İşğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın Bərdə və Tərtər şəhərində dinc əhalini atəşə tutduğu “Qrad” raket qurğusu məhv edilib.
Rakus.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, bununla da heç bir günahı olmayan dinc sakinlərin həyatı xilas edilib və mülki infrastruktura potensial zərərin qarşısı alınıb.