Gündəm 29.12.2019 15:16

Ermənilərin Gürcüstana qarşı qarayaxma kampaniyası

 

 

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirir ki, Bakının Gürcüstan ərazisindən Ermənistana daxil olan qaz kəmərinə nəzarət barədə verdiyi məlumatlar həqiqətə uyğun deyildir. O, Azərbaycanın Gürcüstan sərhədindəki fəaliyyətinin Ermənistanı narahat etmədiyini, yeni dayaq məntəqəsinin olmadığını və Ermənistanın tərəfinin əməllərinə cavab olaraq köhnə məntəqəsini möhkəmləndirdiyini bildirir. “Düşmən müəyyən sahədə Gürcüstanın sərhədini keçmişdir, lakin bu isə Gürcüstanın hökumətinin problemidir” – deyə Davtyan mətbuat konfransında qeyd edir. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə birlikdə Naxçıvan istiqamətində güclənmək üçün çox işlər görür, lakin buna isə cavab olaraq Ermənistan guya çox səmərəli müqavimət göstərir.

A. Davtyan, əslində erməni quldurlarının dəfələrlə Gürcüstanın tarixi sərhədlərini pozaraq ərazilərini işğal etdiyi halda Azərbaycanı təcavüzkar bir ölkə kimi qələmə verməyə çalışır. Xatırlatmaq istəyirik ki, hələ 1918 – ci ildə erməni daşnak ordularının Gürcüstanın sərhədini keçərək Borçalının cənub hissəsi olan Loru bölgəsini tutmaq məqsədilə “Dro” ləqəbli Drastamat Kanayanın başçılığı ilə əməliyyata başlamışlar. 1918-ci il dekabrın 6-da isə erməni quldurları Axalkələk qəzasının sərhədlərini pozaraq rusların yaşadığı Troeskoe, Ekremovka, Qorelovka və Boqdanovka kəndlərini zəbt etmişlər. 1919-cu il yanvarın 9-dan – 17-dək davam edən sülh konfrasında Loru rayonunun Gürcüstan və Ermənistan arasında neytral ərazi elan olunmasına baxmayaraq 1921-ci ildə Lorunun Ermənistana verilməsi haqqında qərar qəbul olundu. Beləliklə də 3810 kvadrat kilometrlik bir ərazi Ermənistana verilmiş oldu ki, bu da faktiki olaraq Lorunun işğalı demək idi.

Qeyd etmək lazımdır ki, Bakı – Tbilisi – Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulmuşdur. Boru kəməri biri Azərbaycanda, üçü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir. Bu layihə isə öz-özlüyündə ölkələrarası dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın göstəricisidir.

Artak Davtyanı və bütün erməniləri sarsıdan digər bir hadisə isə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimlərinin həyata keçirilməsidir. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilmişdir. Bu isə Azərbaycanın Ermənistana nisbətən torpaqlarımızı hər an işğaldan azad etməyə qadir olan daha güclü orduya sahib olduğunu bir daha isbat edir.

Azərbaycanla Gürcüstan arasında hər zaman dostluq münasibətləri mövcud olmuşdur. Ermənistanın müxtəlif qarayaxma kampaniyaları vasitəsilə Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətlərini pozmaq cəhdi isə uğursuzdur.

 

Kamal Salayev,

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO