Siyasi 04.04.2024 22:51

“Ermənistan ərazisi 10 min kvadrat kilometrədək azala bilər” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənistan ərazisi 10 min kvadratkilometrə qədər azala bilər” adlı süjetdə Qərb və Rusiya arasında geosiyasi mübarizə burulğanına düşən Ermənistan ətrafında çəmbərin hər keçən gün daha da daralmasından və artıq bu ölkənin mövcud siyasi xəritəsinin dəyişməsindən bəhs edilir.

Bildirilir ki, Moskvadan sürətlə uzaqlaşan Nikol Paşinyan Qərb qüvvələrini bölgəyə gətirməkdə israrlıdır. İndiyə qədər Avropa İttifaqının “mülki missiyası” adı altında 1500 nəfərlik qüvvə Ermənistana yerləşdirilib. Bu missiyanın tərkibində Avropa İttifaqının üzvü olmayan Kanadanın timsalında NATO qüvvələri də yer alır, o cümlədən, Norveç və ABŞ-ın da missiyaya qoşulması gözləntiləri var. Bununla yanaşı, Fransa Ermənistanın silahlandırılmasını üzərinə götürməklə Rusiyanın bu ölkədəki, həm də bölgədəki mövqelərini əlindən almağa çalışır. Ermənistan-Avropa İttifaqı-ABŞ formatının yaranması ilə prosesin daha da sürətlənəcəyi, Qərbin kollektiv şəkildə Ermənistana və Ermənistan üzərindən bölgəyə daxil olacağı proqnozlaşdırılır. Təbii ki, hadisələrin inkişafı Rusiyanın bölgədən sıxışdırılmasına doğru gedir.

Qeyd olunur ki, Rusiyanın bundan sonra praktiki müstəvidə hərəkətə keçəcəyi gözlənilir və bu, bölgədə mövqelərini möhkəmləndirmək siyasətini yürüdən Qərblə Ermənistan üzərində toqquşmanı qaçılmaz edə bilər. Rusiyanın Ermənistanı cəzalandırmaq üçün atacağı addımlar arasında, siyasi, hərbi və iqtisadi müstəvidə rıçaqların işə salınması var.

Diqqətə çatdırılır ki, Ermənistanda toqquşma daha qanlı olacaq və böyük ehtimalla bu ölkənin xəritəsinin dəyişməsi ilə nəticələnəcək. Ermənistanın siyasi xəritəsinin dəyişməsi Qərbi Azərbaycanın işğaldan azad olması ilə mümkün ola bilər. Bu perspektiv fonunda İrəvanda gedən müzakirələrdə Ermənistanın ərazisinin 10 min kvadratkilometrə qədər azalacağı, Göyçə və Basarkeçərin Azərbaycana təhvil veriləcəyi haqqında fikirlər irəli sürülür. Erməni ekspertlərin fikrincə, Qazaxın 4 kəndinin qaytarılması prosesin başlanğıcı olacaq.

Sonda vurğulanır ki, bölgədəki proseslər Ermənistanın dövlət kimi mövcudluğunu sual altına qoyur və hadisələrin mümkün inkişafında Qərbi Azərbaycanın da işğalda azad edilməsi perspektivini önə çıxarır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında aprelin 4-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 04.04.2024 22:51
“Ermənistan ərazisi 10 min kvadrat kilometrədək azala bilər” - FOTO - VİDEO
Siyasi / 04.04.2024 12:21
Ermənistan ətrafında çəmbər daralır – ANONS - VİDEO
Mətbuat, Sosial / 04.04.2024 11:40
Ardanış – o kənd bizim kəndimizdir - VİDEO
İqtisadi / 04.04.2024 11:15
Şəhanə Sarı: “ATMİA ölkəmizdə ilk dəfə İnşaat Həftəsinə start verib” - FOTO
Maraqlı, Siyasi, Sosial / 03.04.2024 22:10
“Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” - VİDEO
Maraqlı, Sosial / 03.04.2024 12:39
Hayların 38 kəndi xarabalığa çevirdiyi rayon – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 02.04.2024 21:51
İrəvan şəhərində sensasiyalı tapıntı – xanın şəxsi əşyaları tapıldı - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 02.04.2024 19:00
Ermənilər azərbaycanlıları qovaraq yeməklərini mənimsədilər - FOTO - VİDEO
Siyasi, Sosial / 02.04.2024 14:23
Erməni tədqiqatçı tapdığı əşyalarla saxta tarixi ifşa etdi – ANONS - VİDEO
Mədəni / 02.04.2024 13:14
“Erməni mətbəxini onlardan yaxşı bilirəm” – ANONS - VİDEO
Mətbuat / 02.04.2024 12:00
“Hamı hər şeyi görür, ağlı başında olanı aldatmaq olmur…”
Müsahibə, Video müsahibə / 01.04.2024 22:13
“Azərbaycanlılara ilk hücum İrəvandakı Bazar meydanında olub” – MÜSAHİBƏ - FOTO - VİDEO
Maraqlı, Sosial / 30.03.2024 21:48
Erməni generalının özbaşınalığına verilən cəza – Qərbi Azərbaycan Xronikası - VİDEO
Hadisə, Maraqlı, Mətbuat, Sosial / 29.03.2024 21:57
“İnsan yaşlandıqca Vətənin həsrətini daha çox çəkir” - FOTO - VİDEO
Hadisə, Maraqlı, Sosial / 29.03.2024 13:07
“Erməniləri döyürdük, qandan çox qorxurdular” – Tanırverdi Mustafayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 28.03.2024 22:01
“Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaq, burada muxtariyyət yaradılacaq” - VİDEO
Hadisə, Siyasi, Sosial / 27.03.2024 22:33
Ermənilər Qafanda 118 azərbaycanlı kəndi necə məhv edib? - FOTO - VİDEO
Hadisə, Hərbi / 27.03.2024 13:30
Njde və Andranikin Qafan qətliamı – ANONS - VİDEO
Siyasi, Təhlil / 27.03.2024 12:21
Solovyova hər il 60 milyon dollara qədər büdcəni kim ayırır? - VİDEO
Mədəni, Sosial / 27.03.2024 11:38
Vətən yanğısı sönməyən Ardanış İcmasının Novruz tədbiri - FOTO
Maraqlı, Mədəni / 26.03.2024 21:47
Şumer mədəniyyətinin izləri Qərbi Azərbaycanda - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 26.03.2024 19:19
“Ermənilər azərbaycanlılara həmişə yuxarıdan aşağı baxıblar”- MÜSAHİBƏ - VİDEO
Müsahibə, Mədəni / 26.03.2024 14:24
“Azərbaycanlıların həmişə ermənilərə yazığı gəlib” – ANONS - VİDEO
Maraqlı, Mədəni / 26.03.2024 13:02
Ermənilər qıpçaqların yazısını necə mənimsədilər? – ANONS
Dünya, Siyasi / 26.03.2024 11:20
QAİ Toivo Klaarın anti-Azərbaycan mövqeyini sərt şəkildə qınayıb
Müsahibə / 25.03.2024 22:47
“Tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb” – MÜSAHİBƏ - VİDEO