Maraqlı 15.11.2023 19:54

Yunanlar Allahverdi rayonuna nə üçün gəlmişdilər? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin  addəyişmə siyasətinin qurbanına çevrilən, tarixi məkanlarımızdan olan Allahverdi rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Azərbaycan türklərinin və yunanların birgə yaşadığı məkan” adlı süjetdə Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədilə ermənilərin daim addəyişmə əməliyyatları keçirib, oğuz-türk adlarını müxtəlif bəhanələrlə, eləcə də Sovet Ermənistanı dövründəki inzibati rayonların bölgüsü əsasında özününküləşdirməsindən bəhs olunur.

Bildirilir ki, Allahverdi rayonu Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşib. Qədim türk adı Manas olan bu ərazi XI əsrdən sonra səlcuqların, monqol-tatarların tərkibinə daxil olub, XVIII əsrdə Nadir şah Əfşarın tabeliyi altına keçib. XIX əsrin sonu və XX əsrin əvvəllərində, yəni 1880-ci ildən 1921-ci ilədək Tiflis quberniyasının Loru-Borçalı qəzasının tərkibində olub. 1920-1929-cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə daxil edilib. Borçalı çayının sahilində yerləşən rayon Qafqazın beş verstlik xəritəsində qeyd olunub. Rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb və 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən 1995-ci ilədək isə   Tumanyan adlanıb. Hazırda rayon əhalisinin hamısını ermənilər təşkil edir.

Qeyd olunur ki, toponimi borçalı türk tayfasına mənsub allahverdi etnonimi adı əsasında əmələ gələn bu ərazinin əsas sakinləri azərbaycanlılardan ibarət olub: “1918-1920-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən öz doğma torpaqlarından qovulub. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları geri qayıtsalar da evlərinə erməni əhali yerləşdirilib. Nəhayət, 1988-ci ildə  azərbaycanlılar tamamilə deportasiya edilib, doğma yaşayış yerlərini tərk etməyə məcbur olublar.

Sonda vurğulanır ki, ermənilər daim yer-yurd adlarını dəyişdirib, tarixi saxtalaşdırma ilə məşğul olub, xalqımıza qarşı düşmənçilik siyasətini davam etdiriblər: “Haylar və daşnaklar rayonlarımızın adlarını yadlaşdırmaqla milli ünvanların izini itirməyə çalışıb, toponimləri hədəf seçiblər. Lakin bu siyasi hədəf artıq puç olma dövrünü yaşayır. Daşların yaddaşına yazılmış tarixi pozmaq və ya dəyişmək yadellilərə heç də həmişə uğur gətirə bilməz. Çünki bu yaddaş Azərbaycan xalqına məxsusdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında noyabrın 15-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Siyasi / 15.11.2023 19:54
Yunanlar Allahverdi rayonuna nə üçün gəlmişdilər? - FOTO - VİDEO
Hadisə, Sosial / 15.11.2023 13:17
“Allahverdi rayonu – Daşların yaddaşına yazılmış tarix” – ANONS
Hadisə, Siyasi / 14.11.2023 20:04
Erməni tarixçi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etdi - FOTO - VİDEO
Gündəm, Müsahibə, Video müsahibə / 14.11.2023 18:50
“Ermənilər bu əraziyə “Əraməni” demək üçün Abbasilərə rüşvət təklif ediblər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni, Siyasi / 14.11.2023 13:22
İrəvanın gerçək tarixi – azərbaycanlıların silinməz izi – ANONS - VİDEO
Müsahibə / 13.11.2023 20:36
“Aşağı Şorca tarixən Azərbaycan türklərinin qədim yurd yeri olub” – MÜSAHİBƏ - VİDEO
Dünya, Təhlil / 13.11.2023 16:22
İranın sınaqdan çıxmayan vasitəçiliyi – yeni anti-Azərbaycan kampaniyası – TƏHLİL - FOTO
Gündəm / 12.11.2023 00:03
Bu gün Konstitusiya Günüdür
Siyasi, Təhlil / 09.11.2023 20:05
Ermənistanda türklərə qarşı vuruşanların abidələri uçurdulur - FOTO
Mətbuat / 09.11.2023 12:24
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Futbol Turniri MƏTBUATDA
Gündəm / 09.11.2023 00:41
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür - FOTO - VİDEO
Gündəm, Hərbi / 08.11.2023 20:15
“Bu Zəfər Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açır” - FOTO - VİDEO
Gündəm / 08.11.2023 00:02
Bu gün Şuşa Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür
Gündəm / 08.11.2023 00:01
Azərbaycanda Zəfər Günü qeyd olunur - FOTO
Gündəm, Təhlil / 07.11.2023 20:38
Ermənilər təşvişdə – Armeniya Ermənistan olacaq - FOTO
Siyasi / 07.11.2023 19:24
“Ermənilərin azərbaycanlılara nifrəti ana südü ilə keçir” - VİDEO
Dünya, Təhlil / 07.11.2023 14:21
Azərbaycan ən etibarlı tərəfdaş – Avropa İttifaqının hədəfi – TƏHLİL - FOTO
İdman, Maraqlı / 07.11.2023 10:57
Jurnalistlərin Xatirə Turnirində final günü – FOTO və TELEŞƏRH - VİDEO
Müsahibə / 06.11.2023 22:46
“Ermənilər Ələyəz sakinlərini diri-diri yandırıblar” – MÜSAHİBƏ - FOTO
İdman / 06.11.2023 09:00
Çempion bəlli olub – 2023-cü ilin kubokunu “Çəmbərək” qazanıb - FOTO - VİDEO
İdman / 05.11.2023 23:56
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başa çatdı - FOTO - VİDEO
Gündəm, İdman / 04.11.2023 11:02
Şəhid jurnalistlərin Xatirə Turniri başa çatır – Qalib kim olacaq?
Maraqlı, Sosial / 03.11.2023 20:00
“Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO - VİDEO
Maraqlı / 03.11.2023 13:38
“Qafanda yaşamaq istəyirəm”- Rəşad Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
İdman / 03.11.2023 09:03
Yaddaqalan məqamlar – Diqqətçəkən mənzərə - FOTO
Dünya, Siyasi, Təhlil / 02.11.2023 19:57
Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdışı prosesinə başlayır?!