Siyasi 06.02.2025 22:59

“Ermənilərin etirafı: “İrəvanda Qərbi Azərbaycan qorxusu yaşanır” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Paşinyan yeni müharibəyə sürüklənir” adlı süjetdə Ermənistanın sabiq prezidentlərinin vaxtaşırı öz cinayətlərini dilə gətirməsindən və erməni siyasi elitasının daşnak-faşist mahiyyətindən söz açılır.

Bildirilir ki, erməni iqtidarlarının faşist mahiyyətinin dilə gətirilməsi İrəvanın siyasi və mətbuat mühitində növbəti isterikaya səbəb olub: “Erməni siyasətçilər, politoloqlar mahiyyət üzrə danışıb, keçmiş rəhbərlərinin faşist düşüncə və addımları, Azərbaycanın və Türkiyənin guya Ermənistanı təhdid etməsinə görə müdafiə olunmaq üçün faşist sayağı hərəkət etdiklərini deyirlər. Əslində, onlar bu çıxışları ilə tarixi gerçəyi, Qərbi azərbaycanlıların qayıdış haqqını etiraf edirlər”.

Süjetdə İrəvanın mərkəzində “Qarabağ” mahnısının Güney azərbaycanlıları tərəfindən səsləndirilməsi ilə bağlı erməni isterikasına, eləcə də hərbi ekspert Hayk Nahapetyan, politoloqlar Arman Abovyan, Harutyun Mkrtçyan, Argişti Kiviryan, deputat Arsen Torosyan, təhlükəsizlik üzrə ekspert Hraçya Arzumanyanın Qərbi Azərbaycan və Zəngəzur məsələsi barədə müxtəlif səpkili fikirlərinə yer verilir.

Onların sözlərinə görə, azərbaycanlılar Qərbi Azərbaycan adlanan əraziyə qayıtsalar, ermənilər onların quluna çevriləcək: “Biz məhv olmaq istəmiriksə, silahlanmalı və döyüşməliyik. Bizim başqa seçimimiz yoxdur. Biz başa düşməliyik ki, azərbaycanlılar Qarabağda və Qərbi Ermənistanda olduğu kimi, bizim evlərimizdə də yaşamaq istəyirlər. Bu gün bizim əsas məqsədimiz Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Azərbaycanlılar Naxçıvandan Sünikə getmək istəyirlərsə, Ermənistan vətəndaşları da bu yoldan istifadə etməlidirlər. Azərbaycan tərəfi bildirir ki, Ermənistan hakimiyyəti Qərbi Azərbaycanın nümayəndələri ilə görüşməlidir. Azərbaycan belə bəyanatlar verməklə bizi yolumuzdan yayındırmaq istəyir. Biz artıq Rusiyaya arxalana bilmərik. 2020-ci ildən sonra həm hakimiyyət, həm də sadə vətəndaşlar özlərini Rusiya tərəfindən xəyanətə uğramış hiss edirlər. Bu gün Ermənistanda bəzi dairələr Nikol Paşinyanı yeni müharibəyə sürükləməyə çalışır. Onların əsas məqsədi baş naziri devirmək və hakimiyyəti ələ keçirməkdir”.

Sonda vurğulanır ki, dünyanın siyasi düzəni dəyişib və Azərbaycan güclü dövlət kimi regionda öz gündəliyinə uyğun düzən yaradır: “Ermənistanda Qərbi Azərbaycan sözündən qorxu keçmiş sakinlərin qayıdışı faktının yox, sürətlə boşalan Ermənistan ərazisinin öz əzəli sahiblərinə geri dönəcəyi ilə bağlıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 6-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 06.02.2025 22:59
“Ermənilərin etirafı: “İrəvanda Qərbi Azərbaycan qorxusu yaşanır” - FOTO - VİDEO
Təhlil / 06.02.2025 16:58
Trampın ilk rəsmi qonağı – “Yaxın Şərqin Rivierası” – TƏHLİL
Siyasi, Təhlil / 06.02.2025 13:44
Paşinyan yeni müharibəyə sürüklənir – ANONS - VİDEO
Siyasi, Sosial / 05.02.2025 22:24
Ermənistanı son beş ildə 40 mindən çox insan tərk edib - FOTO - VİDEO
Sosial / 05.02.2025 13:25
Ermənistan boşalır – ANONS - VİDEO
Siyasi, Sosial / 04.02.2025 22:10
Almalıq, Alpava, Almalıq, Almalıq çayı – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Mətbuat / 04.02.2025 18:40
“Azərbaycanın sərmayə qoyduğu növbəti ölkə Ermənistan ola bilər” - FOTO - VİDEO
Sosial / 04.02.2025 14:08
Adı 2 dəfə dəyişdirilən türk yurdu – ANONS - VİDEO
Siyasi / 04.02.2025 13:43
“Paşinyan bilir ki, ölkəsinin rifahı Azərbaycan və Türkiyədən asılıdır” – RƏY
Müsahibə, Mətbuat / 04.02.2025 13:29
Makronun Azərbaycan qıcığı – ANONS - VİDEO
Müsahibə / 03.02.2025 22:06
“Hayların tarixinin uydurma olduğunu sübut edən erməni alimini “Asala” qətlə yetirib” - FOTO - VİDEO
Təhlil / 03.02.2025 16:32
İran irqçiliyi – “Traktor” tərəfdarlarına qərəzin sirri – TƏHLİL
Siyasi, Təhlil / 03.02.2025 11:23
Aİ missiyası müşahidə adı altında kəşfiyyat izləmələrini davam etdirir - FOTO
Elm və təhsil / 03.02.2025 09:57
Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı yaradılıb
Mədəni / 01.02.2025 22:46
Alban -türk memarlığını fərqləndirən əsas əlamətlər - FOTO - VİDEO
Mədəni / 01.02.2025 14:45
Qərbi Azərbaycanda dağıdılan memarlıq nümunələri – ANONS - VİDEO
Siyasi, Sosial / 31.01.2025 21:31
“Hamilə qadınlar yolda stresdən doğum edərkən övladları tələf olmuşdu” - FOTO - VİDEO
Siyasi / 31.01.2025 16:34
Avropa missiyasının vaxtı niyə uzadıldı? - FOTO - VİDEO
Siyasi, Sosial / 31.01.2025 13:14
“Qaçqın düşəndə 4 yaşım vardı” – Ceyhunə Şirəliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi / 31.01.2025 09:38
İİTKM-də görüş – yeni reallıqlar və parlament diplomatiyası - FOTO
Siyasi, Təhlil / 30.01.2025 22:43
Gürcüstan-Ermənistan yolunun əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçir“ - FOTO - VİDEO
İqtisadi, Təhlil / 30.01.2025 16:04
Zəngəzura gedən yol – regional və qlobal əhəmiyyətli layihə – TƏHLİL
Siyasi / 30.01.2025 13:41
Strateji ərazilər Azərbaycana qaytarıla bilər – ANONS - VİDEO
Mədəni / 29.01.2025 22:17
“Sinayda tapılan alban dilində 315 səhifəli Palimpsest erməni yalanlarını ifşa etdi” - FOTO - VİDEO
Mədəni / 29.01.2025 14:03
Ermənilərin kilsə qorxusu – ANONS - VİDEO
İqtisadi / 29.01.2025 09:50
Nəqliyyata həsr olunmuş müşavirənin detalları “Hədəf”də - FOTO - VİDEO