Elm və təhsil 17.09.2024 22:56

Erməni məkri və bizim biganəliyimiz ilə “yaranan” Tiqranakert - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilərin Ağdamda Tiqranakert axtarışı” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev ermənilərin “Tiqranakert oyunbazlığı”ndan bəhs edir.

O bildirib ki, erməni məkri və bizim biganəliyimiz saxta erməni tarixinin ayaq açıb, yeriməsinə səbəb olub: “Erməniləri Qafqaza köçürüb, onlara tarix yazmağa girişən Rusiya həm elmi, həm də inzibati resurslardan istifadə edib Azərbaycan tədqiqatçılarının onsuz da əlini-ayağını bağlayırdı. Bir tərəfdən də yerlərdə tarixi ərazini öz şəxsi mülkü sayıb, onu dağıdan, tədqiqata mane olan şəxslər ermənilərin məkrlərinə yol açıb”.

Onun sözlərinə görə, “Tiqranakert oyunbazlığı” erməni məkri və bizim biganəliyimiz ucbatından yaranan məsələdir: “Ermənilər Ağdamda Tiqranakert axtarışı aparıblar. Onlar Azərbaycan aliminin adi sözündən tarix düzəldib, “Tiqranakert nağılı” uydurublar. Torğaqlarımızın işğalı vaxtı Ağdamda səngər qazan ermənilər şəhər tapıb, saxta tarix yaratdılar. Heç vaxt mövcud olmayan Tiqranakertlər haqqında tarix də, elm də susur. Talan üçün gələn Tiqran Qarabağ və Tovuz ərazisində mövcud olan iri Alban şəhərlərini yerlə yeksan etdi, yandırdı. Erməni tarixçiləri dağıdıcı Tiqranın cinayətlərini qurucu və şəhərsalan kimi təqdim edirlər. Urartu işğalçıları Qafqazda türklərə məxsus 23 şəhəri zəbt edib, əhalini girov götürüblər. Eradan əvvəl Qərbi Azərbaycanda işğalçılardan qorunan türklər Kür qırağına qaçqın düşüblər. Erməni arxeoloqları etiraf edir ki,  türklər Qafqazda 3 min ildir yaşayır”.

T.Əliyev əslən yerli olan Musa Kalankatlı tərəfindən Tiqranakert adı heç yerdə çəkilmir: “Ərəblərin 7-ci əsr Qafqazın müfəssəl qeydlərində Tiqranakert adı qeyd olunmayıb. 7-ci əsrdə Sebeosun uydurması ilə 20-ci əsrdə “Tiqranakert nağılı” yaratdılar. Ermənilər urartulardan və Tiqrandan ancaq talan, oğurluq, dağıtmaq öyrəniblər”.

Tarixçi sonda vurğulayır ki, ermənilər min illər öncə Qərbi Azərbaycanda davamlı işğal, qəsbkarlıq və Azərbaycan türklərini qovmaq adətini yaşadıblar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 17-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO