Elm və təhsil 04.06.2024 22:32

“Alban hökmdarları “Xaqan” adlanırdı, Sovet tarixçiləri “çar” sözü ilə əvəzləyib ” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Atropatenanın ərazisi təkcə Güneyi yox, Qara dənizə qədər ərazini əhatə edirdi” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə tarixçi alim Ramin Əlizadə Atropatena və Alban dövlətlərinin yaranma tarixindən söz açır.

Bildirilir ki, albanların Kür çayının sağ sahilində, hələ eradan əvvəl 8-ci əsrin  ortalarında yaşadığını, eləcə də  eradan əvvəl 743-cü ildə tayfa ittifaqı formalaşdırıb Qərbi Azərbaycan ərazisində yaşadığını sübut edən tutarlı dəlil mövcuddur.

Onun sözlərinə görə, Urartu kitabələri utilərin bir neçə hökmdarının və şəhərinin olmasını, Göyçə gölünün qərbindən ta müasir Qars bölgəsində qədər, Ağbaba, Şörəyel, Dərəçiçək mahalları, hətta Çıldır gölünə qədər böyük bir coğrafiyanı əhatə etdiyini təsdiqləyir.

R.Əlizadə deyib ki, Azərbaycan ərazisində Albaniya, Atropatena məhz saqların, iskitlərin qədim dövlətçilik ənənəsinə əsaslanıb: “Erməni keşişləri orta əsrlər dövründə Alban tarixi əsərinə ermənilər haqqında  uydurma rəvayətlər daxil edirdilər ki, erməni xalqı ilə alban xalqının tarixin eyniləşdirsinlər, bunların bir kökdən olduğunu əsaslandırsınlar. Əlbəttə, bu cəfəngiyatı hələ 70 il bundan öncə sovet dövründə yaşamış albanşünas Trever müəyyən etmişdi. Bundan sonra aparılan tədqiqatlarda şübhəsiz ki, biz erməni və alban mədəniyyətlərinin tamam bir-birinə yad mədəniyyət olduğunu, hətta xristianlığı Albanların ermənilərdən 270 il əvvəl qəbul etməsi “Alban tarixi” əsərində qeyd olunur”.

Süjetdə Alban hökmdarlarının mənşəyi haqqında dəqiq məlumatlar verilir, ermənilərin Arşakilər adını təhrif edib,  Arsak qoymasının əsl səbəbindən, Alban hökmdarı Vaçaqanın Qarabağda kilsə tikdirməsindən,  Atropatın Azərbaycan tayfalarına – albanlara, sakasenlərə, madalara, kudusilərə başçılıq etməsindən, hayların yunan tarixçisinin adını, əsərini dəyişdirib, öz müəllifləri kimi təqdim etməsindən, eləcə də hay katolikosunun albanların qulu olduqlarını etiraf etməsindən danışılır.

Tarixçi vurğulayır ki, Atropatena öz başlanğıcını İskit coğrafiyasından götürüb: “Şərqi Anadolu hayların Vətəni deyil. Haylar Mesopotamiyaya gəlib, Aramey yurduna giriblər, Əhəmənilər onlara “Armina” deyirdilər. Haylar zəlzələ vaxtı yerlə-yeksan olan şəhərlərə girib, orada yaşayıb, oranı haylaşdırıblar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 4-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO