Mətbuat 07.11.2020 23:11

YENİLƏNDİ: “Azərbaycan Ordusu Şuşaya çatdı” – Fransa KİV

Azərbaycan hərbçiləri 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdılar. Şiddətli döyüşlər onların xeyrinə nəticələnmək üzrədir.

Rakus.az xəbər verir ki, bu barədə Fransanın məşhur “Le Monde” qəzeti yazır.

Şuşanı müdafiə edənlər pərən-pərən düşmüş vəziyyətdədirlər. Hərbi təcili yardım maşınlarında, onlarla yaralı, qan içində, yorğun vəziyyətdə vadidə yerləşən “Stepanakert” şəhərinin (Xankəndi şəhəri nəzərdə tutulur – Oxu.az tərəfindən dırnağa alınıb) xəstəxanasına daşınılır.

Qalan döyüşçülər yorğun halda yol boyu hərbi geyimlərini çıxarıb ataraq döyüşə qayıdıb-qayıtmayacaqlarını məlum olmadan dağdan enir. Bu döyüşlərin həlledici gününə bənzəyir.

“Stepanakert”də olan “rəsmilərin” inkar etməsinə baxamayaraq, 6 noyabr cümə günündən etibarən döyüş Azərbaycan güvvələrinin xeyrinə dönməyə başlayıb.

Məqsədləri Ermənistanla müharibə zamanı (1988-1994) itirilmiş Dağlıq Qarabağı geri almaq olan Bakı qoşunlarının Şuşaya yaxınlaşmasından təxminən bir həftə keçir.

Əsas döyüş əməliyyatları bir müddət Daşaltı kəndi yaxınlığındakı meşələrdə davam edib. Bu döyüşlər çox ağır keçib. Üç gün ərzində xüsusi təyinatlılar Şuşanın ətrafındakı yollar boyunca şəhərin müdafiəsini öyrənmək məqsədi ilə kəşfiyyat əməliyyatları aparırdılar.

“Stepanakert”i Şuşa və Laçın dəhlizi ilə Ermənistanla birləşdirən əsas yol bu hücumlar nəticəsində 4 noyabrda bağlanmışdı.

Siyasi və dini simvol

Bakının 27 sentyabrda başlatdığı hücum üçün Şuşa əsas məqsəd və açar rolu oynayır. Ermənistan tərəfindən işğal olunana qədər bu tarixi şəhər Azərbaycanın mədəniyyət mərkəzi hesab olunurdu, həmçinin hər iki tərəf onu Qarabağın Qüdsü, siyasi və dini bir simvol hesab edir. Digər tərəfdən, Şuşa, daş divarlarla əhatə olunmuş və “Stepanakert”ə baxan bir dağın zirvəsində ucaldılmış strateji qala şəhəridir.

“Azərbaycanlılar Şuşaya çatıblar. Şəhərdə döyüşlər gedir. Biz Kalaşnikov avtomatı ilə döyüşürük”, –  xəstəxananın təcili yardım otağında ayağından yaralanan bir əsgər deyir.

O, ona verilən əlil arabasından imtina edir və təkbaşına hərəkət etməyə çalışır. Onun ətrafı xaosdur. Avtomobilin furqonundan yeddi yaralı düşürdülür. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlərin getdiyinin sübutudur. Təcili yardım maşınları saysız-hesabsız gediş-gəliş edirlər. Avtomobildə yaralı əsgərlər bir-birinin üzərinə qalaq-qalaq yığılıb. Əgər bu təcili tibbi yardım maşınları bir nəçə gün əvvəl Daşaltından hər bir saatdan bir yaralı erməni əsgərləri gətirirdilərsə, indi hər 10 dəqiqədən bir ambulanslar gəlməkdədir.

Ağır xəsarətlər

“Mən möcüzə nəticəsində qurtuldum” – boynunu güllə sıyırıb keçmiş erməni əsgər deyir.

“Qardaşım ilə Şuşanın şimalında “Stepanakert” yolunda vuruşurdum. Hücumlar o qədər güclü idi ki, geri çəkilmək məcburiyyətində qaldım. Azərbaycan snayperləri onu “Stepanakert”in dörd kilometrliyində güllə ilə vurublar. Bu isə ona işarədir ki, şiddətli bombalar altında olan Xankəndi artıq azərbaycanlı hərbçilərin hücumundan sığortalanmayıb”.

Xəstəxanaya gələn bəzi kişilər üçün müharibə artıq bitib. Onların ciddi xəsarətləri var və yeganə çıxış yolu təcili cərrahiyə əməliyyatı üçün şimaldan olan yol ilə (Kəlbəcər) İrəvana göndərilməlidir. Laçın yolu isə bağlıdır.

19:00

Azərbaycan Silahlı Qüvvələri Qarabağın qədim tarixi şəhəri hesab olunan Şuşaya çatıb.

Rakus.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu “Le Monde” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçıblar.

Fransa nəşri yazır ki, bu artıq müharibənin taleyinin həll edilməsi anlamına gəlir.

“Belə görünür ki, döyüşlər artıq noyabrın 6-da bütünlüklə Azərbaycan Silahlı Qüvvələrinin xeyrinə dönüb”, – “Le Monde” yazır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO