Hərbi 12.08.2023 21:07

Ermənilərə 83 il müqavimət göstərən Şidli - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Vedibasar mahalı, Vedi bölgəsinin Şidli kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki,verilişdə Şidli kəndinin adının mənasından söhbət açılıb. Qeyd olunub ki, bu tarixi yaşayış məntəqəsinin adı Şid/şad sözündən götürülüb və hərbi titul, şan anlamındadır.

Kəndin tarixindən söhbət açan müəllif vaxtilə ermənilərin Şidli kəndinə hücumlarından, burada yaşayan əhalinin 83 illik müqavimətindən, onların erməni quldurlarına qarşı mübarizəsindən söhbət açıb.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın Şidli əhalisindən sərt cavab almasına diqqət çəkən E.Əlibəyli Qərbi Azərbaycanın bu qədim yurd yeri barədə digər faktları da tamaşaçılara çatdırıb.

O, ermənilərin uzun illər girə bilmədiyi Şidlinin boşaldılması, kənd sakinlərinin deportasiyası, öz el-obasından didərgin düşmüş soydaşlarımızın Naxçıvan və Şərur camaatı tərəfindən qarşılanması, Şidlinin fərqli toy və bayram adətləri, zəngin və çeşidli mətbəxi barədə də maraqlı məlumatları izləyicilərə təqdim edib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 12-də saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hərbi / 12.08.2023 21:07
Ermənilərə 83 il müqavimət göstərən Şidli - FOTO - VİDEO
Sosial, Video müsahibə / 11.08.2023 19:50
“Qayıdış baş tutacaq, gedib evimizdə yaşayacağıq” - FOTO - VİDEO
Müsahibə / 11.08.2023 12:43
“Kəndimizdən ayrı dura bilmirəm” – Natiq Vəliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 10.08.2023 19:39
Paşinyan Qərbi azərbaycanlılarla bağlı məsələni niyə inkar edir? - VİDEO
Dünya, Siyasi / 10.08.2023 14:47
İrəvanda Qərbi azərbaycanlıların qayıdışı səslənir – ANONS
Təhlil / 10.08.2023 14:32
Tehran rejimi – idmançıların qaçıb getdiyi – ölkə – TƏHLİL
Maraqlı / 09.08.2023 19:42
Çar Rusiyasının Şörəyel sultanlığında erməniləşdirmə planı - FOTO - VİDEO
Hadisə, Maraqlı / 09.08.2023 13:06
Çar Rusiyası Şörəyel mahalını necə işğal edib? – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 08.08.2023 20:00
Gənc erməni bloqçunun etirafı - FOTO - VİDEO
Mədəni / 08.08.2023 10:05
ASKEF-in Balkan turu – 3-cü yazı - FOTO
Müsahibə, Video müsahibə / 07.08.2023 20:00
“Göyçəyə muxtariyyət tələb edirdik…” - VİDEO
Təhlil / 07.08.2023 15:57
İran və Livan rəsmi İrəvanın müdafiəçisi rolunda – TƏHLİL
Mədəni / 06.08.2023 15:50
ASKEF-in Balkan turu – 2-ci yazı - FOTO
Maraqlı / 05.08.2023 19:53
Nüvədi gizlinləri – Türk dilində ən qədim yazı tapıldı – ANONS
Dünya, Təhlil / 05.08.2023 11:28
Nigerdəki hərbi çevrilişin sifarişçiləri kimlərdir – TƏHLİL - FOTO
Hadisə, Maraqlı / 04.08.2023 19:52
Ermənilərin “kor bağırsaq əməliyyatı” - FOTO - VİDEO
Maraqlı / 04.08.2023 14:01
Erməni zülmü və xəyanəti – Həsənovlar ailəsinin dramı – ANONS
Siyasi, Təhlil / 04.08.2023 10:21
Azərbaycan və Türkiyənin ərəb dövlətləri və İsraillə yeni əməkdaşlıq formatı – TƏHLİL
Mətbuat, Sosial / 03.08.2023 20:29
ASKEF-in Balkan turu – 1-ci yazı
Dünya, Siyasi / 03.08.2023 19:38
İrəvanı narahat edən Qərbi Azərbaycan havası - FOTO - VİDEO
Dünya, Sosial / 03.08.2023 13:58
Ani Badalyan – zəhərlənmiş beyinin güzgüsü – ANONS
Gündəm / 02.08.2023 19:43
Çar Rusiyası Sərdarabad mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Maraqlı / 02.08.2023 13:35
Səkkiz kəndi dağıdılan Sərdarabad mahalı – ANONS
Dünya, Hadisə / 01.08.2023 20:00
Erməni bloqçunun etirafı: “Xalisada əsl faciə yaşanıb” - FOTO - VİDEO
Dünya, Təhlil / 01.08.2023 15:30
35 illik ziddiyət – sülh müqaviləsinə kim mane olur? – TƏHLİL
Dünya, Hadisə / 01.08.2023 13:54
Xalisa faciəsinin əsas təşkilatçısı kim idi? – ANONS