Ermənistan-PKK ittifaqı – Azərbaycanla Türkiyənin düşmənləri bir sırada düzülür – ŞƏRH - FOTO
Dövlət sərhədində Ermənistanın törətdiyi təxribat Azərbaycanın dost və düşmənlərini bir daha göstərdi. Üzdə dostluqdan, qardaşlıqdan danışanların Ermənistana silah, hərbi texnika ötürdüyü aşkarlandı. Onlar bu əməlləri ilə Azərbaycanın dövlət sərhədində təxribatın törədilməsinin iştirakçılarına çevrildilər. Həmin silahdan açılan atəşlə Azərbaycanın dinc sakini, general-mayoru, digər zabitləri və hərbçiləri şəhid oldu.
İyul hadisələri Azərbaycana düşmən kəsilənlərin həmrəyliyini bir daha aşkara çıxardı. Həmin qarşıdurmada məğlub olan Ermənistan və ermənilər Azərbaycan hərbçilərinin döyüş qabiliyyətini aşağılamaq, öz hərbçilərinin qabiliyyətsizliyini ört-basdır etmək üçün müxtəlif yalanlar uydurur, şayiələr yayırlar.
Onlara bu işdə heç şübhəsiz dəstək verənlər də tapılır. Ermənistanın, erməniliyin himayədarları ilə yanaşı, havadarları da var. Havadarlardan biri, ən yaxını terrorçu PKK-dır. Bu qruplaşmanın Azərbaycan və Türkiyəyə qarşı çıxış, davranış və təbliğatı ermənilikdən heç nə ilə fərqlənmir.
Ermənilər və PKK iddia edib ki, guya Türkiyə Suriyanın İdlib şəhərindən olan Suriya Azadlıq Ordusunun döyüşçülərini Azərbaycana, Ermənistanla sərhədə göndərib. Guya Suriyanın Cenderis, Racu və Afrin şəhərlərində onların “ələ alınması məntəqələri” var. Aylıq əməkhaqqı 3 500 ABŞ dolları, müqavilənin müddəti isə 6 aydır.
Azərbaycan və Türkiyəni özünə düşmən sayaraq böyük görünmək istəyən başqa bir separatçı dəstə isə iddia edir ki, guya həmin hadisələr zamanı Azərbaycan tərəfdən “an-Nusra” silahlıları döyüşüb.
Burada Azərbaycan tərəfinin təkzib edəcəyi bir məsələ yoxdur. Ermənistanın rəsmi dairələri bu kimi şayiələrin yayılmasında maraqlı görünür. O zaman sual doğur: Rəsmi Yerevan belə bir məsələyə niyə münasibət bildirmir? Əksinə, onun yayılmasına daha çox maraq göstərir.
Deməli, hərbçilərinin daha güclü saydıqları xarici silahlılara məğlub olduğunu demək, yaxud əsgər və zabitlərinin belə döyüşçülər tərəfindən öldürüldüyünü bildirmək rəsmi Yerevan üçün daha sərfəli sayılır. Görünür, “biz Azərbaycan hərbçiləri ilə deyil, peşəkar muzdlularla döyüşürük” bəhanəsi Ermənistan hakimiyyətinin daha çox işinə yarayır.
Odur ki Ermənistan hakimiyyəti, ermənilər, terrorçu PKK və Azərbaycanla Türkiyənin başqa düşmənləri fəaliyyətlərini genişləndirmək, şərləmək kampaniyasında birlikdə olduqlarını nümayiş etdirmək üçün yaranmış vəziyyətdən maksimum yararlanmağa cəhd göstərirlər.
Ermənistan da daxil olmaqla, belə ünsürlər Azərbaycanla Türkiyənin birliyinə nə xələl gətirə, nə də problem yarada bilərlər. Çünki bu iki dövlətin müttəfiqliyi, qardaşlığı, dostluğu, əməkdaşlığı heç bir dövlətə qarşı deyil. Bu birlik regionun və dünyanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Başqa dövlətlər, məsələn, Pakistan, İsrail, Ukrayna kimi Türkiyə də ərazi bütövlüyünün təmin olunması məsələsində Azərbaycanın haqq işini müdafiə edir.
