Elm və təhsil 11.12.2024 22:43

“Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qıpçaqavəngdə olan kitablar Qıpçaq dilində, erməni əlifbası ilə yazılıb” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Şörəyel mahalının Ərtik bölgəsindəki Qıpçaq kəndindəki vəngin, arman-türk xristian məbədinin saxtalaşdırılan tarixindən, Çar Rusiyasının əli ilə ermənilərin qıpçaq tarixinə sahib çıxmasından, erməni tarixçi və araşdırmaçıların bununla bağlı etiraflarından bəhs olunur.

Bildirilir ki, XIX əsrdə erməni vilayətinin yaradılması ilə Çar Rusiyası Mxitaristlərə erməni tarixini yazmağı tapşırıb. Türklər tenqriçi məbədlərini kilsələrə çevirib, duaları türk dilində ediblər. Erməni katolikosu etiraf edib ki, biz xristianlığı albanlardan 270 il sonra qəbul etmişik. XIX əsrdən başlayaraq ermənilər Qıpçaq və Alban kilsələrini dağıdıb, saxtalaşdırıb erməni abidəsi ediblər. “Qıpçağavəng” məbədlər kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər.

Qeyd olunur ki, 1850-ci ildə ermənilər vandallıq edərək Qıpçaq məbədi ənənəsini dağıdıb, Hariçvank, yəni  qədim türk ritualları icra olunan yerdə xristian məbədi tikiblər. Erməni tarixçiləri etiraf edirlər ki, “Qıpçaq ermənisi” anlayışı uydurmadır, gerçəyi əks etdirmir. Yalandan “Erməni-qıpçaq” dedikləri xristianlığı qəbul edən qıpçaqlardır.

Diqqətə çatdırılır ki, “Qıpçağavəng” monastrında olan kitablar qıpçaq dilində erməni əlifbası ilə yazılıb. Dünyada ilk “Qıpçaq kitabı” 1618-ci ildə qıpçaq dilində erməni hərfləri ilə çap olunub. Ermənilər gürcü çarı Tamaranın adından istifadə edib qıpçaq tarixini saxtalaşdırıblar.

Erməni araşdırmaçıların sözlərinə görə, Qıpçaq kəndində yaşayan ermənilər özlərini qazaxların törəməsi hesab edirlər. Ermənilər bu kəndə 200 il qabaq gəlib və vəngi qıpçaqlar tikiblər.

Xristian qıpçaqlarına haylar “dönmə” deməklə dəqiq sərhədləri müəyyən ediblər. Ermənilərə qarışan xristian qıpçaqlar türk adətləri ilə yaşayırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 11-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Sosial / 11.12.2024 22:43
“Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 11.12.2024 13:37
“Qıpçaq ermənisi” anlayışı uydurmadır – ANONS - VİDEO
Elm və təhsil, Siyasi, Sosial / 10.12.2024 21:48
Ayıbasan, Ayıdərəsi, Ayılı xaraba, Aynazur, Aynaxlı, Ayrım – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 10.12.2024 18:31
“Azərbaycan bütün Cənubi Qafqazda sülh və təhlükəsizlik yaradır” - VİDEO
Siyasi, Sosial / 10.12.2024 14:04
İran ermənilərinin Aynazur planı – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 10.12.2024 13:16
İrəvan üçün ən yaxşı variant – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2024 22:45
“Mirzoyanın təklifi ilə Azərbaycanın üç kəndi Ermənistana verilib” - FOTO - VİDEO
Siyasi / 09.12.2024 10:59
Rizvan Nəbiyev: “Qərbi azərbaycanlılar qayıdışa çox ümidlidirlər” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 07.12.2024 22:38
Qərbi Azərbaycanda xəvçilik üsulu - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 06.12.2024 22:00
“Məktəbdə dərs deyirdim, yoldaşım gəldi ki, saqqallı ermənilər hamısı kəndə dolub” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 06.12.2024 13:48
“Bir nəslin üç qaçqınlıq tarixi” – Zəhra Sadıqovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.12.2024 22:12
Bakı və İrəvan arasında dekabr danışıqlarında Qərbi Azərbaycan məsələsi - FOTO - VİDEO
Gündəm, Siyasi / 05.12.2024 17:31
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü – YENİLƏNİB - FOTO
Siyasi / 05.12.2024 16:56
İbrahim Bayramov: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq”
Siyasi / 05.12.2024 14:10
İrəvanın götürəcəyi öhdəliklər – ANONS - VİDEO
Gündəm / 05.12.2024 09:24
İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Siyasi, Sosial / 05.12.2024 08:05
Deputatdan təklif: “Qərbi azərbaycanlı qaçqınlar “vətən qaçqını” adlandırılsın”
Elm və təhsil, Mədəni / 04.12.2024 22:39
“Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 04.12.2024 13:33
“Çar Rusiyasının İrəvan siyasəti” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.12.2024 22:29
Ayazlı saray, Ayarlı, Ayaslı, Ayğırgöl, Ayğırgöl – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 03.12.2024 18:30
“Sovet dərsliklərində heç vaxt İrəvan xanlığının adı çəkilməyib” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.12.2024 14:22
Ermənistan parlamentinin Ayarlı qərarı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 03.12.2024 13:12
İrəvan memarlığının incisi necə məhv edilib – ANONS - VİDEO
Dünya, Siyasi / 03.12.2024 11:14
Gürcüstan inqilab astanasında - FOTO - VİDEO
Müsahibə / 02.12.2024 21:41
“SSRİ dövründə 20 min km² Azərbaycan ərazisi Ermənistana qanunsuz verilib” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 02.12.2024 13:44
Manqurt – şüursuz kölə nəzəriyyəsində Çingiz Aytmatov ucalığı – Qoşqar Vəli yazır