Hərbi 02.03.2020 18:50

Ermənilər silah və çantalarını atıb qaçdılar - FOTO

“Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərə­fin­dən müxtəlif isti­qa­mət­lərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkil­də davamlı olaraq pozulması halları intensivləşib”. 

Rakus.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun cəbhədə baş verənlərə bağlı yaydığı birgə məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyem­beryan rayonunun Koti kəndi yaxınlığında yer­lə­şən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi döyüş itkiləri vermiş düşmən ge­ri çəkilməyə məcbur olmuşdur. Düşmənin diversiya qrupunun qumba­raatan və digər iri­çaplı silahların tətbiqi ilə baş ve­rən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəman­casına şəhid olmuş­dur. Azərbaycanın beynəl­xalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sər­­həd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cina­yətin məsuliyyəti Er­mənis­tan tərəfinin üzərindədir.

Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxın­lığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK mar­kalı pulemyot üçün 100 gülləlik lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.

Fakt üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi baş­lanılaraq prosessual hərə­kət­lər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluq­çularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunmuş və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhəd­çilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltif­lən­dirilmişlər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.

Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınan və bu cəhd­lər za­manı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvə­lərinin böl­mə­ləri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər.

Martın 1-də DSX-nin Sərhəd Qoşunlarının “Qa­zax” əlahiddə dərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quş­çu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqə­lə­ri iri çaplı silahlardan intensiv atəşə tutulmuş, cavab atəşi ilə düşmə­nin döyüş mövqeləri susdurulub.

“Bildiririk ki, Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməl­lərinin qarşısının alınması  və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxs­lə­rin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS