Siyasi 18.02.2025 18:36

“İrəvanda revanşistlərin maraqlarını lobbiləşdirmək cəhdləri uğursuzluğa məhkumdur” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı siyasi şərhçi Anar Əzizov olub.

O, beynəlxalq vəziyyət, dünyada baş verən hadisələr, Azərbaycanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması, bölgədə təhlükəsizliklə bağlı tutduğu mövqe ilə bağlı fikirlərini bildirib: “İndi  qlobal təhlükəsizliyin “yeni memarlığı” inşa olunur: “Beynəlxalq aktorlar Azərbaycanın bu gün irəli sürdüyü sülh gündəmini qəbul edir”.

Onun sözlərinə görə, İran-Rusiya-Türkiyə və üç Cənubi  Qafqaz ölkəsinin əməkdaşlığı qlobal və regional təhlükəsizliyə töhfə verə bilər: “3+3 formatı xüsusi ümid yaradır və regıonal təhlükəsizlik üçün əhəmiyyətlidir”.

İrəvanda mövcud olan revanşist qüvvələrə Fransanın dəstək verdiyini, rəsmi Parisin bölgədə qarışıqlıq yaratmaq üçün Ermənistanı silahlandırdığını söyləyən siyasi şərhçi deyib ki, Nikol Paşinyan Ermənistanın Naxçıvanla Azərbaycanın Qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil: “Təbii ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparılmasını, etimadın möhkəmləndirilməsini istəməyən qüvvələr var.

Ermənistan vasitəsilə Cənubi Qafqaza çıxmaq cəhdi Fransanın “uğurlu layihəsidir. İrəvanda revanşistlərin maraqlarını lobbiləşdirmək cəhdləri uğursuzluğa məhkumdur. Ermənistan Azərbaycan ilə dəhliz yaratmaqa hazır olduğunu bildirir. Əlaqələrdə ən yaxşı variant ikitərəfli münasibətlərin inkişafıdır. Xarici aktorların marağı sülhün qarşısını almaq üçün mövcud qarşıdurmanı saxlamaqdır”.

A.Əzizov vurğulayıb ki, Rusiya ərazisində Azərbaycana məxsus təyyarənin qəzası ikitərəfli münasibətlərə müəyyən qədər təsir edib: “Mülki hava gəmisinin enişinin qəbul edilməsinə məsuliyyətsiz yanasma onun qəzaya uğramasına səbəb oldu. Azərbaycan və Rusiya arasında münasibətlərin normallanması rəsmi Moskvanın vəziyyətə reaksiyasından aslıdır”.

O, sonda Qərbi Azərbaycana qayıdışın prioritet məsələlərdən biri olduğunu, azərbaycanlıların təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura qayıdışının reallaşacağını söyləyib: “Biz əcdadlarımızın yaşadığı yerə sahib olacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə fevralın 18-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

Все попытки лоббировать интересы реваншистов в Иреване обречены на провал

Сегодня Бакинское телевидение подготовило очередной выпуск на русском языке в рамках проекта “Хроника Западного Азербайджана”.

Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван был политический обозреватель Анар Азизов.

Он выразил свои взгляды на международную ситуацию, события, происходящие в мире, обеспечение прочного мира и стабильности Азербайджана в регионе Южного Кавказа, а также свою позицию по безопасности в регионе: «Сейчас строится «новая архитектура» глобальной безопасности. Международные акторы принимают мирную повестку дня, которую сегодня выдвигает Азербайджан».

По его словам, сотрудничество Ирана-России-Турции и трех стран Южного Кавказа может способствовать глобальной и региональной безопасности: «Формат 3+3 создает особую надежду и важен для региональной безопасности».

Политический обозреватель, заявивший, что Франция поддерживает реваншистские силы в Иреване, а официальный Париж вооружает Армению, чтобы создать хаос в регионе, заявил, что Никол Пашинян не против беспрепятственного железнодорожного сообщения между Арменией и западной частью Азербайджана: «Конечно, есть силы, которые не хотят, чтобы переговорный процесс между Азербайджаном и Арменией шел на двустороннем уровне и укреплял доверие».

Попытка выйти на Южный Кавказ через Армению является «успешным проектом» Франции. Попытки лоббировать интересы реваншистов в Иреване обречены на провал. Армения заявляет, что готова создать коридор с Азербайджаном. Лучшим вариантом в отношениях является развитие двусторонних отношений. Чтобы не было мира, внешним акторам нужно сохранять противостояние.

