Gündəm 07.11.2023 20:38

Ermənilər təşvişdə – Armeniya Ermənistan olacaq - FOTO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər təşvişdə – Armeniya Ermənistan olacaq” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Ermənistanda Nikol Paşinyanın təkrar Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bəyan etməsindən sonra yeni panika dalğası yarandığı, mətbuat və sosial mediada qaynar müzakirələr getdiyi bildirilir.

Qeyd olunur ki, Ermənistanın gələcəyi haqqında xəstə, bəzən isə sağlam proqnozlar verilir: “Qarabağdan sonra anklavlar məsələsi, Qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıdacağı Ermənistan cəmiyyətində fırtına yaradıb. Azərbaycanın ərazi bütövlüyünün Paşinyan tərəfindən tanınması təkcə Qarabağ ərazisini əhatə etmir, həm də Ermənistan ərazisində qalan  Qazağın 7 və Naxçıvanın 1 kəndinin qaytarılmasını nəzərdə tutur. Bu kəndlər bu günə qədər Ermənistan işğalındadır”.

Bildirilir ki, erməni jurnalistləri işğal altında olan Əksipara kəndində olublar və əhalinin bu kəndlərin qaytarılmasına münasibəti öyrəniblər. Ermənilər bu kəndin adını Voskepar qoyublar: “Düşünürük ki, bura bizim üçün strateji əhəmiyyət kəsb edir. İran və Gürcüstana gedən əsas yollar bu kəndlərdən keçir. Bu anklavlar Azərbaycana qaytarılsa, biz bu ölkəyə gedə bilməyəcəyik. İnsanlar gələcəyə inamını itirib, burda iş yeri yoxdur, həyat çox ağırdır. On görə gənclər kəndi tərk ediblər. Bu gün anklavlar məsələsi bizi çox narahat edir, azərbaycanlılar bu yerlərə qayıtmaq istəyirlər”.

Vurğulanır ki, İrəvanda sülh sazişi və onun şərtləri, anklav məsələləri ciddi müzakirə olunur. Siyasi şərhçilər və ictimai xadimlərin fikrincə,  dünyanın gözündə bu anklavlar qanuni olaraq Azərbaycan ərazisidir, ona görə də Azərbaycan rahat bu əraziləri geri ala bilər: “Əminik ki, heç bir ölkə buna görə Azərbaycanı ittiham etməyəcək. İstənilən peşəkar siyasətçi məqsədə doğru gedir, şou göstərmir. Nikol Paşinyandan fərqli olaraq İlham Əliyev səriştəli siyasətçidir. Praqada və Brüsseldə Qarabağ məsələsini həll etdi, anklavlar məsələsini də həll edəcək. Bu gün sülhü əldə etmək üçün yalvarmaq məcburiyyətindəyik. Qarabağı itirmişik, digər əraziləri də itirəcəyik. Armeniya axırda Ermənistana çevriləcək. Hər şey bununla da bitəcək”.

Sonda diqqətə çatdırılır ki, Ermənistan tərəfi təminatlı və sağlam sülh istəyirsə 8 kəndin qaytarılması məsələsini həll etməli, 1988-ci ildə öz doğma torpaqlarından qovulan azərbaycanlıların qayıdışına, konstitusion hüquqlarına təminat verməlidir. Ermənistanın bu məyusluq, kütləvi psixoz və qonşulara qarşı ədavət durumundan çıxarmaq, yaddaş dalanından, iqtisadi, sosial və mənəvi çöküşdən xilas etmək üçün yeganə çıxış yolu sülh müqaviləsinin imzalanmasıdır. Bunu dərk edən Nikol Paşinyan sülh müqaviləsinin 2023-cü ilin sonuna qədər imzalanmasını gerçək hesab edir. Bununla anklavlar məsələsi də həllini tapmalıdır. Erməni cəmiyyəti isə sülh şəraitində yaşamağa və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz tarixi Vətənlərinə qayıdışı ilə barışmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabr 7-də saat 19:30-da Baku Tv-nin efirində  yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Təhlil / 07.11.2023 20:38
Ermənilər təşvişdə – Armeniya Ermənistan olacaq - FOTO
Siyasi / 07.11.2023 19:24
“Ermənilərin azərbaycanlılara nifrəti ana südü ilə keçir” - VİDEO
Dünya, Təhlil / 07.11.2023 14:21
Azərbaycan ən etibarlı tərəfdaş – Avropa İttifaqının hədəfi – TƏHLİL - FOTO
İdman, Maraqlı / 07.11.2023 10:57
Jurnalistlərin Xatirə Turnirində final günü – FOTO və TELEŞƏRH - VİDEO
Müsahibə / 06.11.2023 22:46
“Ermənilər Ələyəz sakinlərini diri-diri yandırıblar” – MÜSAHİBƏ - FOTO
İdman / 06.11.2023 09:00
Çempion bəlli olub – 2023-cü ilin kubokunu “Çəmbərək” qazanıb - FOTO - VİDEO
İdman / 05.11.2023 23:56
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başa çatdı - FOTO - VİDEO
Gündəm, İdman / 04.11.2023 11:02
Şəhid jurnalistlərin Xatirə Turniri başa çatır – Qalib kim olacaq?
Maraqlı, Sosial / 03.11.2023 20:00
“Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO
Maraqlı / 03.11.2023 13:38
“Qafanda yaşamaq istəyirəm”- Rəşad Həsənovun “Həyat Hekayəsi” – ANONS
İdman / 03.11.2023 09:03
Yaddaqalan məqamlar – Diqqətçəkən mənzərə - FOTO
Dünya, Siyasi, Təhlil / 02.11.2023 19:57
Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdışı prosesinə başlayır?!
İdman / 02.11.2023 11:40
Yarımfinal – epizodlar, qollar, bombardirlər, FİNALIN ANONSU - VİDEO
Siyasi / 02.11.2023 10:00
Qərbi Azərbaycan İcmasının məktubu BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılıb
İdman / 01.11.2023 22:15
“İrəvan” və” Çəmbərək” finala vəsiqə qazanıb - FOTO
Siyasi / 01.11.2023 19:59
Axta ermənilərin yaşayış məntəqəsinə necə çevrildi? - FOTO - VİDEO
Sosial / 01.11.2023 15:38
Salyanda şəhid övladlarının müayinə aksiyası keçirilib - FOTO
Sosial / 01.11.2023 13:45
Ermənilərin Axtada izitirmə planı – ANONS - VİDEO
Mədəni / 01.11.2023 11:10
“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” – sərgi və fotoalbomun təqdimatı - FOTO
Siyasi / 31.10.2023 19:53
Ermənistan Qarabağ ermənilərinə qaçqın statusu vermir - FOTO - VİDEO
Müsahibə / 31.10.2023 19:12
“Ermənilərdə terror təşkilatları üstünlük təşkil edib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil / 31.10.2023 17:43
Qədim İrəvan – Hər daşı bir abidə - FOTO
İdman / 31.10.2023 16:12
Şəhid jurnalistlərin Xatirə Turnirində yarımfinalçılar DUELƏ ÇIXIR
Dünya, Siyasi / 31.10.2023 14:00
Göyçə və Zəngəzur boşalır, 60 min erməni evləri tərk edib – ANONS - VİDEO
Müsahibə / 30.10.2023 20:20
“Qərbi Azərbaycana qayıdış mərhələli şəkildə həyata keçiriləcək” - FOTO - VİDEO
Gündəm / 30.10.2023 12:15
Turnirin 3-cü turu – yaddaqalan məqamlar - FOTO