İyulun 22-də Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı məlumat yaydı. Məlumatda deyilirdi: “Ermənistan təcavüzünü bitirməli və işğal altında saxladığı Azərbaycan torpaqlarını tərk etməlidir. Türk millətinin, qardaş Azərbaycanın haqlı davasında qəbul edəcəyi istənilən qərara sahib çıxıb, onun yanında yer alacağıq”.
Göründüyü kimi, Türkiyə və Azərbaycanın başqa müttəfiqləri mövqelərini gizlətmir. İşğalçını açıq-aydın deyir, onun işğal altında saxladığı torpaqlardan çıxmasını tələb edirlər.
Belə bir açıqlama ilə çıxış edən bir dövlətin Azərbaycana muzdlu göndərməsinə, eləcə də Türkiyə, Pakistan, Ukrayna, İsrail kimi müttəfiqləri olan Azərbaycanın əcnəbi muzdlulara heç ehtiyacı yoxdur. Azərbaycan da Türkiyə, Pakistan, İsrail, Ukrayna kimi müttəfiqlərinin haqlı savaşının yanındadır.
Azərbaycan gizli işlər görüb müttəfiq dövlətləri zərbə altında qoymur. Bu, Ermənistana, terrorçu PKK-ya yaraşan davranışdır. Öz dostunu zərbə altında qoymaq ermənilərə xas davranışdır. Çünki bu etnosun dostu və qardaşı yoxdur. Bu etnos heç kimi sevmir. O, övladlarını insanlara nifrət ruhunda böyüdüb, tərbiyələndirir. Ermənilik və Ermənistan Azərbaycanla Türkiyəyə qarşı olanlarla əlüstü, beşgünlük də olsa birləşir. Bu birliyə qarşı elə ilk xəyanət edən də özü olur.
Suriyada ermənilərin, erməniliyin və Ermənistanın içüzü ifşa olundu. Ermənistan Rusiyanın tərkibində Suriyadakı rejimin başçısı Bəşşar Əsədə hərbi, humanitar yardımda iştirak edir. Deməli, Əsədi dəstəkləyib, ona hakimiyyətdə qalması üçün köməklik göstərir, bu rejimi rəsmi olaraq tanıyır. Beynəlxalq ictimaiyyətə qarşı olan bu hərəkətinə görə ABŞ Ermənistanı tənbeh belə etmişdi. Rəsmi Vaşinqton Yerevanı bu mövqeyinə görə qınamış, indiyədək bu ölkənin baş naziri Nikol Paşinyanı və hökumətinin başqa üzvlərini Ağ evə yaxın buraxmır.
Nikol Bəşşarın, Nubar Ozanyan isə ona qarşı olan terrorçu PKK-nın Suriyadakı qolu “YPG”nin tərəfdarı olub. Türkiyədə anadan olmuş bu terrorçu 90-cı illərdə Qarabağ, Livan və Fələstin müharibələrində iştirak edib. 2017-ci il avqustun 14-də Suriyanın şimalında Ozanyanın meyiti aşkarlanmışdı.
Cari ilin yazında terrorçu PKK/YPG-PYD-nin ermənilərdən ibarət terrorçu dəstələr hazırladığı məlum olub.
Suriyada tutulan mövqe ermənilikdir. Onlar PKK-nı da, kürdləri də istənilən vaxt satacaqlar. Ermənistanda müsəlman kürdün qalmaması, yezdi kürdlərə qarşı ermənilərin, Ermənistanın apardığı ayrı-seçkilik PKK-Yerevan qardaşlığının göstəricisidir. Yeri gəlmişkən, 20-ci əsrin əvvəlində ermənilər xarici havadarlarını yardımı ilə türklərlə yanaşı, bu gün PKK-nın adından çıxış etdiyi kürd etnosunu da soyqırımına məruz qoyub.
Suriyada Bəşşar Əsədin keçirdiyi parlament seçkilərində erməni əsilli Jirar Pəisyan, Lüsi İskenyan və Nora Arisyan deputat olublar. Bu da ermənilərin və erməniliyin ölkədə baş verənlərə ikiüzlü münasibətlərinin göstəricilərindəndir.
