“Ermənistan böhranın içərisindədir” – Elman Rüstəmov
“Ölkə başçısının bilvasitə rəhbərliyi ilə Müzəffər Ordumuzun erməni işğalçıları üzərində qələbə qazanıb”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Azərbaycan xalqının 30 ilə qədər gözlədiyi arzusu reallığa çevrilib. Bütün bunların arxasında olduqca böyük bir iş durur. Azərbaycan iqtisadiyyatı bu qələbədən sonra sabitlik nümayiş etdirir. Ermənistan isə böhranın içərisindədir”, – E.Rüstəmov vurğulayıb.
“Qarşımızda çox böyük işlər var. Bu işlərin həyata keçirilməsi, işğaldan azad edilən ərazilərə qoyulan investisiya bizim iqtisadiyyatımızı daha da böyüdəcək”.
Onun sözlərinə görə, dünya bazarlarında gedən dəyişikliklər hamıya məlumdur: “Azərbaycanın maliyyə sektoru daha da güclənməlidir”.