Elm və təhsil 28.12.2024 22:27

“Ermənilərin Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələr” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Alban məbədinin memarlıq xüsusiyyətləri və erməni kilsəsindən əsas fərqi” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ermənilərin Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələrdən söz açıb.

Onun sözlərinə görə, ermənilər Alban memarlığına, türk-xristian irsinə tarix boyu göz dikib: “Qafqaz Alban kilsələri monastır kompleksinin mövcudluğu ilə seçilir. Qafqazda bütün Alban abidələri Tanrıçılıq məbədlərinin üzərində tikilib. Mehrabın forma və quruluşu Alban kilsəsini fərqləndirən əsas cəhətdir. Alban kilsəsi həvari kilsədir, ermənilər bu statusa saxtagarcasına iddia edirlər”.

O deyib ki, Qərbi Azərbaycanda 300-dən artıq türk xristian məbədi erməniləşdirilib.

Tarixçi ermənilərin həvari kilsə adına əsassız iddialarını ifşa edərək, hayların Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələrdən danışıb.

A.Məmmədli Alban məbədlərinin tikildiyi material və üslub xüsusiyyətlərinə,  bu məbədlərin memarlığına və erməni kilsəsindən əsas fərqinə aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 28-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb. 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 28.12.2024 22:27
“Ermənilərin Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələr” - VİDEO
Elm və təhsil / 28.12.2024 13:25
Erməniləşdirilən türk xristian məbədləri – ANONS - VİDEO
Siyasi, Sosial / 27.12.2024 22:45
“Erməni məkrliyi yeniyetmə və gəncliyimi əlimdən alıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.12.2024 13:43
“Atamın arzusu yarımçıq qaldı” – Vüqar Namazovun “Həyat Hekayəsi” - VİDEO
Təhlil / 26.12.2024 22:40
Əliyev ilk dəfə detalları açıqladı, Paşinyan çətin vəziyyətə düşdü - VİDEO
Təhlil / 26.12.2024 15:00
Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi – TƏHLİL
Təhlil / 26.12.2024 13:22
“300 min azərbaycanlı Paşinyanın elektoratı ola bilər” – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2024 22:26
“Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar” - VİDEO
Gündəm / 25.12.2024 15:32
Azərbaycanda matəm elan edildi – SƏRƏNCAM
Gündəm, Hadisə / 25.12.2024 15:04
Aktauda baş verən təyyarə qəzasında son durum – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil / 25.12.2024 13:40
Gənclərin Qərbi Azərbaycana qayıdış istəyi – Anar İrzaquliyev yazır - FOTO
Elm və təhsil / 25.12.2024 13:22
Orbelyanların Elxanilər saxtakarlığı – ANONS
Mədəni / 25.12.2024 11:36
“Mən ruhlar arasında körpü olmaq istəyirəm” – Səbinə İlyasova ilə MÜSAHİBƏ
Siyasi, Sosial / 24.12.2024 21:40
Alagöz – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 24.12.2024 18:20
“İran yeganə ölkədir ki, Suriyada tamamilə uduzub və darmaduman olub” - VİDEO
Gündəm, Təhlil / 24.12.2024 17:33
Azərbaycan diplomatiyası son 21 ildə - FOTO - VİDEO
Gündəm / 24.12.2024 16:45
Prezident İlham Əliyevə təbrik məktubları gəlir – YENİLƏNİR
Təhlil / 24.12.2024 15:37
Tehranın 30 milyardlıq Əsəd sərmayəsi – Ankaranın xilaskarlıq missiyası – TƏHLİL - FOTO
Siyasi / 24.12.2024 14:38
Muş ermənilərinin yerləşdirildiyi məkan – ANONS - VİDEO
Müsahibə / 24.12.2024 13:11
“Meşin dərili Böyük Ermənistan” – ANONS
Gündəm / 24.12.2024 10:00
Vətənə, xalqa xidmətə həsr edilən ömür - FOTO - VİDEO
Gündəm / 24.12.2024 00:01
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Müsahibə / 23.12.2024 22:24
“Vətən müharibəsində 1200-dən çox peşəkar idmançı iştirak edib” - FOTO - VİDEO
Təhlil / 23.12.2024 17:48
Ermənistanın vandal əməlləri – Dünyanın 77 il susduğu cinayət – TƏHLİL - FOTO
Sosial / 22.12.2024 12:29
Əmirxeyir kənd İcmasının bayram tədbiri olub - FOTO
Siyasi / 22.12.2024 11:36
Qərbi Azərbaycan İcmasında ümumi yığıncaq keçirilib - FOTO