Maraqlı 15.03.2024 22:49

“Ermənilər həmişə payızda, məhsul toplanışından sonra qaçaqaç salırdı” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Ağbulaqda ermənilərin izi-tozu belə heç vaxt olmayıb” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kənd sakini Təvəkgül Nəsibovun həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən, məhəllə, bulaq və dağlardan danışıb: “1963-cü ildə orta məktəbin 1-ci sinfinə getdim. Çox gözəl günlərimiz var idi, çox dəyərli günlərimizi yaşayırdıq. Müəllimlərimiz həqiqətən çox gözəl idi. Ən çox sevdiyim fəsillər üzrə payız idi. Mart ayı bayram ayı idi. Çərşənbələri çox sevirdik. Gözəl bulaqlarımız və dağlarımız var idi.

T.Nəsibov yenidən doğma yurda qayıtmaq istədiyini, kəndin içində alban qəbiristanlığının olduğunu, Ağbulaqda heç vaxt ermənilərin yaşamadığını deyib: “Yadımdadır ki, ermənilərə su verəndə o qabı əgər köhnə olardısa atardılar, təzə idisə, onu 100 dəfə carlayardılar ki, bunu erməni mundarladı. Erməni çox əzazil olub. Bizim çörəyimizi yedi, suyumuzu içdi sonradan da bizə naxələf çıxdılar”.

Onun sözlərinə görə, ermənilər 1988-ci ildə azərbaycanlılara çox pis gözlə baxmağa başlayıblar: “Mağazalarda bizə heç nə satmırdılar. Çəmbərək rayonuna gedəndə satıcılara tapşırmışdılar ki, onlara heç nə satmayın. Artıq tədricən bizi sıxırdılar ki, biz öz elimizdən, öz evimizdən çıxaq. 1988-ci il noyabrın 26-sı idi. Xəbər gəldi ki, siz çıxmalısınız. Bu gecə ermənilər sizi qıracaq, biz sizi saxlaya bilməyəcəyik. Bu sözü eşidəndən sonra istər-istəməz vahimə düşdü. O vaxt təbii ki, minik maşınları az idi, bizi yük maşınlarına doldurdular. Biz Ardanış kəndindən keçib Şah dağına qalxdıq və oradan piyada Gədəbəyin İvanovka kəndinə, oradan Şəmkir rayonunun Günəşli kəndinə və sonra Bakı şəhərinə gəldik”.

O, ermənilərin 1905, 1918, 1953 və 1988-ci illərdə də insanlara deportasiya və zülm yaşatdığını bildirib, Vətən, yurd həsrətli şerlər yazdığını və mütləq doğma Vətənə qayıtmağı istədiyini vurğulayıb: “Mən ora mütləq qayıtmaq istəyirəm. Qoy nəvələrim də orada yaşasın. Mən öz halal torpağımı, halal evimi, halal eşiyimi orada qoyub gəlmişəmsə, ora niyə qayıtmayam?! Əminəm ki, biz o kəndə qayıdacağıq. Qayıdan kimi, ilk növbədə gedib babalarımın, gözəl insanların qəbrini ziyarət edəcəm, bulaqların suyundan içəcəm.   Allah Prezidentimizin canını sağ eləsin, Qarabağ alındısa, Göyçə ondan daha asan alınar. İnşallah biz bunu görəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 15-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

ğə 

XƏBƏR LENTİ
Mədəni / 18.03.2024 11:40
Azərbaycana yaz fəsli daxil olur
Mədəni, Sosial / 16.03.2024 21:53
Novruz ənənələrini yaşdan oğuz yurdu Pəmbək - FOTO - VİDEO
Maraqlı, Sosial / 15.03.2024 22:49
“Ermənilər həmişə payızda, məhsul toplanışından sonra qaçaqaç salırdı” - FOTO - VİDEO
Maraqlı, Sosial / 15.03.2024 13:48
“Mütləq Ağbulağa qayıdacağam” – Təvəkgül Nəsibovun “Həyat Hekayəsi”
Gündəm, Siyasi, Təhlil / 14.03.2024 22:59
Erməni deputat: “Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək” - FOTO - VİDEO
Siyasi, Təhlil / 14.03.2024 14:26
Paşinyan cəmiyyətdə müharibə qorxusu yaradır – ANONS
Maraqlı, Siyasi, Sosial / 13.03.2024 22:06
“Hayların Göyçə gölü sahilində yerləşmə sirri” - FOTO - VİDEO
Siyasi / 13.03.2024 15:17
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub
İqtisadi, Siyasi, Sosial / 13.03.2024 13:10
Adı 4 dəfə dəyişdirilən Kəvər – ANONS - VİDEO
Maraqlı, Sosial / 12.03.2024 22:00
Erməni qızlar türklərə ərə getmək istəyir - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 12.03.2024 19:00
“Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur” – MÜSAHİBƏ - VİDEO
Siyasi / 12.03.2024 17:03
İcma: “The Washington Post”da dərc olunmuş qərəzli yazını pisləyirik”
Təhlil / 12.03.2024 16:31
İran-Ermənistan saxtakarlığı – maskası yırtılan Tehran – TƏHLİL
Mədəni, Sosial / 12.03.2024 13:58
Erməni qızlar niyə haylara ərə getmirlər? – ANONS
Müsahibə, Siyasi / 12.03.2024 13:42
“Azərbaycan Avropa ətrafında sabitlik yaradır” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 11.03.2024 22:17
“Dayımı və hamilə həyat yoldaşını ermənilər xəstəxanada öldürdülər” - VİDEO
Sosial / 09.03.2024 22:12
Oxçuoğlu türk-oğuz adətlərini yaşadan kənd - FOTO - VİDEO
Siyasi, Təhlil / 08.03.2024 22:40
İrəvanın bu məhəlləsi boşaldılır: orada azərbaycanlılar yaşayacaq - FOTO - VİDEO
Hərbi / 08.03.2024 15:10
Adi patron alveri -Tehran-İrəvan hərbi əməkdaşlığı – TƏHLİL
Mədəni / 07.03.2024 22:39
Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər - FOTO - VİDEO
Siyasi, Təhlil / 07.03.2024 12:45
İrəvanın mərkəzində azərbaycanlı icması olacaq – ANONS
Sosial / 07.03.2024 11:57
Fətva verildi – Ramazan ayı başlayır
Maraqlı, Sosial / 06.03.2024 22:15
Daşnak Yaponun azərbaycanlılara yaşatdığı dram - FOTO - VİDEO
Sosial / 06.03.2024 14:25
Daşnak hücumlarına məruz qalan Keşişkənd rayonu – ANONS - VİDEO
Hadisə, Təhlil / 05.03.2024 22:00
Erməni tarixçi Göyçədə türkləri qırmaqlarını etiraf etdi - FOTO - VİDEO
Siyasi, Sosial, Video müsahibə / 05.03.2024 18:45
Qoy Ermənistan Azərbaycan-İsrail münasibətlərinə həsəd aparsın” - VİDEO