərbaycanlıların siyahıya alınması yekunlaşıb və onlar torpaqlarına könüllü qayıdacaqlar: “Siyahıya alınma zamanı ilk növbədə əhalinin özünü təqdim etməsi prosesi effektivdir. Bu məqsədlə geniş informasiya kampaniyası apardıq”.
Ü.Zülfiqarın sözlərinə görə, Qərbi azərbaycanlıların hər birinə izah edilib ki, onlar könüllü şəkildə torpaqlarına geri qayıda bilərlər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: