Müsahibə 06.05.2024 22:54

“Ermənilərin nə düşündüyünü öyrənmək üçün onların dilini bilmək zəruridir” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı olub. O, Türkiyə cəmiyyətində, o cümlədən elmi çevrələrdə Ermənistan və ermənilərlə bağlı yanaşmadan söhbət açıb. Bildirib ki, son dövrlərə qədər Türkiyədə erməni məsələsinə münasibət o qədər də ciddi olmayıb. Alimin sözlərinə görə, 1980-ci illərdən etibarən ASALA erməni terror təşkilatının həyata keçirdiyi silsilə terror aktlarından sonra qardaş ölkədə bu məsələyə xüsusi diqqət yetirilib. Bundan sonra türkiyəli alimlər erməni məsələsi, onların ideologiyası, terrorçu mahiyyətləri barədə tədqiqatlar, əsərlər ortaya qoyublar. Bu məsələdə azərbaycanlı alimlərin türkiyəli həmkarlarına böyük dəstəyi olub.

Q.Çaxmaqlı Ərciyəs Universitetindəki ermənişünaslıq bölümünün fəaliyyətindən də danışıb. Deyib ki, burada erməni dilini bilən mütəxəssislər hazırlanır, ermənilərə dair araşdırmalar aparılır. Türkiyədə gənclərin ermənişünaslıq bölümünə marağının ildən-ilə artdığını diqqətə çatdıran müsahib vurğulayıb ki, hər il iyirmiyə yaxın məzun olur və onlar müxtəlif qurumlarda, o cümlədən dövlət idarələrində müvafiq vəzifələrdə çalışırlar. Alim erməni dilində bizim lehimizə olan çox ciddi qaynaqların varlığından söhbət açıb. Alim deyib ki, erməni düşüncə sistemi və ideologiyası terror üzərində qurulub. Onun sözlərinə görə, ermənilərin nə düşündüyünü öyrənmək üçün bu xalqın dilini bilmək zəruridir.

Professor Q.Çaxmaqlı Ermənistanın işğalçılıq, deportasiya siyasətinə toxunaraq bildirib ki, bu siyasət indiki erməni dövlətinə və xalqına nə isə qazandırmayıb. Əksinə, azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyası Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub. Alim erməni yazarlarının etiraflarına istinad edərək deyib ki, Ermənistanın monoetnik dövlətə çevrilməsi erməni xalqının faciəsidir.

Doğulduğu Amasiya rayonunun Çaxmaqlı kəndi barədə məlumat verən Q.Çaxmaqlı söyləyib ki, dünyaya göz açdığı kənd onun üçün ən müqəddəs və unudulmaz məkandır. O, burada yaşadığı illərdə ermənilərin soydaşlarımıza münasibətdə ayrı-seçkiliyini, təzyiq və təhdidlərini, nüfuzlu azərbaycanlıları sui-qəsdlərə məruz qoymalarını konkret faktlarla dilə gətirib. Bildirib ki, nənəsinin qardaşlarını ermənilər Qazaxıstana sürgün ediblər və öz doğma kəndlərinə qayıtmağı onlara yasaq ediblər.

1988-ci ildə Amasiya rayonunun Çaxmaq kəndinin, eləcə də digər yaşayış məntəqələrinin erməni mühasirəsində olduğunu diqqətə çatdıran alim deyib ki, əgər 7 dekabr tarixində Hamamlı rayonunda – indiki Spitakda güclü zəlzələ baş verməsəydi, mühasirədə qalan azərbaycanlıların sağ-salamat Azərbaycana köçüb gəlməsi qeyri-mümkün olacaqdı. Professor Q.Çaxmaqlı sonda vurğulayıb ki, tarixi Azərbaycan torpaqlarına qayıtmaq hər bir soydaşımızın haqqıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 6-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO