“Ermənistan başa düşməlidir ki, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Elşən Qurbanov olub.
O, bölgədə baş verən iqtisadi-siyasi proseslərdən, Azərbaycanın tutduğu mövqedən, Rusiya Prezidenti Vladimir Putin Bakıya dövlət səfərindən və erməni mətbuatında Putinin səfərinə müxtəlif cür yanaşmalardan söz açıb.
Onun sözlərinə görə, Azərbaycanın seçdiyi sülh yolu beynəlxalq müstəvidə hörmətlə qəbul edilir: “Güclü ölkələr iqtisadi cəhətdən inkişaf etmiş tərəfdaşlar seçirlər. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsidir. Azərbaycan beynəlxalq aləmdə öz yerini tapa bilmiş nadir ölkədir. Putinin səfər dünyada böyük marağa səbəb oldu. Sözsüz ki, bu səfər Qafqazda təhlükəsizlik və inkişaf məsələlərinə təsir göstərəcək. Rusiyanın Cənubi Qafqazda kifayət qədər güclü təsiri var. Rusiya-Azərbaycan Universitetinin yaradılması Azərbaycanın Rusiyaya münasibətinin göstəricisidir. Bəzi erməni mənbələrində rəsmi İrəvanın Rusiyadan üz döndərib qərbə meyllənməsindən sonra bölgədə ciddi problemlərin yarana biləcəyi qeyd olunur. Ümumiyyətlə, Moskva-Bakı əməkdaşlığı perspektivdə bölgədə hansısa dəyişikliyə səbəb ola bilər. Ermənistan iki masada oturmaq istəyir. Amma Ermənistan başa düşməlidir ki, “yaxın qonşu uzaq qohumdan yaxşıdır”.
Professor Zəngəzur dəhlizinin açılması, eləcə də Sülh sazişinin imzalanması ilə bağlı sualları da cavablandırıb və deyib ki, sülh müqaviləsinin imzalanmaması Ermənistanın təcrid olunmasına gətirib çıxaracaq. Zəngəzur dəhlizi Ermənistanın öz iqtisadi inkişafı üçün faydalıdır.
E.Qurbanov ermənilərin zaman-zaman azərbaycanlıları pərən-pərən salıb, toponimləri məhv etməsindən, bir çox xarici ölkələrdə, beynəlxalq təşkilatlarda iştirak zamanı erməni saxtakarlığı ilə üzləşdiyini söyləyib, erməni deportasiyasının qurbanına çevrilən Qərbi azərbaycanlıların doğma yurda qayıdışı məsələsinə toxunub: “Göyçə mahalının “Sümük tökülən dərə”sini unutmaq olmaz. beynəlxalq qaydalara görə, qaçqınlıq həyatı yaşayan Qərbi azərbaycanlıların doğma yurdunda yaşamaq hüququ var”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə avqustun 27-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.
xxx
Армения должна понять, что «близкий сосед лучше дальнего родственника» – Хроника Западного Азербайджана
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был профессор Азербайджанского университета архитектуры и строительства Эльшан Гурбанов.
Он поговорил об экономических и политических процессах, происходящих в регионе, позиции Азербайджана, государственном визите президента России Владимира Путина в Баку, а также различных подходах к визиту Путина в армянских СМИ.
По его словам, выбранный Азербайджаном мирный путь с уважением принимается на международном уровне: “Сильные страны выбирают экономически развитых партнеров. Сегодня Азербайджан является самой развитой страной в регионе Южного Кавказа. Азербайджан является уникальной страной СССР, сумевшая найти свое место в международном сообществе. Визит Путина вызвал большой интерес в мире. Само собой разумеется, что этот визит затронет вопросы безопасности и развития на Кавказе. Россия имеет сильное влияние на Южном Кавказе. Создание Российско-Азербайджанского университета является показателем отношения Азербайджана к России. Некоторые армянские источники утверждают, что в регионе могут возникнуть серьезные проблемы после того, как официальный Иреван, отвернувшись от России склонился к Западу. В целом сотрудничество Москвы и Баку может привести к некоторым изменениям в регионе в будущем. Армения хочет сидеть на двух стульях. Но Армения должна понять, что «близкий сосед лучше дальнего родственника».
Профессор также ответил на вопросы, касающиеся открытия Зангезурского коридора и подписания Мирного соглашения, и сказал, что неподписание Мирного соглашения приведет к изоляции Армении. Зангезурский коридор полезен для экономического развития Армении.
Э.Гурбанов отметил, что армяне время от времени подвергали гонениям азербайджанцев, уничтожали топонимы. Он заявил, что сталкивался с армянскими фальсификациями во время своего участия во многих зарубежных странах и международных организациях, а также затронул вопрос возвращения на родину уроженцев Западного Азербайджана, ставших жертвами депортации армян: «Мы не можем забыть «Ущелье костей» Гёйчинского махала. Согласно международным правилам, мы имеем право жить там, где хотим».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 27 августа в 19:30 в эфире Baku TV и на канале YouTube на русском языке.