А.Азизов подчеркнул, что катастрофа азербайджанского самолета на территории России оказала определенное влияние на отношения Азербайджана с Россией: «Безответственный подход к приёму гражданского судна привёл к его крушению. Нормализация отношений Азербайджана с Россией зависит от реакции Москвы на ситуацию.»

В заключение он заявил, что возвращение в Западный Азербайджан является одним из приоритетных вопросов, что возвращение азербайджанцев в Западный Азербайджан, в том числе в Западный Зангезур, будет реализовано на безопасных условиях: «Мы вернёмся мирно туда, где жили наши предки».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось на русском языке 18-го февраля в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.

XƏBƏR LENTİ
Siyasi, Video müsahibə / 18.02.2025 18:36
“İrəvanda revanşistlərin maraqlarını lobbiləşdirmək cəhdləri uğursuzluğa məhkumdur” - FOTO - VİDEO
Təhlil / 18.02.2025 16:27
Zelenski savaşı – “Bandera müharibəsi”nin taleyi – TƏHLİL
Dünya, Siyasi / 18.02.2025 16:09
Asiya Parlament Assambleyasının İcraedici Şurasının Bakı iclası - FOTO
Sosial / 18.02.2025 14:11
Monqolların və ermənilərin xaraba qoyduğu kənd – ANONS
Siyasi / 18.02.2025 13:31
Revanşistləri lobbiləşdirmək cəhdləri – ANONS - VİDEO
Mətbuat / 18.02.2025 10:40
Dinamik inkişaf yolu keçən Baku TV 7 yaşında - VİDEO
Mətbuat, Video müsahibə / 17.02.2025 22:39
“Qorbaçova arxalanan ermənilər azərbaycanlıları sıxışdırıblar” - VİDEO
Siyasi, Sosial / 15.02.2025 22:56
“Yapon” ləqəbli daşnakın Zeytə qətliamı - FOTO - VİDEO
Mədəni, Sosial / 15.02.2025 14:53
Zeytədə Alban məbədinin partladılma sirri – ANONS - VİDEO
Siyasi / 14.02.2025 22:35
“Biz üç nəsildir dədə-baba torpaqlarımızdan uzaq qalmışıq” - FOTO - VİDEO
Siyasi, Sosial / 14.02.2025 13:31
Üç nəsillik Vətən həsrəti – Fatimə Süleymanovanın “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil, Video müsahibə / 14.02.2025 11:52
Sülh sazişi mətni təkrar “redaktə” ediləcəkmi – MÜZAKİRƏ - FOTO - VİDEO
Elm və təhsil / 14.02.2025 10:14
Şirazi İbrahimov: “Doğulduğumuz torpaqları və ermənilərin vəhşiliklərini heç vaxt unutmadıq”
Siyasi / 13.02.2025 22:10
“Bu hadisə “azərbaycanlıların qayıdışına hazırlıq” kimi təqdim edilib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2025 14:08
Paşinyan otellərdə ibadət otaqları açdırır – ANONS - VİDEO
İqtisadi / 13.02.2025 12:38
Deputat RƏYİ: Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına resursları hesabına töhfə verir” - FOTO
Elm və təhsil, Siyasi / 12.02.2025 22:31
“Qərbi Azərbaycanı erməniləşdirmək siyasətində Fransa böyük rol oynadı” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 12.02.2025 13:22
“Fransa xəritəsi erməni yalanını ifşa etdi” – ANONS - VİDEO
Siyasi, Sosial / 11.02.2025 22:22
Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 11.02.2025 18:30
“Qafqaz geosiyasi mübarizə yox, əməkdaşlıq yeridir” - FOTO - VİDEO
Təhlil / 11.02.2025 18:15
“Paşinyan Qərbi azərbaycanlıların əsl istəyini eşitmək istəyirsə…” – ŞƏRH
Sosial / 11.02.2025 14:22
Ermənilərin xaraba qoyduğu kənd – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 11.02.2025 13:15
“Ermənistan “yeni qardaşlar” axtarır” – ANONS - VİDEO
Müsahibə / 10.02.2025 22:06
“Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar” - FOTO - VİDEO
Mədəni / 08.02.2025 22:28
İrəvanda bədii tikmə və xalçaçılıq sənəti - FOTO - VİDEO
Mədəni / 08.02.2025 14:22
Qərbi Azərbaycanın sənət nümunələri – ANONS - VİDEO