Elm və təhsil 24.07.2024 22:44

“Abdalağalı, Abdulabad, Abdulkənd, Abbaslar, Abbas dərəsi, Abbas biçənək – türk tarixinin izi” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Qədim türklərə məxsus yer-yurd adlar necə məhv edilib?” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə izi itirilən Abdalağalı, Abdulabad, Abdulkənd, Abbaslar, Abbas dərəsi toponimləri, eləcə də Abbas biçənək oronimi haqqında söz açılır. Bildirilir ki, qədim oğuz yurdu olan indiki Ermənistan dövləti Azərbaycandan mərhələ-mərhələ qoparılan torpaqlar hesabına yaradılıb, həmin vaxtdan ermənilər yer-yurd adlarını dəyişdirərək erməni mənşəli adlarla əvəz etmək yolunu seçiblər.

ABDALAĞALI – İrəvan quberniyasının Yeni Bayazit qəzasında, indiki Qaranlıq, dəyişdirilmiş adı Martuni  rayonunda kənd olub. Toponim türkmənşəli “abdal” etnonimi əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranıb. 1935-ci ildə kəndin adı dəyişdirilib Vağaşen qoyulub.

ABDULABAD – İrəvan quberniyasının Eçmiədzin qəzasında,  Sərdarabad, dəyişdirilmiş adı Oktomberyan rayonu ərazisində kənd olub. Kənd XX əsrin əvvəllərində ləğv olunub. Toponim Abdul şəxs adı ilə “yaşayış məntəqəsi” mənasında işlənən “abad” sözünün birləşməsindən əmələ gəlib.

ABDULKƏND – İrəvan quberniyasının İrəvan qəzasında, Sərdarabad, dəyişdirilmiş adı Oktomberyan rayonunda kənd olub. XX əsrin əvvəllərində ləğv edilib. Şəxs adı əsasında əmələ gələn mürəkkəb toponimdir.

ABBASLAR – Yelizavetbol, Gəncə quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd olub. XX əsrin əvvəllərində xarabalığa çevrilib. İndi ölü kənddir. Toponim “abbaslar” etnonimi əsasında əmələ gəlib.

ABBAS DƏRƏSİ – Yelizavetbol, Gəncə quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd yeri olub. Toponim şəxs adı əsasında düzəlib, “Abbasa məxsus dərə/kənd” mənasını bildirir.

ABBAS DƏRƏSİ – Yelizavetbol, Gəncə quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd olub. XX əsrin əvvəllərində xarabalığa çevrilib. İndi ölü kənddir. Toponim şəxs adı ilə relyef bildirən “dərə” sözünün birləşməsindən əmələ gəlib.

ABBAS DƏRƏSİ – Yelizavetbol, Gəncə quberniyasının Qazax  qəzasında, Karvansaray, indiki İcevan rayonunda kənd olub və burada daim azərbaycanlılar yaşayıb. Toponim şəxs adına relyef bildirən “dərə” sözünün birləşməsi əsasında yaranıb.

ABBAS BİÇƏNƏK – İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Keşişkənd, dəyişdirilmiş adı Yeğeqnadzor rayonundakı Əmağu kəndində dağ adıdır. Oronim Abbas şəxs adı ilə beçenek/peçeneq türk tayfasının adı əsasında əmələ gəlib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycan ərazisinin minillik tarixini, qədim türklərə məxsus yer-yurd adlarını məhv etmək  ermənilər üçün çox asan peşəyə çevrilib: “Amma bu toponimləri millətin yaddaşından silmək təbbi ki, mümkün deyil. Əminik ki, doğma yurdlarımıza əbədi qayıdışdan sonra o yerlərin əzəli türk adları yenidən insanların dilində əzbərə çevriləcək”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyulun 24-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO