Siyasi 06.02.2024 20:31

“İrəvanın əsl tarixi yer altındadır” – ARAŞDIRMA - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan şəhərinin yer altında gizlədilən tarixi üzə çıxır” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Ermənistan Milli Elmlər Akademiyası əməkdaşlarının təşəbbüsü ilə yer altında olan İrəvanı “Batmış şəhəri bərpa etmək” adı ilə erməniləşdirmək niyyətindən bəhs olunur.

Bildirilir ki, 1827-ci ildə ruslar İrəvanı işğal etdikdən sonra coğrafi mövqeyinə və yaşayış üçün şərait imkanlarını buranı for-postda çevirmək istiqamətində işlədilər: “Osmanlı və İrandan gətirdikləri erməniləri bu ərazidə yerləşdirib, onlara tarix uydurdular və paytaxt qurmağa başladılar. Ermənilər də bu işdə fəallıq edib gerçək tarixi silmək üçün mədəni, tarixi abidələri, bütöv məhəllə və yaşayış yerlərini yerlə yeksan etdilər. Abadlaşmaq adı ilə məscidlər, zadəgan evləri, karvansara və digər memarlıq incilərini dağıtdılar. İndi İrəvanın şəhər mərkəzinin altında Azərbaycan türklərinin yaratdığı böyük şəhər mədəniyyətinin inciləri yatır. Qazıntılar zamanı çıxan izləri tarixi və mədəni cinayətləri üzə çıxmasın deyə, tez ört-basdır edirlər”.

Süjetdə Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Frina Babayanın, Təhsil, elm, mədəniyyət və idman naziri Arayik Harutyunyanın fikirlərinə yer verilir: “2003-cü ildə Respublika meydanında İrəvanın orta əsrlərə aid tikililərin aşkar edilməsi gözlənilməz olub. İndi yeni hökumət İrəvanın orta əsrlər memarlıq keçmişini təkcə gələcək nəsillərə deyil, həm də indiki nəslə və turistlərə təqdim etmək istəyir. Layihə reallaşarsa, bu, həm də şəhərdə turizmin inkişafına töhfə verəcək. Hələlik yeraltı məhəlləni bərpa etmək üçün nə qədər vəsait tələb olunacağı ilə bağlı heç bir hesablama yoxdur”.

Sonda vurğulanır ki, hökümətin bu layihədən imtina etməsi daha real görünür: “Çünki qazıntılar altında ermənilərin 200 il ərzində dağıdıb, gizlədikləri Azərbaycan izləri aşkarlanacaq. Onların yeganə ümidi gerçəyin torpaq altında qalmasınadır. Əks halda tarixi cinayətləri, vandalizm əməlləri üzə çıxacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 6-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi / 06.02.2024 20:31
“İrəvanın əsl tarixi yer altındadır” – ARAŞDIRMA - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 06.02.2024 18:40
“Ermənilər həmişə alət kimi istifadə olunub” – MÜSAHİBƏ - VİDEO
Siyasi, Təhlil / 06.02.2024 16:37
İranda ayrı-seçkilik – pozulan Konstitusiya – TƏHLİL - FOTO
Mətbuat / 06.02.2024 16:36
Qərbi Azərbaycan Departamentinin rəhbəri: “Erməni dilində gündəlik 4-5 süjet və 1 xəbər buraxılışı yayımlanır”
Maraqlı, Sosial / 06.02.2024 14:30
Ermənilərin İrəvan qəsdi – ANONS
Siyasi / 06.02.2024 13:48
“Ermənistan doğru yolu seçməlidir” – ANONS
Müsahibə / 05.02.2024 20:51
“Vətənsiz qalan insanın üzü heç vaxt gülməz” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Təhlil / 05.02.2024 16:01
Başqa ölkələrin ərazisində döyüşən ABŞ və İran – TƏHLİL
Maraqlı, Sosial / 03.02.2024 21:11
Gölkənd – qədim türk irsini yaşadan Qaraqoyunlu eli – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Səhiyyə, Video müsahibə / 02.02.2024 20:40
“Həyətimizin bir hissəsini Yesxabed adında Fransa ermənisinə verdilər” - FOTO - VİDEO
Maraqlı, Səhiyyə / 02.02.2024 13:47
“Babamın mülkü Təpəbaşında idi” – Paşa Qəlbinurun “Həyat hekayəsi” – ANONS - VİDEO
Gündəm / 02.02.2024 00:03
Bu gün Azərbaycanda Gənclər Günüdür - VİDEO
Təhlil / 01.02.2024 20:25
Ermənistanda təşviş: Bakı seçkidən sonra tarixi ərazilərini tələb edəcək - VİDEO
Siyasi / 01.02.2024 14:08
Rəsmi Bakının planı Ermənistanda təşviş yaradır – ANONS - VİDEO
Mətbuat / 01.02.2024 13:44
Milli.Az-ın 14 yaşını qeyd edir
Elm və təhsil, Maraqlı, Siyasi / 31.01.2024 20:33
Ermənilər Əştərəyə niyə kütləvi axın ediblər? - FOTO - VİDEO
Maraqlı, Sosial / 31.01.2024 13:54
Ermənilərin Əştərəkdə yerləşdirmə planı – ANONS - VİDEO
Mətbuat / 30.01.2024 20:31
Erməni jurnalistin etirafı: “Bu gün əsl İrəvandan heç nə qalmayıb” - FOTO - VİDEO
Mədəni, Video müsahibə / 30.01.2024 19:21
“Qərbi Azərbaycanda erməni kilsəsinə çevrilmiş çoxlu alban kilsələri var”- MÜSAHİBƏ - VİDEO
Gündəm / 30.01.2024 17:18
Bünyad Hüseynov etimadnaməsini Çin lideri Si Cinpinə təqdim etdi
Mədəni / 30.01.2024 16:54
Aşıq İsa yadigarı – ömrünü saza bağlayan adam
Mədəni / 30.01.2024 13:54
“Ermənilər Alban kilsəsinin əlyazmalarını məhv ediblər” – ANONS
Müsahibə, Video müsahibə / 29.01.2024 21:06
“Orxan Qərbi Azərbaycanı görməsə də, o yerlərə qayıtmaq ümidi ilə yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 27.01.2024 20:22
Evli kəndi – “Gor oğlu” irsini yaşadan yurd yeri”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.01.2024 11:18
“Daşaltı əməliyyatı”ndan 32 il ötür - FOTO
Siyasi, Sosial / 26.01.2024 20:38
“Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” - FOTO - VİDEO