Başqa sözlərlə, indi Ermənistan, ermənilik və ermənilərin Azərbaycan və Türkiyəyə qarşı mənafeyi terrorçu PKK ilə üst-üstə düşür. Fürsətdən istifadə edən terrorçular Ermənistanla birləşib, Azərbaycan və Türkiyəyə qarşı birlikdə təbliğat aparır, bir-biri üçün informasiya mənbəyə çevriliblər. Ermənistanın kütləvi informasiya vasitələri PKK-nın yalanları, terrorçulara aid KİV isə erməni yalanlarının istinad mənbəyi rolunda çıxış edir.
PKK Dağlıq Qarabağ münaqişəsində də həmişə Ermənistanın yanında olub. Hətta Türkiyə Böyük Millət Məclisində təmsil olunan, bu terrorçuların siyasi havadarı olan Xalqların Demokratik Partiyası heç vaxt Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməyib.
PKK terrorçularının müxtəlif yollarla Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə aparılaraq orada yerləşdirilməsi barədə xəbərlər yayılır.
Bir müddət əvvəl Əsassız Erməni İddialarına qarşı Mücadilə Beynəlxalq İctimai Birliyi (ASİMDER – Uluslararası Asılsız Ermeni İddialarıyla Mücadele Derneği) bu barədə məlumat yayıb.
Məlumata görə, Türkiyənin PKK-ya qarşı apardığı əməliyyatlarla əlaqədar terrorçuları Kandildəki (eyniadlı dağın İraqdakı hissəsindən) düşərgədən Dağlıq Qarabağa köçürürlər.
Türkiyə KİV-in məlumatına görə, həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər. Ermənistanda yaraqlılara, terrorçu PKK-ya aid “Ağrı Qartalları” adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik edib. Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdiriliblər.
Məlumata görə, bu planı KCK (“Kürd İcmaları Birliyi”) adlı terrorçu təşkilatın İdarə heyətinin həmsədri Bese Hozat həyata keçirib. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən 400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlının da olduğu bildirilib.
Ermənistan isə bu kimi məlumatları heç vaxt təkzib etməyib.
Terrorçu PKK-nı Ermənistanla birləşdirən nədir? Azərbaycan və Türkiyə düşmənliyi ilə yanaşı, terrorçular Ermənistandan dövlət kimi dəstək almaq niyyətindədir. PKK Türkiyənin Ermənistanla sərhəd bölgələrinə nəzarəti ələ keçirməklə xarici dövlətə çıxışa nail olmağa çalışırlar. Bununla da hədəflərini həyata keçirməyi planlaşdırırlar. Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü pozmaq, torpaqlarını ələ keçirmək terrorçu PKK və Ermənistanın başlıca planlarındandır. Odur ki onlar, havadarları Azərbaycan və Türkiyə üçün eyni siyahıya daxildirlər.
Erməni və ermənilik çox dəhşəti bəla, xəstəlikdir. Bu günlərdə dünya ermənilərinin başının tacı, fəxr və qürur mənbəyi, ən müqəddəs saydıqları Kim Kardaşyan adlı şou biznes adamının keçmiş əri haqqında yaydığı xəbər bu bəlanı dəhşətinin göstəricisidir. Məşhur reper Kan Vestin ondan ayrıldıqdan sonra o bildirib ki, əri biopolyar pozuntu xəstəsidir. Onlar 2014-cü ildə ailə qurublar. Niyə Kim 6 ildən sonra bu barədə ictimaiyyətə məlumat verir? Çünki Kardaşyan ermənilik ruhunda tərbiyə olunub. O da başqa ermənilər kimi sevgidən, humanist hisslərdən məhrumdur. Bu səbəbdən reper barəsində nüfuza xələl yetirəcək xəbəri paylaşır.
Ermənistanın Tavuş vilayətinin başçısı Hayk Çobanyan sosial şəbəkədəki səhifəsində yazıb ki, Noyemberyan şəhəri, Barekamavan və Dovex kəndlərinə iyulun 22-dəki qasırğa böyük ziyan vurub.
İranın keçmiş prezidenti Mahmud Əhmədenejat ölkəsindəki quraqlığa görə ABŞ-ı günahkar sayırdı. Ermənistan isə bütün uğursuzluqlarının mənbəyi olaraq Türkiyə və Azərbaycanı göstərir. Hadisələrdən 10 gün sonra qasırğanın baş verməsində günah bu iki dövlət də deyil ki?
Nəhayət, dünya bütün işlərdə ingilis, rus, ermənilər və ermənilik isə türk barmağı axtarır…
Sədrəddin Sultan – Report.az