Siyasi 11.04.2025 22:23

“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Bizi yük vaqonlarına yığıb Azərbaycanın aran zonasına göndərdilər” adlı veriliş 3-cü nəsil Qərbi azərbaycanlı, əslən Dərələyəz mahalı, Paşalı rayonunun Cul kəndindən olan İlkin Təhməzovun həyat hekayəsinə həsr olunub.

O, 1985-ci il dekabrın 1-də Yevlax şəhərində anadan olduğunu, valideynlərinin, baba və nənələrinin orada doğulub, yaşaadıqlarını bildirib: “Nənə və babalarımdan kəndimiz haqqında, oradakı adət-ənənələrlə bağlı çox məlumat öyrənmişəm. Çox maraqlı toy adətlərimiz olub. Cul kəndinin adı ilk dəfə 12-ci əsrdə çəkilib. Cul çayının üstündə yerləşən birtağlı körpünün yaxınlığında dağıdılmış kilisənin qalıqları, 6-7-ci əsrə aid qədim qəbiristanlıq, qoçbaşlı qəbirdaşları var idi.  Amma 1978-1979-cu illərdə kənddə yol çəkmək adı altında qəbiristanlığı dağıdıb tarixi itirməyə çalışıblar”.

Onun sözlərinə görə, fransız əsilli İvan Şopen Dərələyəz mahalında tərtib etdiyi “1831-ci il” adlı kameral siyahısında Cur kəndini yaşıllıq, meşəli, gülü-çiçəli yer kimi göstərib: “Babam deyirdi ki, kənd sanki amfiteatrı xatırladır. Yerləşimi üç tərəfdən dağlıq və bir tərəf açıq formadadır. Kəndin ətrafında böyük Cul meşəsi var idi. Axta, Gəbud, Gomur, Çıraqlı kimi 20-ə yaxın kəndin əhalisi bu meşədən istifadə edib. Kəndin ortasından Cul çay keçir. 1831-ci ildən kənddə yaşayan azərbaycanlıların sayı 1920-ci ildən sonran kəskin azalıb. Səbəb 1918-1920-ci illərdə ermənilərin törətdikləri qırğınlar olub. 1918-ci ildə Culda ermənilərin törətdikli qırğınlara qarşı Qaçıq Ağanın rəhbərliyi ilə qaçıq hərəkatı olub və qonşu kəndləri müdafiə edib”.

Üçüncü nəsil Qərbi azərbaycanlı vurğulayıb ki, ermənilər XX əsrdə azərbaycanlara qarşı 4 dəfə soyqırımı və köçürmə həyata keçiriblər: “1949-cu ilin noyabr ayında kəndimizdən 1000-ə yaxın insan Əli Bayramlının Xalac kəndinə köçürülüb. Xalac kəndi sonra Səlyan rayonunun tabeliyinə verilib. Nənəm o köç haqqında danışırdı ki, evdən əynimizdə paltar çıxdıq, hər şeyimiz qaldı. Bizi yük vaqonları ilə aran zonasına gətirdilər. Orada günvurmadan,  yatalıq xəstəliyindən çox insanlar dünyasını dəyişdi. Bacımın 8 nəfərlik ailəsi qızdırmaya düşüb məhv olmuşdu”.

Cul kəndinin icma sədri və Paşalı rayonu üzrə Gənclər Şurasının məsul şəxsiolduğunu söyləyən İ.Təhməzov doğma yurda qayıdacaqlarını bildirib: “Üçüncü nəsil olaraq baba- nənələrdən keçən, genetik yaddaşımıza həkk olmuş Vətən, el həsrəti bizi yenidən ora çəkir. Ermənilər oradakı yer-yurd adlarımızı dəyişə bilərlər, amma biz yenidən elimizə qayıdıb, orada yaşayacaq, kənd, yurd adlarımızı bərpa edəcəyik. Cul sakinləri yekdilliklə kəndə qayıdacaqlarına inanır. Çünki o məkan bizi ora səsləyir və biz o səsə cavab verəcəyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 11-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO
Təhlil / 03.04.2025 13:28
Ermənistanın yeni müharibə hazırlığı – ANONS - VİDEO
İqtisadi / 03.04.2025 12:27
Bu il “İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr açıqlanıb
Elm və təhsil, Sosial / 02.04.2025 22:48
İslam peyğəmbərini ağır təhqir edən Nişanyanın arvadından etiraflar - VİDEO
Elm və təhsil / 02.04.2025 13:43
Yunan jurnalistin Təpəbaşı etirafları – ANONS - VİDEO
Gündəm, Hərbi / 02.04.2025 00:02
Aprel döyüşləri – Böyük Zəfərə aparan yol
Siyasi, Sosial / 01.04.2025 22:24
Artalas, Artız, Artik və Artik vəng – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 01.04.2025 18:30
“Tehrandakı erməni qəbiristanlığının ərazisi “beynəlxalq teleqraf mərkəzidir” - VİDEO