Maraqlı 13.10.2023 20:00

“Ermənilər evimizi partlatdılar, 4 yaşlı öğlum qucağımda öldü” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Göyçədə evimizi tərk edəndə kömür sobası yanılı qaldı” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Aşağı Şorca kənd sakini Minayə Abbasovanın həyat hekayəsinə həsr olunub.

O, kəndin dağlarını, bulaqlarını, dəyirmanlarını, yaylaqlarını xatırladıb, ailədə 11 uşaq olduqlarını, 1988-ci ildə qarlı bir gündə Göyçəni tərk etdiklərini bildirib.

Onun sözlərinə görə,  doğma evindən ağlaya-ağalaya çıxıb: “Biz ilk olaraq Göygöl rayonunun Balçılı kəndinə, sonra Quşçu kəndinə getdik. 1988-ci il noyabrın ortalarında Quşçu kəndindən ermənilər çıxanda yoldaşım buraya mühasib gəldi. Gecə saat 12 radələri olardı. Anam, xalam, qızlarım da bizdə idi. Rəhmətlikləri kəndə qonaq çağırmışdım. Yoldaşımla oğlum o biri otaqda yatmışdı. Balaca oğlum da bu biri evdə divanın üstündə yatmışdı. Əlimdə nəsə toxuyurdum. Elə bir onu gördüm ki, pəncərədən evə nəsə atıldı. Qışqırdım və 3 yaş 6 aylıq uşağı götürdüm. Qucağımda hiss etdim ki, nəsə açıldı və uşaq artıq  qucağımda deyildi. Anam, qızım yaralandı, özümündə bədənim dolu qəlpələrdi. Bunu mənfur ermənilər etmişdilər. O günlər getsin gəlməsin. Dekabrın 28-dən 29-na keçən gecə qış günü idi, çölə çıxa bilmədik. Hava işıqlananda bizi Gəncəyə 5 nömrəli xəstəxanaya apardılar. Ondan sonra Göyçədəki evimizi Gəncə ilə dəyişdik. Ondan sonra dövlətimiz uşağımın şəhidliyinə görə bizə ev verdi”.

M.Abbasova çox keçməkeşli həyat yaşadığını, elindən-obasından ayrı düşdüyünü və Vətən həsrəti ilə yaşadığını söyləyib: “Həyatda bircə arzum var ki, gedəm, Göyçədə evimizi görəm, ondan sonra yaşamağın mənim üçün heç bir mənası yoxdur. Mən gözümü açıb orada anadan olmuşam, 3 yaşından sonra nəvar hamısı yadımdadır. Bu saat kəndimizin daşı, divarı, bütün xatirələr bir-bir gözümün qabağından lent kimi gəlib gedir. Onu arzulayıram ki,  gedəm heç olmasa kəndi uzaqdan görəm və öləm. Orada cavan qardaşımın qəbri qalıb. Atamın qəbri qalıb”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 13-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO