Elm və təhsil 27.08.2024 22:23

“Ermənilər Göyçə-Şəmşəddil bölgələrində qazıntıları fəallaşdırıb” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “5600 il əvvəl mövcud olmuş dəfn adəti bu gün Gəncədə icra olunur” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə erməni arxeoloqlarının Qərbi Azərbaycan ərazisində, xüsusən də Göyçə-Şəmşəddil bölgələrində qazıntıları fəallaşdırmasından, saxta “Ermənistan tarixini” əsaslandırmaq üçün maddi sübutlar axtarmasından bəhs olunur.

Bildirilir ki, Ardanış, Şorca kimi qədim Azərbaycan yaşayış məntəqələrində 21-dən çox qazıntı işləri aparılıb. Tapılan nümunələrin Kür-Araz mədəniyyətinə aid olduğunu etiraf edən erməni arxeoloqlar əslində köçəri mədəniyyətinə məxsus nümunələri özlərinə aid edirlər.

Diqqətə çatdırılır ki, ermənilərə layiqli və əsaslı cavab Azərbaycan arxeoloqlarından və Göyçə-Şəmşəddinin sərhədində yerləşən Ağstafa rayonunun Aşağı Kəsəmən və Göycəli kəndi ərazisində yerləşən “Tava təpə” abidəsidir. Belə ki, abidənin tədqiqi nəticəsində son tunc – ilk dəmir dövrünə aid olan ibadətgah aşkar olunub. Arxeoloqların fikrincə, bu abidə öz unikallığına görə təkcə ölkəmizdə deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunmalıdır. Ardanış və Şorcada ermənilərin apardığı qazıntılarda Azərbaycan mədəniyyətinə aid izlər aşkarlanıb. Unikallığına görə bütövlükdə Qafqazda ilk tapıntı hesab olunan “Tava təpə” ibadətgahında yaşayışın 3500 il əvvələ aiddir. Ağstafada tapılan yeməkxana da bütün Qafqaz üçün xidmət göstərib, insanlar 3500 il öncə bura gəlib yemək yeyib. Bu tapıntı bu ərazidə qədimdən yaşayanların kimliyini sübut edir.

Süjetdə “Tava təpə” abidəsi haqqında italiyalı arxeoloq, Kataniya Universitetinin professoru Nikola Lanerdən sitatlar çəkilir.

Sonda fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun fikirlərinə də yer verilir. Qeyd olunur ki, Gəncə Qazax, Daşkəsən, Göygöl bu ərazilərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan kurqan abidələr, yaşayış yerləri tədqiq edilir. İndiyə qədər Azərbaycanda, təxminən, 20 bu tip kurqan tədqiq olunub.

Onun sözlərinə görə, Qafqazda erkən kurqan mədəniyyəti son Xalqolitdən başlayır: “Eramızdan əvvəl 3600-cü ildən erkən Kür-Araz tayfalarında, kurqanda dəfn ənənələri mövcud olub. Kurqanların giriş qapısı bu səbəbdən Şərqdən qoyulub. Azərbaycanın Qərb bölgəsindən tapılan kurqanlar tarixi əhəmiyyətli gerçəyi üzə çıxarır. Şərq tərəfdən olan qapı açılıb, dəfn olunmuş insanın sümükləri kənara itələyib, ölən dəfn edilirdi.  Dəfn başa çatdıqdan sonra kurqana od vurulub yandırılırdı.  Odun ruhu təmizləyici güc olaraq istifadə olunması adəti də var idi. Genetik yaddaşla ötürülən, 5600 il əvvəl mövcud olmuş dəfn adəti və ritualı bu gün Gəncə Səbzikarında icra olunur. Gəncədə mövcud olan sərdabə 5600 il əvvəl mövcud olan sərdabənin eynisidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 27-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Sosial / 27.08.2024 22:23
“Ermənilər Göyçə-Şəmşəddil bölgələrində qazıntıları fəallaşdırıb” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 27.08.2024 19:00
“Ermənistan başa düşməlidir ki, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” - VİDEO
Elm və təhsil, Maraqlı / 27.08.2024 14:18
Ermənilər Qərbi Azərbaycanı “qazır” – ANONS - VİDEO
Müsahibə / 27.08.2024 13:29
Sülh müqaviləsi İrəvana nə vəd edir? – ANONS - VİDEO
Siyasi / 27.08.2024 12:35
Rizvan Nəbiyev: “Şagird-millət vəkili dialoqu müsbət nəticələr verə bilər” - FOTO
Siyasi / 27.08.2024 12:20
Naqif Həmzəyev Yeni Gəncə yaşayış massivində seçicilərlə görüşüb – YENİLƏNİB - FOTO
Gündəm / 27.08.2024 11:40
Qərbi Azərbaycan İcması AŞPA ilə bağlı BƏYANAT yayıb
Siyasi / 27.08.2024 11:18
Biləcəri seçiciləri layiqli namizədinə səs verəcəklər - FOTO
Elm və təhsil, Müsahibə / 26.08.2024 22:29
“Mığrı rayonunun adı Muğ türk tayfasının adı ilə bağlıdır” - VİDEO
Siyasi / 26.08.2024 13:22
Gəncədə seçicilərin sevdiyi namizəd - FOTO
Siyasi / 25.08.2024 17:37
Seçicilər Hümbət Hüseynova inanırlar - FOTO
Mədəni / 24.08.2024 21:40
“Qərbi Azərbaycan geyimləri türk dünyasının tərkib hissəsidir” - FOTO - VİDEO
Siyasi / 24.08.2024 14:14
Tamam Cəfərova seçicilərlə görüşünü davam etdirir - FOTO
Mədəni / 24.08.2024 10:56
Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş konsert - FOTO
Maraqlı, Siyasi / 23.08.2024 22:01
“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əlisilahlı yolda hazır durublar” - FOTO - VİDEO
Siyasi / 23.08.2024 19:30
Hümbət Hüseynovun seçicilərlə növbəti görüşü - FOTO
Müsahibə, Siyasi / 23.08.2024 17:35
Rizvan Nəbiyev: “Güclü təhsil al, özünə güvən, Qalib Dövlətdə yerini qazan” - VİDEO
Siyasi / 23.08.2024 17:15
Hümbət Hüseynovun seçicilərlə görüşləri davam edir – YENİLƏNİB - FOTO
Hadisə, Siyasi / 23.08.2024 13:56
“Yaşlı qadın dedi ki, evimdən çıxmıram” – Ayişə Nəbinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 22.08.2024 21:51
“Ermənistanda Qərbi Azərbaycan Konstitusiyası hazırlanacaq” - FOTO - VİDEO
Siyasi / 22.08.2024 19:01
Tamam Cəfərova Şamaxının daha 4 kəndində seçicilərlə görüşüb - FOTO
Səhiyyə / 22.08.2024 17:08
Məhəmməd Kərimov Qazaxstan fleboloqlarının lV forumuna qatılıb - FOTO
Müsahibə, Siyasi / 22.08.2024 15:00
“Güclü Parlament diplomatiyası sülhə və sabitliyə töhfədir” – Rizvan Nəbiyev - FOTO
Hərbi, Siyasi / 22.08.2024 14:17
Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri – ANONS
Elm və təhsil / 21.08.2024 21:45
Avşarlı, Avtandil talası, Avşar, Ağ tala və Ağ qaya – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi / 21.08.2024 18:35
Rizvan Nəbiyev: “Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliği əsas hədəfimdir”