Təhlil 12.10.2023 17:14

Ermənistan niyə sülh istəmir – TƏHLİL - FOTO

Ermənistan etibarlı tərəfdaş ola bilmir. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarması barədə 4 qətnamə qəbul etsə də, rəsmi İrəvan 27 il həmin sənədlərin bir bəndini belə yerinə yetirmədi. Əksinə, rəsmi İrəvan işğal etdiyi Azərbaycan torpaqlarında talanlar, süni məskunlaşdırma, təbii sərvətlərin qarət olunması, mədəni, tarixi, dini abidələrin dağıdılması və başqa cinayətkar əməllər törətdi. Bu, azmış kimi, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduğunu da gizlətməyib.

Ermənistan 1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə imzalanmış atəşkəs rejimini 2020-ci il sentyabrın 27-dək pozub, müxtəlif terror və təxribatlar törədib. Həmin il Azərbaycan işğal edilmiş torpaqlarında Ermənistan silahlı qüvvələrinə və qanunsuz silahlı qruplaşmalara qarşı əks-hücum əməliyyatına başladı. Bu, 2020-ci il noyabrın 10-da rəsmi İrəvanın kapitulyasiya aktını, üçtərəfli bəyanatı imzalaması ilə nəticələndi. Elə zənn edilirdi ki, bu ölkənin rəhbərliyi baş verənlərdən nəticə çıxarıb reallığı düzgün dəyərləndirəcək, bəyanatın müddəalarına əməl edəcək. Əksinə, kommunikasiyaların açılması ilə bağlı müddəa yerinə yetirilməyib – minaların xəritəsi, qanunsuz silahlı dəstələr, cinayətkarlar təhvil verilməyib, torpaqlar işğaldan azad edilməyib. Rəsmi Bakının sülh müqaviləsinin imzalanması ilə bağlı təqdim etdiyi təkliflər paketinə indiyədək cavab verilməyib.

Moskva, Vaşinqton, Vyana, Praqada keçirilən görüşlərin nəticələrinə dair əldə edilən razılaşmalara əməl olunmayıb. Heç şübhəsiz, iki ölkə arasında normallaşma prosesi, dayanıqlı sülh müqaviləsinin imzalanması sərhədlərin müəyyən edilməsindən başlayır. Delimitasiya və demarkasiya məqsədilə baş nazirlərin müavinlərindən ibarət üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) işçi qrupu iki dəfə bir araya gəlib. Ermənistanın baş naziri Nikol Paşinyan və komandası müxtəlif toplantılarda sülh, əməkdaşlıq, ərazi bütövlüyünün tanınması ilə bağlı açıqlamalar verib sənədlər imzalasa da, əməli fəaliyyət yox dərəcəsindədir. Noyabr bəyanatına əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxmalı, qanunsuz silahlı dəstələr tərk-silah edilməli idi. Ancaq bu baş vermədi. Həmin qüvvələr terror və təxribat törətməyə, hərbi istehkamlar qurmağa başladı. Bu da sentyabrın 19-20-də antiterror tədbirləri ilə yekunlaşdı. Bu tədbirdən sonra Ermənistan silahlıları və qanunsuz qruplaşma Qarabağ ərazisindən çıxdı. Xankəndidə 30 il ərzində qanunsuz, Azərbaycan Konstitusiyasına qarşı fəaliyyət göstərən cinayətkar qurumun başçıları həbs edildi. Bu kimi faktlar Ermənistanın indiki hakimiyyətinin də xələfləri kimi etibarsız olduğunu təsdiqləyir.

Rəsmi İrəvan sülhlə bağlı tədbirləri ikinci plana keçirir. Nikol Paşinyan bu və ikitərəfli məsələlərlə bağlı görüşlərə getməkdən yayınır. Bişkekdə MDB dövlət başçılarının sammitində iştirakdan imtina etməsi, Brüsselə səfəri “təxirə” salması kimi faktlar da bunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib: “İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır”.
İrəvandan fərqli olaraq, rəsmi Bakı münasibətlərin normallaşmasına, sülh sazişi üzərində işləri davam etdirməyə hazır olduğunu bildirir. Ermənistan minalanmış ərazilərin xəritəsini hələ də təqdim etməyib. Bundan başqa, Azərbaycan ərazilərində qanunsuz silahlı dəstələrin tör-töküntüləri hələ də fəaliyyət göstərir. Onların Qarabağ iqtisadi rayonu ərazisində qalması xəritəsi təqdim olunmayan minalanmış ərazi kimidir. Hər ikisi İrəvanın yürütdüyü siyasət səbəbindən Azərbaycan ərazisində qalıb.
Dövlət başçısı bəhs etdiyimiz toplantıda bu məsələyə toxunaraq deyib: “Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur”.
Ermənistan əldə edilmiş razılaşmalara əməl etməməklə noyabr bəyanatının imzalanmasında vasitəçi və zəmanətçi missiyasını üzərinə götürmüş Rusiyaya da etibar və etimadı azaldır. Rəsmi İrəvanın bu davranışı Cənubi Qafqazda təhlükəsizliyi, sabitliyi təhdid edir. Ermənistan hakimiyyəti bu kimi fəaliyyəti ilə özünü dövlət təmsilçisi olaraq deyil, qruplaşma kimi aparır. Çünki qruplaşma başçıları, adətən, verdikləri sözə, imzaladıqları sənədə hörmətsizlik edirlər…

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO