Gündəm 01.07.2023 06:57

Erməniləşən Makron – iflasa uğrayan Cənubi Qafqaz siyasəti – TƏHLİL

Fransa Prezidenti davranışı, çıxışları ilə daha çox ermənilik edir. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dediyi halda, Emmanuel Makron Azərbaycanın Qarabağ iqtisadi rayonunu ermənilər kimi adlandırmaqla özünü hay erməni gözünə soxur. O, bu davranışı ilə Rusiyanın bəzi kütləvi informasiya vasitələri, siyasi texnoloqları, politoloqları kimi davranır.

Ötən gün Emmanuel Makron Fransanın Marsel şəhərində erməni icmasının nümayəndələri ilə görüşüb. Görüşdə ona Qarabağla bağlı sual ünvanlayıblar. Fransa Prezidenti suala cavabında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə Qarabağla bağlı Ermənistanın baş naziri Nikol Paşinyandan daha çox təzyiq (?!) edib: “Mən bu məsələdə dəqiq mövqeyi olan yeganə şəxsəm”.

Emmanuel Makron bu məsələdə bütövlükdə Ermənistana və “Qarabağ”a münasibətdə qətiyyətli olduğuna şübhə etməmələrini istəyib. O, Fransanın İrəvandakı səfirliyində hərbi attaşenin də fəaliyyət göstərdiyini vurğulayaraq Ermənistanı müdafiə etmək üçün əllərindən gələni etdiklərini söyləyib.

Makron Fransadakı indiki vəziyyətdə Marselə gedərək erməni icması ilə görüşdə Azərbaycanın daxili işlərinə müdaxiləedici açıqlama verməsi çox gülünc görünür. Bu, Makronun qeyri-ciddi olduğunun göstəricisi də sayıla bilər. Çünki Makronun başçılıq etdiyi hakimiyyətin Daxili İşlər Nazirliyinin polis əməkdaşı 17 yaşlı yeniyetməni xidməti odlu silahla qətlə yetirib, yəni bilərəkdən öldürüb. O, belə şəraitdə Nanterə gedib qətlə yetirilən Naelin ata-anasından üzr istəyib ölkədəki iğtişaşların qarşısını almağa səy göstərməsi daha məntiqli görünərdi. Ancaq Makron Marseldə ermənilərlə görüşə getdi. Niyə? Çünki Cənubi Qafqazda gedən proseslərə, xüsusilə Azərbaycanla Ermənistan rəsmilərinin danışıqlara Yelisey sarayı tamaşaçı qalıb, yaxud oyundankənar vəziyyətə salınıb. Ona görə də Marselə səfər edib ermənilərə boş vədlər verməklə özünü və ölkəsini həmin dialoqun bir parçası göstərməyə çalışır.

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü davam edir. Nikol Paşinyanın iyunun 29-da hökumətin iclasında verdiyi açıqlamaya əsasən, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni müzakirə olunur. Belə bir şəraitdə Markon araqarışdıran, pozucu kimi görünür. Bir zamanlar münaqişənin həllində aparıcı rollardan birini oynayan Fransa indi bu prosesdə heç nəyə yaramır. O, Cənubi Qafqaza yalnız Ermənistanın tərkində gələ bilir. Ermənistan isə elə böyük güc və söz sahibi deyil.

Fransa birmənalı şəkildə Ermənistanı müdafiə etdiyinə görə Azərbaycan rəsmi Parisin danışıqlardan uzaq tutulmasına nail olub. Bu isə daima ermənilərə vədlər verən, hətta erməni milyonçuların çirkli pulları ilə Avropa İttifaqında ona yardım etməyə çalışanların iflasıdır. Fransa Prezidentinin və bütövlükdə bu hakimiyyətin düşdüyü vəziyyət onların erməni lobbisinə verdikləri vədlərlə uzlaşmır. Makron Marseldə özünü elə hadisələri kənardan, uzaqdan komanda ilə idarə edən kimi göstərməyə çalışıb. O həmin görüşdə bir bu sözü demədi: “Hər şey nəzarətimiz altındadır”. Fransanın İrəvandakı səfirliyində hərbi attaşenin fəaliyyətə başlamasına eyham isə “biz sizə hərbi yardım da edirik” anlamına gəlir.

Deməli, Cənubi Qafqaz siyasəti iflasa uğrayan Makron ermənilərə və lobbisinə yalan danışmaqla onları yola verməyə çalışır. Hakimiyyəti illərində bir neçə dəfə yumurtalanan Makron, görünür, daşa və fitə basılacağından ehtiyat edərək məntiqsiz fikirlər deyib, bəyanat verib.

Nəhayət, Emmanuel Makronun davranışını, çıxışlarını və siyasətini görənlər, anlayanlar Fransa dövlətinə acıyırlar. Çünki azından son yüz ildə Fransaya beləsi başçılıq etməyib. Şarl Andre Jozef Mari de Qoll, Valeri Rene Mari Jorj Jiskar d-Esten, Fransua Moris Adrien Mari Mitteran, Jak-Rene Şirak müqayisəyə gəlməz dərəcədə Makrondan güclü və qüdrətli idilər. Heç şübhəsiz, bu da keçəcək. Fransa tarixində bunun kimi yarımçıq, saxta avantürist başçılar da olub. Bu da gedəcək. Makron tarixdə, ermənilərin belə yaddaşında saxta və yalançı olaraq qalacaq.

Sədrəddin Soltan – “Report” 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO