“Ermənistan sonuncu qatara da çatmasa, kənarda qalacaq” – MÜSAHİBƏ - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva olub.
O, bölgədə baş verən son proseslərdən, Cənubi Qafqazda geosiyasi vəziyyətdən, təhlükəsizlik məsələsində Ermənistan ilə Azərbaycanın tutduğu mövqedən danışıb.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə indiki Ermənistan səmimi görünmür: “Ermənilər “Böyük Ermənistan” ideyasından yapışaraq çox şey itiriblər. Ermənistan sonuncu qatara da çatmasa, bütün proseslərdən kənarda qalacaq. Ermənistan “Cənubi Qafqazın bədənində şişdir”, həm özünü məhv edir, həm də qonşu dövlətlərə ziyan vurur”.
M.Əliyeva ermənilərin zaman-zaman azərbaycanlıları pərən-pərən salıb bizə məxsus əraziyə sahib çıxmağa çalışdıqlarını, lakin bu siyasətin Qarabağda fiaskoya uğradığını. 44 günlük müharibədə Azərbaycan haqlı qələbə qazanaraq Qarabağı azad etdiyini söyləyib, Qarabağ zəfərindən sonra daim erməni deportasiyasının qurbanına çevrilən Qərbi azərbaycanlıların doğma yurda qayıdışı məsələsi gündəmə gəldiyini deyib: “Ermənistan Qərbi azərbaycanlıların qayıdışına ögey münasibət göstərir. Ermənilər azərbaycanlılara və türklərə nifrət edirlər. Ermənilərin etnik təmizləmə siyasətinin məqsədi özləri üçün ərazi əldə etməkdir. Qərbi Azərbaycandan zaman-zaman 100 minlərlə azərbaycanlı qovulub. Azərbaycanlılar öz ata-baba torpaqlarına qayıtmalıdırlar.
Xocalı faciəsinə yazılan “Ağrı” kitabının elmi redaktoru olduğunu bildirən fəlsəfə doktoru vurğulayıb ki, beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları “Ağrı” bədii-sənədli romanında XX əsrin faciəsi – Xocalı soyqırımı ətraflı təsvir olunub: Bu roman Xocalı faciəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırıb”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə fevralın 13-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.
xxx
“Если Армения не успеет сесть на «последний поезд», останется в стороне”
Сегодня Бакинское телевидение подготовило очередной выпуск на русском языке в рамках проекта “Хроника Западного Азербайджана”.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван выступила доцент Академии Государственного Управления, доктор философии в области политических наук Мехсети Алиева.
Она рассказала о последних процессах в регионе, геополитической ситуации на Южном Кавказе, позиции Армении и Азербайджана в вопросе безопасности.
По ее словам, нынешняя Армения не искренна в международных отношениях: “Армяне многое потеряли, цепляясь за идею “Великая Армения”. Если Армения не успеет сесть на «последний поезд», она будет исключена из всех процессов. «Армения – это «Опухоль в организме Южного Кавказа», разрушающая не только себя, но и наносящая ущерб соседним государствам.
М.Алиева отметила, что армяне время от времени изгоняли азербайджанцев и пытались завладеть нашей территорией, но эта политика в Карабахе провалилась. В 44-дневной войне Азербайджан освободил Карабах, одержав справедливую победу. После победы в Карабахе встал вопрос о возвращении на родную землю уроженцев Западного Азербайджана, ставших жертвами депортации армян: «Армения предвзято относится к возвращению уроженцев Западного Азербайджана. Армяне ненавидят тюрков. Целью политики этнической чистки армян является получение территории для армян. Из Западного Азербайджана время от времени изгоняли сотни тысяч азербайджанцев. Азербайджанцы должны вернуться на свои исконные земли.
Заявив, что она является научным редактором книги «Боль», написанной о Ходжалинской трагедии, доктор философии подчеркнула, что в романе была подробно описана трагедия ХХ века – Ходжалинский геноцид. Совместно с известным израильским экспертом по международным отношениям Арье Гута и его отцом, писателем Амиром Гута был написан художественно-документальный роман «Боль». Этот роман донес до мирового сообщества правду о Ходжалинской трагедии.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 13 февраля в 18:30 в эфире Baku TV и на YouTube-канале на русском языке.