Gündəm 06.09.2023 19:41

Ermənilərin kütləvi qırğınlar törətdiyi Zəngibasar mahalı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə xalqımıza məxsus minlərlə tarixi -mədəni və yaşayış yerləri dağıdılan, əhalisi isə param-parça edilən Zəngibasar mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “, “Ərazisi və əhalisi param-parça edilən Azərbaycan mahalı” adlı süjetdə son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, faciə və məşəqqətlərə məruz qaldığı, mərhələ-mərhələ gerçəkləşdirilən siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından didərgin salınıb, kütləvi qətl və qırğınlara məruz qaldığı vurğulanır.

Bildirilir ki, Zəngibasar mahalı şimalda və şimal-şərqdə İrəvan şəhəri və Qırxbulaq mahalı – Ellər rayonu ilə, cənubda və cənub-qərbdə Araz çayı boyunca Türkiyə ilə, qərbdə və şimalqərbdə Kərpibasar, şərqdə və cənub-şərqdə Gərnibasar, qərbdən isə Sərdarabad mahalları ilə həmsərhəd idi: “Mahal Qərbi Azərbaycan, indiki “Ermənistan“ ərazisinin, yəni  qədim Ərməniyənin tarixən paytaxt şəhərləri olan Artaşad, Vağarşabad, Dvin və İrəvanın qonşuluğunda yerləşdiyindən mühüm strateji əhəmiyyətə malik olub. Eradan əvvəl II minillikdən üzübəri bu ərazidə oğuz-türk tayfaları yaşayıb. İrəvan xanlığının 15 mahalından biri olan Zəngibasar sovet hakimiyyəti dövründə, yəni 1937-ci ildən  Ermənistan SSRİ-nin Zəngibasar rayonu kimi mövcud olub.

Qeyd olunur ki, adını türk tayfalarından götürən və mərkəzi Uluxanlı olmaqla mahalda 33 kənd qeydə alınıb və bunun 7-si tamamilə dağıdılıb: “Zəngibasarın ərazisi indiki Ararat vilayətinin keçmiş Masis – Zəngibasar rayonunun ərazisi hesab olunur. 1938-ci ildə Zəngibasar adı Ermənistanda ən geniş sahəni əhatə edən Masis inzibati rayonu ilə əvəzlənib. 1953-cü ildə bu rayon ləğv edilərək kəndləri qonşu rayonlar, xüsusilə Üçkilsə və Qəmərli arasında bölüşdürülüb. 1969-cu uldə Masis rayonu yenidən bərpa olunub. Zəngibasar ərazisində mövcud olan 37 kəndin yalnız 4-də ermənilər yaşayıb. 1948-ci ildə əhali buradan köçürülməyə başlayanda orada 10 minlərlə azərbaycanlı olub. 1958-1960-cı illərdən sonra yenidən öz doğma yurdlarına qayıdan əhalinin sayı 1988-ci ildə 29 860 nəfərdən çox idi”.

Süjetdə diqqətə çatdırılır ki, Azərbaycan tarixin müxtəlif dövrlərində zaman-zaman ermənilərin həyata keçirdiyi təcavüzlərlə üzləşdiyi, azərbaycanlıların 1988-ci ilin son aylarında bütün Ermənistandan, eləcə də Zəngibasardan qovulması, kütləvi qırğınlara məruz qalması unudulacaq tarix deyil: “Əminik ki, o ağrı-acını yaşayan Qərbi Azərbaycanlılar öz doğma yurdlarına yenidən qayıdıb real tarixi yaşadacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 6-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 06.09.2023 19:41
Ermənilərin kütləvi qırğınlar törətdiyi Zəngibasar mahalı - FOTO - VİDEO
Siyasi / 06.09.2023 13:07
Ərazisi və əhalisi param-parça edilən mahal – ANONS - VİDEO
Gündəm, Mədəni / 05.09.2023 19:52
Tanınmış erməni ziyalıları Ermənistan hakimiyyətinə qarşı - FOTO - VİDEO
Dünya, Təhlil / 05.09.2023 15:23
Ərdoğanın cəhdi – Putinin qlobal aclığı gücləndirmək istəyi – TƏHLİL
Gündəm, Siyasi / 05.09.2023 13:07
Erməni ziyalıların “dövlət saxtakarlığı”na qarşı üsyanı – ANONS - VİDEO
Siyasi / 04.09.2023 20:05
“Bizim evimizdə ən qorxulu, vahiməli ifadə “köç” sözü idi” - VİDEO
Mədəni, Sosial / 02.09.2023 19:42
Nərimanlıda toy günü gəlini niyə suya salırdılar? - FOTO - VİDEO
Gündəm / 02.09.2023 12:24
Dörd dəfə qaçqınlıq yaşayan Nərimanlı kəndi – ANONS
Sosial / 01.09.2023 19:50
“Yoldaşımı və 3 uşağımı erməni əşyası ilə dəyişdilər…” - FOTO - VİDEO
Sosial / 01.09.2023 12:14
Erməni və ruslarla eyni kənddə yaşayan Novruz Rüstəmovun həyat hekayəsi – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 31.08.2023 19:39
Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı?
Dünya, Təhlil / 31.08.2023 12:20
Paşinyanın “həqiqət” çağırışı – uydurulan yalanın əsiri – ANONS - VİDEO
Dünya, Siyasi / 30.08.2023 19:40
Zəngəzurun 115 kəndi yer üzündən necə silinib? - FOTO - VİDEO
Dünya, Siyasi / 30.08.2023 14:02
Sovet Rusiyası Zəngəzuru niyə 2 yerə böldü? – ANONS
Sosial / 30.08.2023 11:13
“Şəhid və qazi ailələrinə dəstəyin göstərilməsi əsas vəzifədir” – Təmraz Tağıyev - FOTO
Mətbuat, Siyasi / 29.08.2023 19:53
Ermənilərlə azərbaycanlıların ziyarət etdikləri üç məzar: orada kimlər dəfn olunub? - FOTO - VİDEO
Mətbuat, Sosial / 29.08.2023 14:14
Erməni yazıçının şok etirafları – ANONS - VİDEO
Müsahibə, Mətbuat, Video müsahibə / 28.08.2023 20:00
Njde və Andranikin dəstələri azərbaycanlıları kluba yığıb diri-diri yandırmışdılar - FOTO - VİDEO
Müsahibə / 28.08.2023 12:46
“Ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır”- ANONS
Gündəm, İqtisadi, Video müsahibə / 26.08.2023 20:00
Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər - FOTO - VİDEO
Hərbi / 26.08.2023 10:51
Əmir Teymur Ardanışda alban abidəsini niyə dağıdıb? – ANONS - VİDEO
Maraqlı, Sosial, Video müsahibə / 25.08.2023 19:50
“Basarkeçərdə ermənilər çörək dilənirdilər…” - FOTO - VİDEO
Sosial / 25.08.2023 13:24
“Göyçədə anamın yanında dəfn olunmaq istəyirəm…” – ANONS
Siyasi / 24.08.2023 19:39
Qərbi azərbaycanlıların qaçqın düşməsində SSRİ-nin rolu - FOTO - VİDEO
Siyasi / 24.08.2023 12:56
İrəvana təhlükəsiz qayıdışı nədən asılıdır? – Qərbi Azərbaycan Xronikası - VİDEO
Siyasi / 23.08.2023 19:40
İrandan köçürülən 200 erməni hara yerləşdirildi?